09.01.2013

   
    Qədim yunan filosofu.Efes şəhərində doğulub.
Dialektikanın banisi.Şəhər hökmdarlığından imtina edib,hakimiyyəti qardaşına vermişdir.Artemida məbədinə çəkilib uşaqlarla oynamağa başlamışdır.Efeslilərin tənəsinə cavab olaraq demişdir ki,sizin kimiləri idarə etməkdənsə,sizin uşaqlarınızla oynamaq daha yaxşıdır.Qara camaata ikrah etdiyini sübut etmək üçün dağlara çəkilib ot-ələflə dolanmış,nəticədə xəstələnib ölmüşdür.Artemida məbədində yaşayarkən"Təbiət haqqında" adlı əsərini yazmışdır.Əsər itmiş,antik filosofların əsərlərində fraqmentləri qalmışdır.Heraklitə görə hər şey oddan əmələ gəlir,mütəmadi olaraq dəyişir,suya,havaya,torpağa dönüb sonra yenidən oda çevrilir.

   Dünyada dəyişməz və hərəkətsiz heç nə yoxdur.Ziddiyətlər bir-birinə keçir.
   İran şahı Dara onun əsərini oxuyub,filosofu sarayına dəvət etmişdir.Lakin Heraklit "nadanlar" arasında yaşasa da,vətənini tərk etməmişdir.
                                Deyimləri.
Bir çayda iki dəfə çimmək olmaz.
İnsanların çoxu başlarına gələnlərdən qətiyyən ağıllanmırlar.
Xalq qanun yolunda öz evinin divarı üçün vuruşduğu kimi vuruşmalıdır.
Əbədiyyət şahmat fiqurları ilə əylənən uşaq kimidir.
Yuxarıda və aşağıya gedən yol eynidir.
Dinclik dəyişiklikdədir.
Mən özüm-özümə tədqiq edirəm.
Xəstəlik sağlamlığın,şər xeyirin,aclığ toxluğun,yorğunluğ istirahətin ləzzətini bildirir.
Təbiət gizlənməyi sevir.
Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz.
Dəyişməyən tək şey, dəyişiklikdir.
Əgər ədalətin özü olmasaydı insanların ədalətin adını bilməzdi.
Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən.
Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik.
Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır.
Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi.
İnsanların xarakterləri onların qədərləridir və insanlar layiq olduqları həyatları yaşayarlar.
Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır.



Əlisa Nicatın "Dünya fəlsəfi irsindən yarpaqlar" kitabindan.