25.07.2013

Meksikanın artefak muzeyi.



Meksikanın paytaxtında amerikalı hinduların mədəniyyəti ilə bağlı  zəngin artefaktlar kolleksiyası olan maraqlı muzey var.Hətta tarix və antropologiya ilə maraqlan-mayanlar üçün də bu muzeyin eksponatları təkrarolunmaz təəsuratlar yaradacaq.


Asteklərin zalı.Girişdə qurban üçün qabla yaquar fiquru var.Qurban gətirilənlərin ürəklərini bura yığırdılar.

Asteklər hindular içərisində həmişə ən qəddar  hesab edilir.Lakin son zamanlar digər tayfaların onlardan geri qalmadıqları müəyyən olub.

Qurban daşı.
Asteklər hindu mədəniyyətinin ən sonuncusudur.Amerikanın ispanlar tərəfindən işqal olunmasından az öncə onların  yüksəlişi təsadüf edir.
Asteklər yazıya malik idilər.
Asteklərin tarixini əks etdirən yazılar,piktoqramlar,ieroqliflər qalıb.
İspanlar onların yazısını məhv edirdi,çünki cadudan qorxurdular.Minlərlə əlyazması olan kitabxanalar məhv edildi.
İndi bunu konkistadorların ən dəhşətli cinayəti hesab edirlər.Onlar nəinki əhalinin çox hissəsini öldürdü,hinduların mədəniyyətuini məhv etdilər.
Lakin asteklərin mədəniyyəini gönahsız adlandırmaq olmaz.Hər gün gün batanda asteklərin bütün məbədlərində saban yenə günəş çıxsın deyə allahlara insan qurban edilirdi.
Allahların təsviri təfəkkürün hüdudsuz olduğunun sübutudur.

Bu ilanın başı 1 metrdən hündürdür.Bu yerlərdə yaşayan ilana bənzəyir.
Asteklərin piramidası.Maketdən görünür ki,piramidanı lay-lay tikirdilər.Şəhər böyüdükçə daha iri piramidaya ehtiyac olurdu,onda olan piramidaya yeni lay əlavə edilirdi.
Şəhər ispanlardan öncə belə idi.Şəhər böyük gölün ortasında süni daşlıq adanın üstündə yerləşirdi.Şəhərin yaranma tarixi maraqlıdır.Asteklərin uluları taleyə inanırdılar.Onlar hesab edirdilər ki,şəhəri onlara işarə edilən yerdə yaradacaqlar.Bu yeri isə kaktusda oturub ilan yeyən qartal işarə edəcək.Bir dəfə onlar bu işarəni gördülər,lakin qartal kiçik dağ hülünün yanındakı daşın üstündə oturmuşdur.Ona görə də asteklər şəhəri gölün ortasında tikdilər.
Və döğrudan da,onların imperiyası kontinentdə ən nəhəng imperiya oldu.Astekləryeni torpaq əldə etmək və allahlara qurban etməkdən ötrü  əsir almaq üçün  daimi müharibələr aparırdı.
İndiyə qədər də Meksikanın bayrağında kaktus üzərində oturan və ilan yeyən qartal şəkli təsvir olunub.
Asteklər dəmir işləyə bilmirdi.buna görə kəskin alətlərini obsidiandan hazırlayırdılar.Belə bicaqlar çox iti olurdu.Obsidian antiseptik xüsusiyyətə malik olduğu üçün astek cərrahları oninla çətin əməliyyatlar apara bilirdi və yara iltihab olmurdu.

Asteklərin bazarlarının rekonstruksiyası.Hətta bazarda belə qayda qanun var.Asteklər çox qaydaya riyaət edən xalq idilər.Hər bir cinayətə yeganə cəza-ölüm idi.

Mədaxil məxaric kitabı.Alınan və dəyişilən malların siyahısı.
Asteklərin mətbəxi.
Ənənəvi ritual paltar geymiş kahinlərin heykəlləri.


Günəç allahının anası-Koatlikye allahının heykəli.

Asteklərin kalendarı.Bu yaxəna kimi asteklərin ən iri tapıntısı hesab edilirdi.Bu yaxında üzərində astek yazısı olan piltə tapılıb.

Heyvan bütləri.


Musiqi alətləri.
İncəsənət allahı.
 
Almeklərin zalı.Latın amerikasının ən qədim xalqlarından biri.

Almeklər Meksika və qonşu ölkələrdə nəhəng başların müəllifidirlər.Bu gpnə kimi onlardan bəzisi yaxşı qalmış və muzeyə gətirilib.Heç kim bu başların hansı məna daşıdığını bilmir.
Nəhəng başlardan başqa almeklərdən çox sayda mədəni relikviya qalıb.Onlar hələ də elmi mübahisəyə səbəb olur.Onlar Pasxa adasının heykəllərinə çox bənzəyir.

Bu gülən qadınların heykəlləri də bir sirdir.Bəzi alimlər hesab edir ki,onlar dini transdadır,lakin bu ancaq hipotezadır.
Bəzi heykəllər isə cənubi amerikalıların yadplanetlilərlə əlaqələrindən belə xəbər verə bilər.
Mayyalıların zalı.Mayyalılar üçün üz cizgiləri və baş formaları  xarakterikdir.
Mayyalıların məbədlərinin fasadları.Onlar şəxsi kolleksionerlər tərəfindən ölkədən çıxarılıb.Sonralar isə Meksika hakimiyyəti tərəfindən geri qaytarılıb.
Mayyalıların mədəniyyəti asteklərininkinə bənzəyir.Əslində isə onlardan daha qədimdir.
Obsidian bıcaqı.
Mayya yazısı.
Bəzi afrika tayfaları kimi mayyalılar öz uşaqlarının baş formalarını dəyişirdilər.
Mayyalılar kitabı.Bu kitabı oxuduqdan sonra alimlər mayyalıların döyüşkən xalq olduğunu aşkar etdilər.
Mayyalıların qəbiri.Bəzən düz bəzən isə oturaq vəziyyətdə dəfn edilirdi.
Mayya padşahının məhşur qəbri.
Yaşıl maska və göyə uçan arabaya görə bəzən mayyalıların allahlarını yadplanetlilərlə eyniləşdirirlər.

Alimlər isə bunu təsdiqləmir.Bunu dirlər və ölülər arasımdakı metamarfor hesab edirlər.

Uçan insanlardan bir təsvir.