01.06.2013

BMT

BMT (Birləşmiş Millətlər Təşkilatı) - müstəqil dövlətlərin beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəm-lətmək, eləcə də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə könüllü birləşməsi nəticəsində təsis edilmiş beynəlxalq təşkilat.

BMT-nin nizamnaməsi 1945-ci ilin aprelində San-
Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin
nümayəndəsi tərəfindən imzalanmış və 1945-ci il
oktyabrın 24-də qüvvəyə minmişdir (son tarix BMT
günü kimi qeyd olunur). Beynəlxalq sülhün və
təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik Şurasının(TŞ) üzərinə qoyulmuşdur. Burada qərar qəbul olunması zamanı TŞ-nin beş daimi
üzv-dövlətinin - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin səs birliyi prinsipi mövcuddur. Bu o deməkdir ki, beş böyük dövlətdən hər biri onun marağına uyğun
gəlməyən qərara veto qoymaq hüququna malikdir. BMT-nin Təhlükəsizlik Şurasından əlavə, əsas orqanları bunlardır: Baş Assambleya, İqtisadi və İctimai
Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və BMT baş katibinin başçılıq etdiyi Katiblik. BMT sistemində 15 ixtisaslaşdırılmış təsisat da vardır. BMT-nin
iqamətgahı Nyu-Yorkdadır (ABŞ). 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-nin üzvü olmuşdur.