02.06.2013

Mayyalılar.

 Qədim mayya tayfaları Mərkəzi Amerikanın Yukatan yarımadasında məskunlaşmışdılar. Qədim mayya tayfaları kəsib-yandırma əkinçiliyi ilə məşğul olur, qarğıdalı, lobya, balqabaq,
pomidor, kartof pambıq becərirdilər; onlar hinduşka və it də saxlayır, ətindən ərzaq üçün istifadə edirdilər;habelə ovçuluq, balıqçılıq və arıçılıqla da məşğul olurdular. 



Eramızın ilk əsrlərində mayya tayfalarının daş
binaları və pilləli piramida formalı məbədləri olan
şəhərləri var idi. Tikililər rəsmlərlə, relyef təsvirləri və heykəllərlə bəzədilirdi.
Mayya tayfalarının eramızm ilk illərində meydana gəlmiş heroqlif yazılarından ibarət çoxlu kitabələri dövrümü-zədək qalmışdır. Mayya tayfalarının 100-dən artıq şəhərləri məlumdur.
Bunların ən iriləri Tikal, Kopan, Çiçen-İtsa, Uşmal şəhərləri idi. 

IX əsrdə mayya şəhərləri digər hindi tayfalarının müdaxiləsi nəticəsində darmadağın edilmişdi. X əsrdə Yukatan yarımadasında mayyaların yeni dövlətləri
meydana gəlmiş, sonralar isə müstəqil şəhər-dövlətlərə parçalanmışdı.


Mayya dövlətlərində əyanlar və kahinlər yüksək mövqeyə malik idilər. Kahinlər yazıya və elmi biliklərə yiyələnir-dilər. Mayyaların dinində yağış və külək allahları mühüm
rol oynayırdılar. Əhali icma şəklində yaşayır və müxtəlif mükəlləfiyyətlər daşıyırdı. İbtidai münasibətlərin qalıqları qalmaqda idi və eyni zamanda, quldarlıq da inkişaf etmişdi. Mayya şəhərlərində sənətkarlıq da inkişaf etmişdi, çoxlu tacir var idi. Mayyaların şəhər-dövlətləri 1541 - 46-cı illərdə ispanlar tərəfindən istila edildi. Mayya tayfaları dəfələrlə ispan ağalığına qarşı üsyan etmişlər. Onların ən iri azadlıq hərəkatı Meksikanın müstəqillik əldə etməsindən sonra - 1847-1904-cü illərdə olmuşdur. Hazırda mayyaların sayı 400 min nəfərə yaxındır.