19.04.2014

Qrupun təqdimatının qiymətləndirilməsi meyarları.

Fəal təlimin üsullarından biri layihə fəaliyyətidir. Layihələr
şagirdlərin müxtəlif problemləri müstəqil şəkildə tədqiq etməsidir.
Bunlar qrup halında və fərdi ola bilər. Tədqiqatların nəticələri sinif və
ya məktəb çərçivəsində təqdim olunur (təqdimatlar).
Müəllim təqdimatın növünü və onun keçiriləcəyi şəraiti şagirdlərlə birlikdə müəyyənləşdirə bilər. Təqdimat zamanı hər bir şagird layihənin eyni əhəmiyyətə malik olan hissəsini təqdim etməlidir.
Təqdimatın hər bir növünün öz qaydaları və ənənələri vardır.
Məsələn, şifahi təqdimatın qiymətləndirilməsi zamanı intonosiyadan,
testlərdən, foto və vidio materiallardan və i.a. yerli-yerində istifadə
edilməsi kimi amillər nəzərə alınır. Təqdimatın qiymətləndirilməsi üçün
meyarların işlənib hazırlanması zamanı biliklər (faktlar, problemləri,
anlayışları, ideyaları bilmək), əqli vərdişlər (məlumatların təhlili,
qiymətləndirilməsi, sintezi, yəni məntiqi təfəkkür qabiliyyəti) və
kommunikativ vərdişlər (informasiyanı aydın təqdim etmək bacarığı)
kimi göstəriciləri nəzərə almaq vacibdir. Aşağıda şifahi təqdimatın dörd
səviyyəsi üçün qiymətləndirmənin bəzi meyarları təklif olunur.
Müəllimlərin arzusuna uyğun olaraq onlar dəyişdirilə və ya tamamlana
bilər.
4-cü səviyyə
-əsas anlayışlar, mövzular, problemlər, ideyalar diqqətlə seçilir,
təriflər və təsvirlər verilir;

-faktlar dəqiqdir;
-şagird problemə aid olan bütün məlumatları seçir və məntiqi
surətdə təşkil edir;
-məlumatlara əsaslanaraq nəticələr çıxarır;
-təqdimatda bütün ideyalar şagirdin fənn haqqında dərin biliklərə
və məntiqi düşünmək qabiliyyətinə malik olduğunu aşkarlayan bir
tərzdə verilir;
-təqdimat əla təşkil olunmuşdur.
3-cü səviyyə
-əsas anlayışlar, mövzular, problemlər, ideyalar yerli-yataqlı
seçilir, dürüst müəyyən edilir və təsvir olunur;
-faktlarda kiçik dəqiqsizlik vardır;
-problemə aid məlumatların əksəriyyətini seçir və məntiqi şəkildə
təşkil edir;
-məlumatlara əsaslanaraq informativ nəticələr çıxarır;
-təqdimatdakı ideyaların əksəriyyəti şagirdin fənn haqqında dərin
biliklərə və məntiqi düşünmək qabiliyyətinə malik olduğunu sübut edən
tərzdə verilmişdir;
-təqdimat yaxşı təşkil olunmuşdur.
2-ci səviyyə
-əsas anlayışlar, mövzular, problemlər, ideyalardan bəziləri seçilir,
tərif və təsvirləri verilir;
-bəzi informasiyalar düzgün, bəziləri səhvdir;
-problemə aid az məlumat tapır;
-məlumatlar əsasınla natamam nəticələr çıxarır;
-təqdimat yalnız bəzi ideyalar şagirdlərin fənn haqqında biliklərə
və məntiqi düşünmək qabiliyyətinə malik olduğunu aşkarlayan bir
tərzdə verilmişdir;
-təqdimat yetərincə yaxşı təşkil edilməmişdir.
1-ci səviyyə
-əsas anlayışlar, mövzular, problemlər, ideyalar seçilmir, tərif və
təsvirləri verilmir;
-informasiya dəqiq deyildir və ya yoxdur;
-problemə dair mühüm məlumatları tapmır;
-nəticələr yoxdur və ya dürüst deyildir;
-təqdimatdakı bütün ideyalar dürüst ifadə edilməmişdir;
-təqdimat olduqca pis təşkil edilmişdir.
Səviyyələr arasındakı fərqlər şagirdlərin öz biliklərini necə
göstərmələri ilə, yəni materialı nə qədər diqqətlə öyrənmələri, problemi
nə dərəcəjə ətraflı nəzərdən keçirmələri, faktlardan və detallardan nə
dərəcədə dəqiq və yerli-yerində istifadə etmələri ilə izah olunur.
4-cü və 3-cü səviyyələr – şagirdlər anlayışların, problemlərin,
ideyaların tərif və ya izahını verə bilirlər, faktlar arasındakı qarşılıqlı
əlaqəni başa düşürlər, məlumatların qiymətləndirilməsi üçün əqli
vərdişlərdən (müqayisə, qarşılaşdırma, səbəb-nəticə əlaqələri, başlıca
amilin müəyyən edilməsi və i.a.) istifadə edirlər. Təqdimatda materialın
şərhi dəqiq, illüstrasiyalar və misallar yerli-yerində, çıxarılan nəticələr
isə düzgündür.
2-ci və 1-ci səviyyələr – şagirdlər əsas anlayışları, problemləri
izah edə bilmirlər, faktlar arasındakı qarşılıqlı əlaqəni pis başa düşürlər,
faktlardan yersiz istifadə edirlər, çox vaxt isə onlardan istifadə etməkdən
çəkinirlər. Problemin mahiyyəti haqqında danışa və nəticələri yerliyerində
formalaşdıra bilmirlər, təqdimatın keçiril-əsi qaydalarına
lazımınca diqqət yetirmirlər.
Essenin qiymətləndirilməsi meyarları
-esse mövzusunun mahiyyətinin başa düşülməsi və onun
açılmasının tamlığı;
-öz fikrinin faktlara, mənbələrin «şəhadəti» ilə, nəzəri sübutlar və
mühakimələrlə əsaslandırıl-asının inandırıcılığı;
-terminlərdən, faktlardan düzgün istifadə olunması;
-mühakimələrin aydınlığı və ziddiyyətin olmaması;
-fikirlərin ardıcıllığı.
Esseni ənənəvi metodlarla da qiymətlən-dirmək olar.
Qiymətləndirmənin göstərilmiş meyar-larından və şagirdlərin
özünüqiymətləndirmə vərəqlərindən qiymətləndirmə sisteminin
yaradılması üçün tövsiyələr kimi istifadə etmək olar. Hər bir sinfin,
məktəbin, təlim fənninin spesifik xüsusiyyətlərini nəzərə almaqla bu
myearları müxtəlif variantlarda tətbiq etmək, şəraitə uyğun olaraq
bunları tamamlamaq və dəyişmək olar.

Mənbə:A.H.DƏMİROV   S.M.MƏMMƏDOV     .N.İSMAYILOV
YENĠ TƏLİM  TEXNOLOGİYALARI VƏ   MÜASİR DƏRS