Utilər - Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalar. Bir sıra tarixçilər utiləri e.ə. III - II minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kuti tayfaları ilə əlaqələndirirlər. Lullubi tayfaları tərəfindən öz yurdlarından sıxışdırılıb çıxanları kutilər tədricən şimala doğru hərəkət edərək Göycə (Sevan) gölünün ətraf ərazilərində məskunlaşmışlar. Urartu mənbələrinin
verdiyi məlumatlara görə, onlar burada etiunilər adı ilə tanınmışlar. E.ə. VIII əsrdə urartulular Etiuni vilayətini tuturlar və etiunilər Kür-Araz vadisinə köçürlər.
Burada utilər antik mənbələrdə Otena və ya Vitiya adlandırılan vilayətlərini yaradırlar. Herodot bu barədə bildirir ki, utilərin tayfası Əhəmənilər dövlətinin
XIV dairəsinə daxil idi. Herodot onu da bildirir ki, utilər Əhəməni hökmdarı Kserksin qoşunları tərkibində e.ə. 480-ci ildə Yunanıstana qarşı yürüşdə iştirak etmişlər. Utilər də kaspilər kimi qamışdan düzəldilmiş oxlarla silahlanmışdılar, həm də onlardan fərqli olaraq xəncərləri var idi. Utilər keçi dərisindən paltar geyirdilər. Uti vilayəti Qafqaz Albaniyasının tərkibinə daxil ediləndən sonra
utilərin bir hissəsi də Kürün sol sahilinə köçür. Alban tarixçisi Moisey Kalankatlı özünün "Alban tarixi"ndə yazır ki, uti tayfaları albanların Aran adlı ulu babaları və
hökmdarlarından törəmişlər. Bəzi tarixçilərin fikrincə, erkən orta əsrlərdə ola bilər ki, utilər hansısa gəlmə tayfa ilə qarışmışlar və bunu tayfanın "uti-dorslar" ("uti
aorslan" - "aorslar" sarmat tayfasıdır) və "utiqurlar" (hun tayfalarının adı ilə müqayisə et - onoğurlar, saraqurlar və s.) adı da sübut edir. Qədim utilərin övladları sayılan udinlər hələ XVIII əsrin əvvəllərində özlərinin "aqvan (yəni alban) və millətcə uti" olmaları ənənəsini saxlayırdılar. Müasir udinlər qədim Qafqaz Albaniyasının müvafiq ərazilərinə uyğun rayonlarda (Qəbələ, Oğuz) məskunlaşıblar.