19.04.2014

Oğuz dövləti.

   Kürdəmir şəhər 1 saylı orta məktəbin müəllimi İbrahimova Gülbəniz Qeyrət qızı.     
Ümumtəhsil  məktəblərində tarix fənninin tədrisinin əsas məqsədi şagirdləri tarixdə baş verən hadisələrlə yaxından tanış etməklə yanaşı,həmin hadisələri sərbəst təhlil edərək düşünməyi bacaran,vətəninin keçmişini bilən və bu gününü dərk edən və gələcəyi üçün  yaşayan şəxsiyyətlər yetişdirməkdir. Təhsildə baş verən islahatlar bu baxımdan çox məqsədəuyğundur.Fəal təlim metodları şagirdləri düşündürərək öyrətməyə kömək edir.İKT-in tətbiqi ilə keçirilən dərslərin bu işdə əhəmiyyəti  isə artıq danılmaz bir faktdır.
Respublikamızın bir çox müəllimi kimi mən də dərslərimdə fəal təlim metodlarından istifadə edirəm.
      İKT-in tətbiqi  ilə keçdiyim dərslərdən biri ilə oxucuları da tanış etmək istərdim.
                   Orta əsrlər tarixi  7-ci sinif.
     Mövzu: Oğuz dövləti.
     Məqsəd: 1.Oğuz dövləti haqqında biliklərin mənimsənilməsi.
                       2.Oğuz anlayışı,oğuz tayfa ittifaqları,Oğuz dövlətinin  meydana gəlməsi,islam dinininqəbulu ,oğuz axınları və s.
                      3.Oğuz türklərinin axınlarının Azərbaycan xalqının formalaşmasında oynadığı rolu müəyyən etmək
                     4.Tədqiqat prosesində sərbəst informasiya  əldə etmək bacarığının  formalaşdırmaq
                     5.Qruplarla iş təşkil etməklə şagirdlərdə əməkdaşlıq etmək vərdişini yaratmaq.
     İş forması: kiçik qruplarla iş
     İş üsulu:əqli  hücum,BİBO,müəllim izahı,tədqiqat və interaktiv oyunlar
     Resurslar:Dərslik,internet saytları,ensiklopediyalar.
     Təchizat:proyektor,kompyuter,      
                                                     Dərsin gedişi:
    1 Sinfin təşkili.
     Şagirdlərə fotoalbom  təqdim olunur(Alp Arslan,Fateh  II  Mehmet,Uzun Həsən,Qara Yusif,Şah İsmayıl Xətai,Nadir Şah Əfşar,Məmmədəmin Rəsulzadə,Atatürk,Berdımuxammedov, Ərdoğan, Ramin Səfərov, Mübarız İbrahimov,Ümummilli liderimiz Heydər Əliyev,Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev) və onlara sualla müraciət edirəm:
      -Şəkillərdə gördüyünüz şəxsiyyətlər kimlərdir?   Onları hansı ümumi cəhət birləşdirir?
Şagirdlər  şəxsiyyətlərin adını sayır,onları birləşdirən cəhətləri  sayarkən,onların  hər birinin oğuz-türk  dünyasının görkəmli şəxsiyyətləri  olduğunu  vurğulayırlar.
     Sonra  şagirdlər “Dədə Qorqud” filmindən  fraqment izləyirlər.              
     Onlara sualla müraciət edirəm:
     -Bu fraqment  hansı  filmdəndir?Filmdə  kimlərin tarixindən,adət-ənənələrindən bəhs olunur?
     Şagirdlər   fraqmentin  “Dədə Qorqud” filmindən  olduğunu və bu film  oğuzların    tarixinə,adət-ənənələrinə  həsr olunduğunu  deyirlər.
      Şagirdlərdən soruşuram:
-Uşaqlar, biz oğuzlar haqqında hansı dərslərin  tədrisi zamanı  məlumat alırıq?
     Şagirdlər-ədəbiyyat,coğrafiya,tarix dərslərində,televideniya  və mətbuatdan oğuzlar haqqında  aldıqları  məlumatları bildirirlər.
 
      



         Şagirdlərə oğuz anlayışı ,oğuz tayfaları,oğuzların ilkin yaşadığı yerlər haqqında məlumat verirəm.










  
    Sonra  şagirdlərə  4 qrupa bölürəm.  
    
    Hər qrupa  tədqiqat mövzusunu təqdim edirəm.       
     1 qrup-Oğuzlarım məşğulliyyəti.
     2 qrup-Oğuz dövlətinin yaranması.
     3 qrup-İslam dininin qəbulu.
     4 qrup-Oğuzların köçü.
     Tədqiqat üçün şagirdlərə  vaxt ayırıram.
     Qruplar hər biri öz mövzusunu araşdırır və sonda öz nəticələri ilə  yoldaşlarını  tanış edirlər.Hər bir qrup öz mövzusunu geniş şərh edir.

 
     Sonra şagirdlər aldıqları informasiyanı təhlil edir  və qruplar bir-birinə  suallarla müraciət edir.












     Alınan informasiyanın  şagirdlər tərəfindən  necə mənimsənildiyini yoxlamaq üçün şagirdlərə  krossvord təqdim olunur.Şagirdlər  krossvordu həll edərək dərsin mövzusu olan “Oğuz”sözünü alırlar.

     

     Sonra hər qrupdan bir nümayəndəni xəritənin yanına dəvət edirəm,onlara oğuz türklərinin  bu gün yaşadığı ölkələrin (Azərbaycan,Türkiyə,Kipr,İran,İraq,Suriya,Türkmənistanın)kiçik ölçülü bayraqlarını verirəm və bu bayraqları öz ölkələrinə müvafiq sancmağı tapşırıram.
      

      Şagirdlər tapşırığın öhdəsindən məharətlə gəlirlər.
     Dərslərimdə mövzunu yekunlaşdırarkən şagirdlərin dərsi mənimsənilməsi  ilə yanaşı,dərsdən  çıxardıqları  mənəvi  dərsi də  aydınlaşdırıram.
     Bu məqsədlə Azərinin ifasında “Turan”mahnısına qulaq asırıq.Sonra onlara sualla müraciət edirəm:
       -Müəlliflər və ifaçı bu mahnı ilə hansı fikri ifadə edirlər?
    
     Şagirdlər müxtəlif fikirlər irəli sürürlər və sonda eyni nəticəyə gəlirlər.Mahnı türk xalqlarını birliyə çagırır.Türk xalqları bir-birinə dayaq olsa heç bir qüvvə onlara bata bilməz.
      Sonda şagirdlərə qiymətləndirmə blankları təqdim edirəm,onlar öz yoldaşlarını mən isə hər 4 qrupu qiymətləndirirəm

                                          .
E Ev tapşırığı:    `§19,1-4 tapşırıq,daha ətraflı məlumat toplamaq və mövzuya uyğun əl işləri yaratmaq.  .