20.12.2012

Dünyanın və tanrıların yaranması


Məqaləni 8"S "sinfinin şagirdi Qasımova 

Aytac hazırladı.



Əvvəl-əvvəl yalnız əbədi, sonsuz, qaranlıq Xaos vardı, həyatın mənbəyi Xaos idi.Bütün dünya və ölməz tanrılar sonsuz Xaosdan törənirdilər.Torpaq tanrısı Heya da Xaosdan yarandı.Qüdrətli Heya əlini-ayağını açıb geniş uzanmışdı,üstündə yaşayanların və bitənlərin hamısına həyat verirdi.Torpağın ucsuz-bucaqsız , işıqqlı səma kimi bizdən uzaq təkində, ölçügəlməz dərinlərlikdə əbədi qaranlıqla dolu Tatar- dəhşətli boşluq yarandı.Həyat mənbəyi qüdrətli Məhəbbət-Eros da Xaosdan yarandı.

Sonsuz Xaos əbədi Zülməti-Erebi və qaranlıq gecəni-Nyuktunu doğdu.Gecədən və Zülmətdən əbədi işıq-Efir və ürəkaçan işıqlı Gün-Hemera yarandı.İşıq dünyaya ya-yıldı gecə və gündüz bir-birini əvəz eləməyə başladı.

      Qüdrətli, bərəkətli Torpaq sərhədsiz mavi Göyü  doğdu və Göy Torpaq boyu uzandı.Torpaqdan doğulan dağlar məğur-məğrur Göyə sarı boy verirdilər, əbədi guruldayan Dəniz geniş yayıldı.

Uran-Göy dünyanın hakimiyyətini ələ aldı.O, bərəkətli Torpaq ilə ailə qurdu.Onların altı oğlu və altı qızı oldu, qüdrətli, qorxunc titanlar idi.Onların oğlu, bütün torpağı dövrələyən titan Okean və ilahə Fetida dalğalarını dənizə sarı qovan bütün çayları və dəniz ilahələrini- okeanidləri işıqlı dünyaya gətirdilər.Titan Hiperion və Teyya isə Günəş-Helios, Ay-Selen, al-qırmızı Şəfəq Eos (Avrova) kimi uşaqlar bəxş etdilər. Astreyle Eosdan qaranlıq gecə vaxtı səmada yanan ulduzlar və küləklər –boranlı şimal küləyi Borey, şərq küləyi Evr, nəm cənub küləyi Not, yağışla dolu buludları qovub gətirən qılıqlı qərb küləyi Zefir doğuldu.


Titanladan başqa, bərəkətli Torpaq üç nəhəng təpəgözü, əlli başlı və yüz əlli dağ kimi yekə üç nəhəngi də dünyaya gətirdi.Onların hər birinin yüz əli olduğundan bu nəhənglərə yüzəlli deyirdilər.Nəhənglərin dəhşətli gücü qarşsında heç kim tab gətirə birmirdi, onların gücü sərhəd tanımırdı.

Uran özü bu nəhəng uşaqlarına nifrət edirdi,onları Torpaq ilahəsinin dərinliklərindəki zülmətə saldı və onları işıqlı dünyaya çıxmağa qoymadı.Ana Torpaq əzab çəkirdi. Bu dəhşətli yük onu çox incidirdi. Ana titan uşaqlarını yanına çağırdı və onları inandırmağa çalışdı ki, ataları Urana qarşı çıxsınlar, amma uşaqlar öz atalarına əl qaldırmağa ürək eləmirdilər. Təkcə kiçik qardaşı məkrli Kron atasının üzünə ağ oldu və hakimiyyəti ğöz əli altına aldı.,

İlahə Gecə, Kronun acığına bir sürü müdriş tanrılar doğdu:Tanata- ölüm, Erida- ədavət, Apata- yalan, Ker-dağıtma, Hipnoz- qarabasmalı yuxu, aman tanımayan Nemesida- cəzaya görə intiqam və başqaları.Bu tanrılar atasının yerinə keçmiş Kronun  dünyasına dəhşət, ədavət, yalan, mübaizə və  bədbəxtçilik gətirdilər.


Mənbə:"Qədim əfsanələr"kitabı