23.05.2013

Xalq geyimləri.

   
   Təbiətin obrazı,insanın məişət və həyat tərzi xalq geyimlərində öz əksini tapmışdır.Geyim ənənələri müxtəlif olsa da,əsas xüsusiyyətləri eynidir-istifadədə rahatlıq,gözəllik və rəngarənglik.


   Mürəkkəbliyi və gözəlliyi ilə fərqlənən qadın geyimləri rəngarəngliyi ilə əlvan dağ çıçəklərini,yamacların yaşıllığını,qürub çağının al-qırmızı rənglərini xatırladardı.
Qadın üst geyiminin əsas cəhəi onun çoxqatlı(üst-üstə) və qırçınlı olması idi,üst köynəy,arxalıq,
çəpkən,ləbbadə,kürdü,küləcə və eşməkdən ibarət olardı.Məxmər,tirmə,ipək,atlaz və zərxara parçalardan tikilərdi.Ağ,qırmızı,göy,sarı,yaşıl və tünd rənglər daha çox istifadə olunardı.

   Qadın geyimində bəzək və zinət əşyaları da mühüm rol oynayardı.Nəsillərdən nəsillərə öürülən bu məlumatlar ailəyə məxsus idi və təbiət obrazlarını simvolizə edən naxışlarla işlənilərdi.

   Sinədən asılan həmayil xüsusi əhəmiyyət kəsb edərdi:bəzəyə oxşasa da,onun əsas funksiyası bədnəzərdən qorumaq idi.Həmayili,ən qiymətli miras kimi nəsildən-nəsilə töhfə verərdilər.

   Geyimi bəzəyən naxış-simvollar qadını şər qüvvələrdən qoruyardı.Yaxa və qolçaqdakı simvollar-boynu və əlləri,balaq naxışları isə ayağı qoruyardı.Qadın ümid edərdi ki,balağı yerlə sürünən geyimin naxışı torpağa məhsuldarlıq bəxş edir,həm də ondan həyat gücü alır.

   Kişi üst geyimi ipək,atlaz,kətan və digər parçalardan tikilərdi.Papaq,üst köynəyi,arxalıq,çəpkən,çuxa və şalvar kişi geyiminin əsas hissələri idi.

Maldarlıqla məşğul olanlar yapıncı geyərdilər.Yağış və qar suyu keçirməyən,insanı bürküdən,soyuq və küləkdən qoruyan yapıncı həm də yorğan-döşək kimi istifadə olunardı.

   Çyxa -kişi üst geyimi-vəznəli və çərkəzi adlanardı:bel hissədən büzməli və ya qırçınlı olardı.Tirmə və mahuddan hazırlanardı.Ağ çuxa-bəxtəvərlik,qara çuxa-bədbinlik əlaməti idi.Kəmərdən isə xəncər asılardı.Forma və materialına görə papaq adları müxtəlif olardı:çalpapaq,şələpapaq,şişpapaq,qələmi papaq.

   Məişət və mədəniyyəti əks etdirən incəsənət əsərləri tarixin canlı şahididir. Bu əsərlər müxtəlif üslubda olsa da,onların bizə çatdırdığı hadisələr,obraz və geyim təsvirləri tarixi keçmişimizin zəngin irsidir.