09.01.2013

Azərbaycan ərəb istilası ərəfəsində



 7-ci əsrin başlanğıcında təqribən bütün Orta Şərq, o cümlədən Zaqafqaziya bir- biri ilə çəkişən iki qüdrətli rəqib dövlət-Bizans ilə Sasanilər İranı arasında bölüşdürmüşdü.      
      Ümumi adı “Arran” (Albaniya,Ağuan) olub,yarımmüstəqil əmirlik və ya padşahlıq şəklində İrandan asılı olan Azərbaycanın şimal rayonları daim öz daha güclü qoşunları və xəzərlərin işğalçılıq hücumlarına məruz qalmışdır;bu işğalçılardan hər biri Arran xalqını kölə halına salmağa,onun torpaqlarını və təbii sərvətlərini qarət etməyə cəhd edirdi.Bu şəraitdə Arran çox vaxt gah bir,gah digər güclü qoşunla siyasi və iqtisadi cəhətdən asılı vəziyyətdə olmuşdur.
 
      Bir əyalət (kustak) kimi Sasanilər imperiyası tərkibinə daxil olmuş Azərbaycanın cənub rayonları da Bizans ilə İran arasında tez-tez baş verib bəzən, on illərlə davam edən dağıdıcı müharibələr nəticəsində çox məhrumiyyətlərə qatlaşmışdır.
      6-cı əsrin axırlarında həm Azərbaycan, həm də Arran Sasanilər imperiyasının tərkibinə daxil olub,İberiya və Ermənistanla birlikdə imperiyanın dörd vahidindən biri olan şimal canişinliyi (Qafqaz kustakı) təşkil edirdilər.İranın inzibati bölgüsü haqqındakı məlumata Əd-Dinəvəridə rast gəlirik: “Kisra Ənuşiravan ölkəni 4 yerə böldü və bunlardan hər biri bir nəfər rəis tərəfindən idarə olunrdu. Dörd hisədən biri Xorasan, Sicistan və Kirmandan, o birisi-İsfahan,Qum,Cibəl,Azərbaycan və Ermənistandan, üçüncüsü-Fars,əl-Əhvaz və əl-Bəhrəyn,dördüncüsü-İraqdan tutmuş Rum ölkəsinin sərhədinədək uzanan yerlərdən ibarət idi ”.
      Lakin Pəhləvi mənbələrindən istifadə etmiş Təbərinin qədim ərəb müəlliflərin-dən verdiyi məlumatda deyilir ki,imperiyanın dörd əyalətə (kustaka) bölünməsi hələ Û Xosrovdan əvvəl mövcud idi; Xosrov taxta çıxandan sonra “İranın dörd ölkəsini idarə edən dörd Sepəhpuda məktub göndərdi”. Məktublardan biri “Azər-baycan,Ermənistan və qonşu ölkələrin Sepəhbudu Zədüyyə İbn ən-Nnahiracana göndərilmişdi”.
      I Xosrova qədər Sepəhbud adlanan baş hərbi rəis vəzifəsini bir nəfər daşıyırdı. I Xosrov  bu vəzifəni 4 nəfər arasında böldü: “Şərq,yəni Xorasan və qonşu torpaq-lar Sepəhbudu,Qərb (Məğrib) Sepəhbudu, Cənub (nimruz),yəni Yəmən Sepəhbu-du,Azərbaycan və qonşu toprpaqlar,yəni Xəzərlər Sepəhbudu”.
      Kustaklar daha xırda vahidlərə bölünürdü və bu vahidlərdən hər biri tarixən əmələ gəlmiş ərazi və etnik şəraitə uyğun olaraq az-çox müstəqil vilayətdən (şəhər-dən) ibarət idi.Şimal kustakına 13 belə vilayət (şəhər), o cümmlədən Azərbaycan (Atrpatakan),Ermənistan (Ərmən), İberiya (Varçan), Arran (Ran) , Balasakan, Si-sakan və digər vilayətlər (Mukan,Deyləm, Dəmavənd , Ruyan , Amul və s.) daxil idi.
      İbn Xordadbeh təsdiq edir ki, qərbi və şimal vilayətləri Sasanilər imperiyasının dörddə bir hissəsini təşkil edirdi və azərbazqansepəhbud adlanan ölkə Şimal Se-pəhbudunun hakimiyyəti altında idi; bu hissəyə Azərbaycan, Ermənistan, Rey, Ar-ran və başqaları daxil idi. Padşahlara verilən adlardan danışan ibn Xordadbeh bil-dirir ki, hələ I Ərdəşir Azərbaycan, Ermənistan və digər ölkə padşahlarına şah adı vermişdi, məsələn, Azərbazqan şah, Şiryan şah, Baraşakan şah (Azərbaycanda), A-lan şah (Mukan), Ərməniən şah, Filan şah və s. Mitilenli Zaxarinin Suriya Xroni-kasında Zaqafqaziyada yerli hakimlerin olduğu haqqında məlumat vardır. “Bu şi-mal tərəfdə (Zaqafqaziyada-Z.B.) beş dindar xalq və onların 24 yepiskopu vardır”. Onların katalikosu İran Ermənistanının böyük şəhəri olan Dvindədir. Qurzan da Ermənistan torpağındadır, onların dili yunan dilinə oxşayır, onların İran şahına tabe olan xristian padşahı vardır. Arranın da öz torpağı,öz daxili,dindar və xaç-pərəst xalqı vardır,onların da İran şahına tabe olan padşahı vardır”.
      Azərbaycan bu Şimal canişinliyidə mühüm strateji mövqe tutaraq, imperiyaya girən yolları həm şimalda xəzərlərdən, həm də qərbdə Bizansdan qoruyurdu. Xə-zərlər Azərbaycana və Arrana başqalarına nisbətən tez-tez basqın edirdilər, buna görə də Sasani şahları öz sərhədlərini möhkəmləndirməyə son dərəcədə böyük əhə-miyyət verirdilər.
      “Ağvan tarixi” ndə Sasani şahlarından II Şapurun (309-379) hökmranlığı zama-nı xəzərlərin təqribən 350-ci ildə Arrana basqını haqqında anaxronik məlumat var-dır: “Külli miqdarda xəzər Çoqa qapısından keçib,bizim ölkəyə girmişdi. Şapur Assuriya, Xorasan və Xarəzmdən saysız-hesabsız ordu və Atrapatakan əyalətindən çoxlu qoçaq iranlıları (azərbaycanlıları-Z.B.), albanları və Qafqaz dağlarının vəhşi
xalqlarından 12 tayfa toplayıb bu böyük qüvvə ilə yürüşə başlayaraq,onların qarşıına çıxdı”
      Lakin xəzərlərə qarşı ciddi tədbir görən ilk İran şahı I Qubad (Kavad-446-531-ci illər) idi; onun sərkərdələrindən biri Dinavərədək gəlib çıxan xəzrələri təqib edərək, Curzan (Gürcüstan) və Arranı onlardan geri aldı. “O, Arran ölkəsinə daxil olduvə ər-Ras (Araz-Z.B.) adı ilə məşhur olan çayla Şirvan arasında olan bütün torpaqları tutdu”
      Xəzərlərin Albaniyaya soxulması haqqında Yəqubidə gözəl məlumat var: “Xə zərlər bütün Arminiya torpaqlarını tutanlara deyilir ”. Onlara xaqan adlanan padşah başçılıq edir.Onun Arran, Curzan,Basfurcan və Sisican üzərində Yəzid Balaş adlı canişini vardır.Bu əyalətlər dördüncü Arminiya adlanır ki,vaxtilə İran şahı Qubad tərəfindən işğal edilmiş və Bab əl-Lanadək min fərsəx  uzanıb 360 şəhəri olan bu ərazi Ənuşiravəvana keçmişdür”.İran şahı Bab əl-Əvbab, Babasaran və Balancarı tutdu. O Kaliqala Şəhərini və bir çox başqa şəhərlər saldı və bunlarda iranlıları yer ləşdirdi.Sonra xəzərlər vaxtilə iranlıların onlardan aldıqları torpaqları yenidən iranlılardan tutub aldılar və uzun müddət onlarda qaldı;o vaxta qədər ki,rumlar xəzərləri məğlub edərək,Arminiya üzərində padşah təyin etdilər.beləliklə aydindir ki Xəzərlər hələ VI əsrdə (531 dən gec olmayaraq) Zaqafqaziya olkələrinə basqın edib çapırdılar,buna görə də I Qubad və Ənuşirəvanın dövründə xəzərlərin adının çəkilməsi heç də təsadüfi deyil.
Ənuşirəvanın öz imperiyasını dörd böyük əyalətə böldüyünü bildirən Təbəri qeyd edir ki, Azərbaycanın qonşusu “Xəzər ölkəsi olmuş və bu yeri Sul adlanan xalq tutmuşdu”. Təbərinin dediyinə görə, xəzərlər Azərbaycana soxulan zaman Ənuşirəvan onlara qalib gəldi və tutduğu 10 min xəzəri ölkədə yerləşdirdi. Ənuşirəvan gələcəkdə şimaldakı cəngavərlər tərəfindən baş verə biləcək hücumları dəf etmək üçün qalanı Bab əl-Əbvab (Dərbənd) şəhərini saldı; bu şəhər Çoqa ilə birlikdə əvvəlcə Sasanilər dövründə İranın, sonralar isə Ərəb xilafətinin şimal sərhədlərində güclü bir istehkam idi.
“Ağvan tarixi” nin müəllifı yazır ki, Dərbənd istehkamları və qalasını tikmək üçün “İran şahları ölkəmizi (Arranı -Z.B.) taqətdən saldılar; bu qəribə binanı tikmək üçün memarları səfərbərliyə alan və çoxlu müxtəlif material axtarıb tapan İran şahları həmin tikinti vasitəsi ilə Qafqaz dağı ilə Şərq (Xəzər) dənizi arasındakı keçidləri qapalı saxlayırdılar”.
Ənuşirəvanın müqabil hərəkətlərindən bəhs edən Təbərinin bu barədə göstərdiyi faktlar yalnız xəzərlər 553-cü ildə Arrana (Albaniyaya) hücum edərək və kəndləri yandırıb dağıdandan və xalqı əsir edib aparandan sonra baş verdi. Arran katolikosu Abas (551-595) xəzərlərin tez-tez etdiyi basqınlar nəticəsində daha Çoqa şəhərində qala bilmədi və öz iqamətgahını Arranın mərkəz şəhəri və paytaxtı olmuş Bərdə şəhərinə köçürdü. Moisey Kalankatuklu belə yazır: “Albaniya ölkəsi xəzərlər tərəfindən tutulmuş, kilsələr və müqəddəs kitablar yandırılmışdı. Şahənşah Xosrovun (Ənuşirəvanın 533-cü il -Z.B.) ikinci ilində erməni tarixinin əsası qoyulduğu zaman [552] Albaniya patriarxlığının taxtı Çoqa şəhərindən Partav paytaxtına köçürüldü, çünki İsa xaçı düşmənlərinin (yəni xəzərləri -Z.B.) qarətçi basqınlarının ardı-arası kəsilmirdi”.
Bizans ilə Sasani imperiyası arasında Arranı ələ keçirmək üstündə gedən mübarizədə təkcə siyasi deyil, iqtisadi məqsəd də güdülürdü. Bu mübarizənin ən qızğın çağında şimaldan xəzərlər və digər köçəri xalqlar Bizansın köməyinə gəldilər, çünki onlar Arran və Azərbaycanın zəngin şəhərləri hesabına varlanmağa can atırdılar.
Mənbələrdə yadellilərin basqınları dövründə Azərbaycan xalqlarının dözdüyü məhrumiyyət və çəkdiyi məşəqqətlər haqqında da, müxtəlif işğalçıların zülmünə qarşı onların qəhrəmanlıq mübarizəsi haqqında və bu mübarizənin işğalçılar üçün çox böyük güc sərf etmək və çoxlu hərbi qüvvə səfərbərliyə almaq bahasına başa gəldiyi haqqında məlumat verilir.
   Bizanslı Menandrın “Tarix”indən məlum olur ki, Bizans sərkərdələri Arran torpağında istədikləri kimi ağalıq edərək, adamları tutub girov saxlayır, ölkənin xalqlarını öz bildikləri kimi bir yerdən başqa yerə köçürür, ölkəni var-yoxdan çıxarırdılar. Məsələn, 586-cı ildə Bizans ilə İran müharibələrinin birində “Roma” (Bizans - Z.B.) sərkərdələri Albaniyaya hücum etdilər, sabirlər və digər tayfalar içərisindən adamları tutub girov saxladılar, sabirləri və albanları Kirin (Kür çayının - Z.B.) bu tərəfinə keçməyə və bundan sonra Roma ölkəsində qalmağa məcbur etdilər”.
 İran-Bizans müharibələri seriyasında 628-ci ilədək uzanan son müharibə 603-cü ildə II Xosrovun yürüşü ilə başlanmışdı. Bizansa qarşı müharibə iranlılar üçün əlverişli keçirdi və onlar bir neçə il ərzində çoxlu vilayət tutmağa və imperiyanın paytaxtı Konstantinopolun özünə yaxınlaşmağa nail olmuşdular.
610-cu il oktyabrın 5-də İrakli Bizans taxtına çıxdı. O, II Xosrov ilə barışığa girməyə cəhd etdi, lakin Xosrov romalılarla nəinki barışıq bağlamadı, hətta digər vilayətləri də onların əlindən aldı. “İranlılar o vaxtadək (622-ci ilədək - Z.B.) Pont sahilindən şərqdəki bütün Roma torpaqlannı tutdular”.
İranlıların müvəffəqiyyətləri 623-cü ilədək davam etdi. Həmin il İrakli iranlılar üçün əlverişli olan bir barışıq bağlamağa II Xosrovun razılıq vermədiyini gördükdə böyük bir ordu toplayıb, dolama yol ilə, Kolxida və İberiyadan keçərək İran üzərinə getdi.
Bizans ordusu Dvini tutdu, Azərbaycana soxuldu və Naxçıvanı işğal etdikdən sonra Arazı keçdi. Sonra Cənubi Azərbaycanın paytaxtı Qazaka tutuldu və atəşpərəstlərin bu şəhərdəki baş məbədi bizanslılar tərəfindən dağıdıldı. Gürcü mənbəyi İraklinin bu hərbi səfərini bir qədər başqa şəkildə təsvir edir: “Stepanozun padşahlığında (600-619) imperator İrakli Ermənistan, Azərbaycan və Şirvanı istila etdikdən sonra Gürcüstana girdi, gürcülərə qalib gəldi və onların padşahı Stepanozu öldürdü”.
İrakli çoxlu əsir və külli miqdarda qiymətli şey ələ keçirdikdən sonra öz qoşunlarını qışlamaq üçün Arrana apardı. Bizans əsgərləri ölkədə özbaşınalığa başladılar: “Saysız-hesabsız yunan ordusu gələndən sonra sürətlə axan bir çayın yaxınlığındakı Kalankatuk kəndi ətrafında ordugah qurdu. Bu ordu keçdiyi gözəl üzümlük və tarlaları tapdayıb viran etdi. Oradan çıxdıqdan sonra isə Trtu [Tər-tər] çayı kənarında Divdəkan kəndi yaxınlığında düşərgə saldılar”.
Y.Kulakovski və digər bizansşünaslar qeyd edirlər ki, imperator İrakli taxta çıxandan sonra öz hökmranlığının ilk on ilində daim çətinliklərlə qarşılaşır və
 imperiyanın xarici-siyasi nüfuzunu yüksəltməyə cəhd edirdi, çünki İranın etdiyi müvəffəqiyyətli müharibələr və öz sələfi Fokanın fəaliyyətsizliyi nəticəsində imperiyanın xarici-siyasi nüfuzu çox aşağı düşmüşdü. Buna görə də İrakli gözünü Şimaldakı xəzərlərə dikdi; o, xəzərlərin köməyi ilə Sasanilər İranının qüdrətini qırmağa ümid bağlayırdı.
625-626-cı ildə İrakli öz əyanlarından ağıllı və bacarıqlı bir xadim olan Andreni səfərə hazırlayıb ona təlimat verdi və [xəzərlərin yanına] göndərərək onlara çoxlu var-dövlət vəd verib dedi: “Əgər onlar [iranlılardan] qisas almağıma səylə yardım etsələr, onların ürəyi nə istəsə mən verərəm”. Cebu xaqan elçiyə cavabında belə dedi: “Onun [İraklinin] düşmənlərindən qisas almağa mən özüm çıxaram və öz igid ordum ilə özüm onun yanına gələrəm. Mən onun arzusuna uyğun olaraq, onun istədiyini vuruşmaqla, öz qılıncım və yayımla yerinə yetirərəm”.
Orta əsrlərə aid gürcü, ərəb, Bizans və erməni mənbələrindən göründüyü kimi, 627-ci ildə, son İran-Bizans müharibəsinin qızğın çağında İrakli Tiflisə gəlir və yeni müttəfiqlər mühasirəyə alınmış şəhərin hasarları yanında görüşürlər. E.Gibbon xəzərlərin İraklini necə qəbul etdiyini gözəl təsvir etmişdir.
O zaman, 628-ci ildə edam edilən II Xosrovun yerinə onun oğlu Şiruyə (II Qubad) İran taxtına çıxmış və Arran katolikosu Viro 25 il İranda həbsdə qalandan sonra Arrana qayıtmışdı.
     Qafqaz Albaniyasının (müqəddəs Şupxaqişodan) on dördüncü katolikosu Viro bu ölkənin tarixində xüsusi bir mövqe tutur. Onun fəaliyyəti indiyədək tədqiqatçıların nəzərini cəlb etməmişdir və bu cəhət xüsusilə onun həyatının son beş ilinə (626-630) aiddir.
Mənbələrdə göstərilir ki, Sasani padşahı II Xosrovun 628-ci ildə ölümündən sonra onun xələfi Şiruyə “atasının saray həbsxanasında yatan kişilərin hamısını evə buraxdı”. Əsarətdə olan bu adamlar arasında Albaniya katolikosu Viro da var idi, “o, hikmətdə güclü olan dahi və müdrik bir adam idi; böyük və şahanə işlərdə, müdrik məsləhətlər verməkdə onun dili cəld yazan bir qələm kimi idi. Onun çox mülayim danışığı sadə adamların və xalqın xoşuna gəlirdi. O, filosof kimi danışar və çoxlu hikmətli sözlər deyərdi: mirvari saf qızıl sapına düzüldüyü kimi, onun ağzından bir-birinin ardınca hikmətli sözlər tökülürdü. O, fars dilinə tərcümə işində xüsusilə mahir idi, çünki Xosrovun sarayında 25 il həbsdə olarkən bu dili mükəmməl öyrənmişdi”.
Gördüyümüz kimi, salnaməçi təmtəraqlı ifadələr işlətməkdə xəsislik etməmişdir; salnaməçinin Viro haqqında yazdığının çoxu Albaniya kilsəsi başçısının şənini yüksəltmək üçün olsa da, biz Vironun həqiqətən ağıllı bir dövlət xadimi olduğunu qeyd etməyə bilmərik: onun kilsə və dövlət başçısı vəzifəsindəki bütün fəaliyyəti bunu göstərir. Arran xalqının təşəkkül tarixində və birləşdirilməsi prosesində Vironun rolu o qədər böyükdür ki, orta əsrlərdə Azərbaycanın çox görkəmli şəxsiyyətlərindən biri olan Viro haqqında tarixi mənbələrdəki materiallar imkan verdikcə daha ətraflı danışmaq lazımdır.
602-ci ildə Foka Bizans imperatoru Mavrikini (582-602) öldürdükdən sonra imperiyanın taxtını ələ keçirdi. Bundan istifadə edən II Xosrov, Mavrikinin intiqamını almaq bəhanəsi ilə Bizansa müharibə elan etdi və bu müharibə II Xosrov devrilib öldürülənədək uzandı. İlk dövrdə Sasanilər müvəffəqiyyət qazanıb      Bizansın təqribən bütün Kiçik Asiya torpaqlarını, habelə Misiri tutmuşdular. Sasani qoşunları hətta imperiyanın paytaxtı Konstantinopola yaxınlaşmışdılar.  Lakin Foka öldürüləndən sonra imperiya taxtına çıxan I İrakli (610-641) Xəzər xaqanı ilə ittifaq bağladı və görəcəyimiz kimi, müharibə 629-cu ildə İranın tam məğlubiyyəti ilə qurtardı.
Albaniya xalqı İranla Bizans arasında gedən müharibədən istifadə edib 603-604-cü ildə Sasani hökmranlığına qarşı üsyan qaldırdı. Lakin II Xosrov üsyan etmiş Albaniya xalqına çox tez divan tutmağa müvəffəq oldu. Üsyan rəhbəri katolikos Viro “İran şahına qarşı qəzəblənən Ağvan əyanlarının qiyamında ittiham edilmişdi; [onlardan] çoxu məhv oldu; bəziləri qılıncdan, digərləri şikəstlikdən məhv oldu, bəziləri də uzaq ölkələrə sürgün edildi”.
Viro II Xosrovun cəza dəstələrindən gizlənməyə müvəffəq oldu. O, imperiyanın paytaxtı Ktesifona (Mədainə) qaçdı və orada II Xosrovun arvadı xristian məlikə Şirinin himayəsinə sığındı, onun himayəsi nəticəsində Viro, ələ keçmiş knyazların əksəriyyətinin başına gələnlərdən canını qurtara bildi. Məlikə Şirin “çox səy göstərəndən sonra şah, Vironun həyatını ona bağışladı”, lakin II Xosrov belə bir şərt qoydu ki, Viro ömrünün axırınadək “öz ölkəsinə qayıtmasın və sarayda nəzarət altında qalsın. O, (Xosrov) Vironun patriarx gəlirini əlindən almadı və onu katolikos ləqəbindən məhrum etmədi”.
Təəssüf ki, “Ağvan tarixi” əsərindən başqa heç bir mənbə Sasanilərin zülmünə qarşı Albaniya üsyanı haqqında məlumat vermir. Lakin həmin illərdəki hadisələri “Məktublar kitabı” bir qədər işıqlandırır. 606-607-ci ildə Gürcüstan katolikosu Kürion Dvində olan Virk (İveriya) mərzbanı Smbat Baqratuniyə bu məzmunda bir məktub yazmışdı: “Tsurtav yepiskopu Moisey öz pis əməllərinə görə gecə gizlicə qiyamçılara [Albaniya qiyamçılarına] tərəf qaçaraq Vaqramın [Vironun] yanına gəldi və etdiyi pis hərəkətilə arilər ölkəsinə (yəni İrana - Z.B.) böyük ziyan verdi. Lakin yepiskop Moisey, özünü doğruluğa çıxararaq həmin Smbata yazır: “Mən Vaqramın yanında olmamışam. Lakin sən cənaba bildirirəm ki, Vaqram mənə bele yazmışdır: “Sənin kilsədən uzaqlaşmağın böyük bir işdir, indi ki, sən çıxıb getmişdin, gərək yolunu bizə tərəf salaydm. Burada [Albaniyada] kilsənin mülkü vardır; bu mülk səni də təmin edə bilər”. Mən bu məktubu katolikos Abraama göstərdim, sən hakimə də göstərirəm, mən elə buradaca cavab verdim: “Mən [Vaqram-Viroya] dedim nə üçün oradan getdim - Sizin yanınıza gəlmək üçün - axı sizinlə [albanlarla] onların [gürcülərin] dini etiqadı birdir”.
Zənnimizcə, bu iki yazı parçası Vironun (Vaqramın) Albaniyadakı üsyan rəhbəri olduğundan şübhə etməməyə əsas verir.
Ktesifonda I Xosrovun yanında əsir kimi qalan Viro, Şirinin himayəsindən istifadə edərək, öz yanına gələn adamları qəbul edir, vətəni haqqında məlumat alır, müxtəlif dini mübahisələrdə iştirak edirdi.
612-613-cü ildə İran yığıncağı adlanan dini yığıncaq oldu, bir-birinə düşmən olan iki təriqətin keşişləri xalkedon və antixalkedon dini yığıncaqların mahiyyətini II Xosrovun təklifi ilə bu yığıncaqda aşkara çıxarmalı və bir “nəticəyə gəlməli idilər”. Bu yığıncaqdakı xalkedonçular arasında Albaniya katolikosu Viro da var idi. Asogik qeyd edir ki, yığıncaqda “xalkedon dini yığıncağının təliminə etiqad edən və Paytakaranda İran padşahının sarayında məhbus olan Albaniya katolikosu [Viro] da var idi”.
Viro həbsdə ikən Mehranilər xanədanından olan Albaniya knyazlarına “Girdiman hakimi və Albaniya ölkəsinin knyazı” ləqəbini bəxş etdiyi haqqında II Xosrovun bir sərəncam verməsinə nail oldu. Bu hüquq əldə edildi və Albaniyanın ilk knyazı seçilən Varaz-Qriqor 627-ci ildə Ktesifonda (Mədaində) “Albaniya katolikosu Viro tərəfindən edilən xaçaçuran (xristianlığı qəbuletmə) mərasi-mindən keçdi”.
     Bəzi alimlərin Viroya verdiyi xarakteristikanın dəqiq olmadığını burada qeyd etmək lazımdır. M.İ.Artamonov belə güman edir ki, onun monofizit hesab etdiyi Viro, knyaz Varaz-Qriqoru xaçaçuran etdiyi halda xalkedonçu Bizans imperatoru I İraklinin Varaz-Qriqoru ikinci dəfə xaçaçuran etməsi Vironun xoşuna gəlməyə bilərdi. Gördüyümüz kimi, Viro da xalkedonçu idi; odur ki, Varaz-Qriqorun İrakli tərəfindən ikinci dəfə xaçaçuran olunması Albaniya kilsəsini Gürcüstanın da mənsub olduğu xalkedon kilsə yığıncağına daha möhkəm bağladı. Albaniya tarixində baş verən sonrakı hadisələr  təsdiq edir ki, Albaniya kilsəsi məhz katolikos Vironun hökmranlığı dövründən etibarən xalkedon kilsə yığıncağı mövqeyində idi. Viro 25 illik həbsdən azad olunduqdan sonra vətənə getdi. “Viro vətəninə gəldikdən sonra öz yerarxiya kilsələrinin qarşısında səcdə edib qapı və döşəmələrini qucaqlayır, sel kimi göz yaşı axıdıb dizi üstə yerdə sürünürdü”. Lakin katolikosa “bir az istirahət etmək və həsrətini çəkdiyi” doğma yurdunu “doyunca görmək” müyəssər olmadı, çünki “onu dəhşətli kədər, zəhmət və məşəqqətlər gözləyirdi və çox keçmədən baş verən dağıntının şahidi olmalı idi”.
Məlum olduğu kimi, 627-ci ildə, Vironun azad olmasına bir il qalmış, Bizans ilə xəzərlər arasında İrana qarşı bağlanan hərbi ittifaqa görə Xəzər orduları Zaqafqaziya ərazisinə ilk böyük basqına başladılar. Bizans tarixçisinin bildirdiyinə görə, “İmperator İraklinin Sasanilərlə müharibəsi zamanı İrakli xəzərlər adlanan Şərq türkləri ilə ittifaq bağladı. Onlar xaqandan sonra ən böyük şəxs sayılan [Cebu Xaqanın] rəhbərliyi ilə Atrpatakan əyalətinə soxuldular. Xəzərlərin bu hücumu “Ağvan tarixi”ndə əks olunmuşdur; burada deyilir: “xəzərlərin saysız-hesabsız quldur dəstələri İraklinin buyruğu ilə ölkəmizə [Albaniyaya] basqınlar edirdi”.
Ölkəyə soxulan xəzərlər birinci zərbəni Dərbəndə endirdilər. Onlar şəhəri uzun müddət mühasirəyə alandan sonra Dərbəndin “gözəl hasarlarını” dağıtdılar; halbuki İran şahları bu hasarları çəkmək üçün memarları səfərbərliyə alıb bir çox müxtəlif materiallar axtarmaqla ölkəmizi [Albaniyanı] taqətdən salmışdılar”.      Xəzərlər şəhəri alarkən əhaliyə qarşı o qədər rəhmsizlik göstərdilər ki, Albaniya əhalisi arasında çaxnaşma başlandı. Çoxlu adam öz evi və əmlakını buraxıb ölkənin paytaxtı Partava üz qoydu, lakin xalq “yırtıcı canavarlardan” o qədər qorxmuşdu ki, “keçilməz Arsax dağlarında özünə sığınaq axtarmağa başladı”. Xəzərlər isə Partavı alıb “baş verən əhvalatdan xəbərdar olan kimi, qaçanları təqib edərək onların bir hissəsinə çatdılar”. Xəzərlər Albaniya ərazisini işğal etdikdən sonra Tiflisə tərəf getdilər və burada imperator İraklinin orduları ilə görüşdülər.
Qış başlananda xəzərlər “padşah [İrakli] ilə birlikdə qatlaşmalı olduqları zəhmətə tab gətirməyərək yavaş-yavaş sovuşub getməyə başladılar və nəhayət, onu tərk edib qayıtdılar”. Lakin qırx minlik Xəzər ordusu Tiflisdən çəkiləndən sonra Qafqaz dağ ətəklərində Qəbələ rayonunda qışlayaraq, Albaniyada qalmaqda davam edirdi. Aradan bir neçə ay keçmədi ki, “ikinci dəfə şimal küləyi əsməyə başladı... və şimal yırtıcısı (xəzərlər - Z.B.) özünün qaniçən bala qartalı Şat ilə yürüşə çıxdı”.
Xəzər xaqanı Albaniya üzərinə ikinci dəfə ordu göndərəndə öz oğlu Şata belə tapşırıq verdi: “Əgər onların ölkəsinin [Albaniyanın] hakim və əyanları mənim oğlumu qarşılayıb öz ölkələrini onun tabeliyinə verərlərsə, şəhərləri, qalaları və ticarəti mənim qoşunlarıma təslim edərlərsə, siz də imkan verin onlar yaşayıb mənə qulluq etsinlər. Yox əgər onlar belə etməsələr, onda qoy sizin gözləriniz 15 yaşından yuxarı kişi nəslinə rəhm etməsin və onları (15 yaşınadək oğlanları - Z.B.) qadınlarla bərabər mənə və özünüzə qul və kəniz kimi saxlayın”.
Albaniyaya soxulan Şat İran şahının canişini Albaniya mərzbanı Sema Vştnasın və katolikos Vironun yanına elçilər göndərib tələb etdi ki, ölkəni onun tabeliyinə versinlər. Mərzban Şatın ultimatumunu rədd etdi, “bütün malını və ölkədən oğurladığı bir çox şeyləri özü ilə götürüb canını qurtarmaq üçün İran ölkəsinə qaçdı”.
Mərzban qaçdıqdan sonra, Azərbaycanın yeganə başçısı olaraq qalan katolikos Viro, “ölkəni dağıntı və fəlakətdən xilas etmək üçün” xəzərlərlə danışığa girdi və bu məqsədlə 629-cu ilin mart-aprelində Şatın qərargahına getdi.
Viro İran şahına məktub göndərərək xəzərlərə qarşı kömək istədi və Ktesifondan cavab və kömək gələnədək Şat ilə danışıqları süründürməyə başladı. Lakin katolikos İrandan əbəs yerə cavab gözləyirdi - şah sarayı taxt üstündə edilən daxili mübarizə ilə məşğul idi; odur ki, Vironun çağırışlarına diqqət verən olmadı.
Xəzərlər Vironun taktikasını tez başa düşdülər, buna görə də danışıqları kəsib “Albaniyadakı müxtəlif vilayət və kəndləri, su axarı və çayları, bulaq və meşələri, dağ və dərələri qabaqcadan püşk ilə öz aralarında bölüşdülər və hamılıqla müəyyən bir vaxtda, dağıdıcı basqınlarına başladılar. Ölkəmiz başdan-başa lərzə içində titrə-yirdi”. Bu dəfə Arsax vilayətinin keçilməz dağları da Albaniya əhalisini xilas edə bilmədi; halbuki adamlar həmişə yadellilərin hücumu zamanı bu dağlarda gizlənirdilər.
Basqınların qızğın çağında xəzərlər ikinci dəfə Vironun yanına elçilər göndərdilər. Elçilərin başçısı katolikosa belə dedi: “Mən əmr etdiyim kimi hərəkət et (yəni ölkəni təslim et - Z.B.), onda sən, sənin evin və sənin torpağında qalanların hamısı nicat tapar. Əgər sən boyun qaçırsan, mənim əmrimlə səni tutub zorla mənim yanıma gətirəcəklər”. Onda katolikos Viro “padşah xanədanından olan bütün baş şahzadələri və bu [Alban] padşahlığın əyanlarını, əyalətlərin hakimləri və kətxudaları, habelə keşişləri, dyakonları və başqa ruhaniləri” öz yanına çağırıb, ölkənin gələcək taleyi haqqında onlarla məsləhətləşdi. Viro tezliklə qərar qəbul olunmasını tələb etdi, “çünki gələn elçi Vironu buna məcbur edirdi”. Yığıncağa gələnlər bütünlüklə katolikosun etibar və müdrikliyinə əmin olduqlarını bildirib, ondan xahiş etdilər ki, yubanmadan qərar qəbul etsin. Onda Viro toplananların hər birinə təklif etdi ki, öz maddi vəziyyətinə uyğun olaraq onun yanına “qızıl, gümüş və paltar” gətirsinlər, həm də xəbərdarlıq etdi ki, hər kəs xəsislik edib öz sərvətini gizlətməsin, çünki Albaniyanın müqəddəratı məsələsi həll olunur.
Viro Xəzər ordusunun bütün rütbə sahibləri və əyanları üçün çoxlu hədiyyələri arabalara yükləyib, Albaniyanın bütün adlı-sanlı adamlarını məcbur etdi ki, onunla birlikdə düşmən düşərgəsinə getsinlər; habelə bildirdi ki, belə hərəkət etməkdən “məqsəd sizinlə birlikdə bir təbəə sifətilə onun [xaqanın] yanına gedişimiz ona inandırıcı görünsün”.
Viro alban əyanları ilə birlikdə Şatın Partava yaxınlığında ordugahına sağ-salamat çatdı. Burada Xəzər mənsəb sahibləri “hədiyyələri əllərinə alıb, təkcə katolikosu şahzadənin oturduğu içəri çadıra apardılar”. Şahzadə hədiyyələri alıb, Viroya dedi ki, əmr edəcək onun qoşunları öz düşərgələrinə qayıtsın və basqını dayandırsınlar. Lakin katolikosdan tələb etdi ki, ölkənin bütün qaçqın əhalisi öz yerlərinə qayıdıb öz işləri ilə məşğul olsun və vəd etdi ki, bu gündən “xəzər xaqanının əbədi mülkü” sayılan ölkənin bundan sonra dağıdılmasını dayandıracaqdır.
Viro ölkəni dağılmaqdan xilas etmək xatirinə Şatın bütün tələblərini qəbul etməyə məcbur oldu və Albaniya əyanları adından ona belə dedi: “Biz - mən və ölkənin bütün əhalisi - sənin atanın və sənin bəndələrinik. Bizə öz nökərlərin kimi rəhm et və öz qılıncını bizim üstümüzdən qaldır ki, biz Sasanilərə qulluq etdiyimiz kimi sənin atana və sənə qulluq edək”.
Şatın bu münasibətlə düzəltdiyi böyük qonaqlıqda katolikos Viro ondan xahiş etdi, Albaniyanın bütün yaşayış məntəqələrinə xəzər canişinləri göndərsin ki, xəzərlərin bundan sonrakı basqınlarına mane olsunlar; bir də indi ki, Albaniya xəzərlərin tabeliyinə keçmişdir, Şatdan belə bir sərəncam verməsini tələb etdi: “Sənin qoşunların tərəfindən əsir alınıb çadırlarında saxlanan kişi və qadınlar, oğlan və qızlar buraxılsın ki, atalar öz oğullarından, analar da öz qızlarından ayrı düşməsinlər”.
Vironun bu xahişi yerinə yetirildi və albanlardan alınan bütün əsirlər buraxıldı. Bundan əlavə Viro, Cebu xaqanın oğlu Şat Xəzərin yanında Ermənistan və Gürcüstandan olan əsirləri də buraxdırdı.
Beləliklə, Albaniya, “İran şahı Ərdəşir Qubad oğlunun ikinci ilində, o öz iradəsi ilə şahlıq edərkən”, yəni 629-cu ilin sentyabrı ilə 630-cu ilin apreli arasındakı dövrdə, xəzərlər tərəfindən istila edildi.
Xəzərlərin Albaniya üzərinə etdikləri dağıdıcı basqınları və əhalini kütləvi surətdə sürüb aparmaları nəticəsində, ölkədə heç kəs torpağı becərmirdi, buna görə də 630-cu ilin yazında “üç sərkərdə - Aclıq, Qılınc və onların köməkçisi Ölüm Albaniyanı” tutdular. Ölkəni epidemiya bürüdü. Əzab çəkən xalqa kömək etmək üçün katolikos Viro yenidən öz səy və bacarığını işlətməli oldu. O, “xəstəliyə tutulanların acınacaqlı halına günlərlə göz yaşı axıdırdı” və görünür, özü də xəstəliyə tutuldu. Katolikos Vira 630-cu ildə epidemiya zamanı öldü.
Orta əsr Albaniyasının görkəmli xadimlərindən biri olan və Mxitar Qoş demişkən “xeyirxahlığı ilə parlayan pak insan” katolikos Vironun həyatı bu cür sona çatdı.
Ölkəyə üz vermiş dəhşətli fəlakətə baxmayaraq, xəzərlər Albaniyadan bac almaqda davam edirdilər. Xəzər xaqanı – “şimal əmiri” qızıl, gümüş, dəmir filizi və mis çıxarmaqda biliyi olan müxtəlif peşə sahiblərini tapmaq üçün öz nəzarətçilərini göndərdi, İran şahlarının kadastrına uyğun olaraq tacirlərdən, böyük Kür və Araz çayları balıqçılarından alınan vergi və dirhəm (didrak, mayk) məbləğini müəyyən etdi.
629-630-cu ildə xaqan, yoxlama vaxtı ölkədəki ərzaq ehtiyatından heç bir şeyin ondan gizlədilmədiyini yəqin edəndən sonra, Ermənistana və onunla qonşu ölkələr üzərinə yeriməyə hazırlaşdı və hücuma keçdi. Əvvəlcə Çorpan Tarxanın başçılığı ilə üç min nəfərlik dəstə göndərdi ki, özü üçün təhlükəsiz bir yol hazırlasın, sonra özü də qoşunla yürüşə başladı. Xəzərlər Göyçə gölü yaxınlığında “10 min nəfərlik İran qoşununu məğlub etdilər, meyitlərin üzərindəki şeyləri qarət edib, atların bəzək şeylərini topladılar, onların nizələrini və yunanlılar tərəfindən məharətlə qayırılıb qızıla tutulmuş qılınc, qalxan və paltarlarını yığdılar, bunların hamısnı öz aralarında bölüşdürdülər”.
M.İ.Artamonov belə hesab edir ki, xəzərlərin Albaniyadakı üçillik hökmranlığı bununla başa çatır və A.Y.Krımski iddia etdiyi kimi, xəzərlərin bu ölkədə “yüzillik hökmranlığı barəsində heç söz ola bilməz”. O öz iddiasını əsaslandırmaq üçün M.Kalankatukluya istinad edir ki, o da belə yazır: xəzərlər 10 minlik İran ordu-sunu darmadağın etdikdən sonra, yenidən “keçidlərlə üç dövlətə - Ermənistan, Gürcüstan və Albaniyaya tərəf üz qoydular”, lakin “məğlub edildilər”.
M.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu barədə əvvəlki nöqteyi-nəzərini dəyişdirib belə deyir: “Zaqafqaziyada türkütlər (xəzərlər - Z.B.) haqqında “Alban tarixi”nin ətraflı məlumatı bununla (xəzərlərin məğlubiyyətindən sonra - Z.B.) bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur”.
M.İArtamonov L.N.Qumilyevin fərziyyələrinə əsaslanaraq bu faktı əsassız hesab edir ki, “M.Kalankatuklu L.N.Qumilyevin “türkütlər” adlandırdığını “xəzərlər adlandırır və xəzərlərin qısa müddət üçün Albaniyada olmamasını 630-cu ildə Qərbi türkütlər xaqanlığındakı hadisələrlə əlaqələndirir”.
Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki, xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər.
Qeyd etdiyimiz kimi, hələ Xosrov Ənuşirəvan dövründə Albaniyaya 10 min xəzər köçürülmüşdü, xəzərlərin əlində olan Qəbələ” şəhərində onların inzibati mərkəzi yerləşirdi1; çox ehtimal ki, xəzərlər cənuba doğru növbəti hücumları zamanı məğlubiyyətə uğradıqda, M.İ.Artamonovun dediyi kimi, Albaniyanı tərk etmədilər, sadəcə Albaniya ərazisində əvvəlki hərəkət yerinə, Qəbələ rayonuna qayıtdılar. Burada onlar öz soyğunçu yürüşləri üçün əlverişli hadisələrin baş verməsini gözləməyə başlayaraq, qərbdə çox ehtimal ki, Gürcüstan sərhədlərinədək, cənubda isə Kür çayınadək uzanan, şübhəsiz, böyük bir ərazini nəzarət altında saxladılar. Onlar şərqdə öz mərkəzi hakimiyyətlərilə daimi əlaqə saxlayaraq təkcə Dərbənd keçidini deyil, Dərbənddən qərbdəki bütün dağ keçidlə-rini (Ağbulaq, Salavat keçidləri, Bazardüzü dağındakı iki keçidi) də diqqətlə nəzarət altında saxlayırdılar, çünki bu keçidlərdən ən qısa müddətdə Albaniya ərazisinə qoşun yeritmək olardı.
Xəzərlərin Arran əhalisinə münasibəti haqqında “Azərbaycan tarixi”ndən verilən izahat heyrətə səbəb olur, çünki burada deyilir ki, İranla Bizans arasındakı müharibələr zamanı xəzərlər “albanlarla dostlaşıb onlarla birlikdə Bizans qoşununu düşməncəsinə qarşıladılar”. Gətirilən material bunun əksini göstərir.
Beləliklə, deyilənlərə yekun vuraraq, belə nəticəyə gəlmək olar ki, ərəblərin hücumu zamanı Azərbaycanın bütün cənub hissəsi Sasanilər imperiyasının tərkibində qalmaqda davam edirdi. Azərbaycanın şimalı (Arran, Albaniya) isə Qafqaz dağ ətəklərində yerləşən xəzərlərin tez-tez hücumlarına məruz qalırdı. Eyni zamanda ölkədə Sasanilər canişini mərzban qalırdı ki, bu da Albaniyanın İrandan vassal kimi asılı olduğunu göstərir. Eyni zamanda Arran xəzərlərə böyük məbləğdə bac verməli olurdu, xəzərlərlə bir çox il ərzində edilən mübarizə isə ərəblərin ölkəni istila etmələrində öz rolunu oynadı.
İstər yazılı mənbələr, istərsə xüsusilə arxeoloji qazıntı materialı VI əsrin axırı və VII əsrin əvvəllərində ölkənin mədəni siması haqqında bizə məlumat verir. Mənbələr göstərir ki, V əsrin əvvəllərində Azərbaycanın şimal hissəsinin (Arran) öz əlifbası olmuşdur və bu əlifbanın gürcü və erməni əlifbaları ilə ümumi oxşar cəhətləri var imiş. Hələ V əsrdə Arranda zəngin ədəbiyyat var idi, lakin sonralar bu ədəbiyyat yox olmuşdur.
Arran (Alban) əlifbası hərflərinin sayı haqqında müxtəlif fıkirlər vardır. Məsələn, N.Karamyans belə hesab edir ki, hərflərin sayı 21 idi, Ellis Minns belə güman edir ki, hərflərin sayı 32 imiş. Lakin A.Q.Şanidze və digər tədqiqatçılar belə hesab edirlər ki, hərflərin sayı 52 olmuşdur. Bu o demək deyildir ki, Arranda yalnız bir əlifba, bir yazı olmuşdur. Ola bilər tapılmış əlifba, ölkədə işlədilmiş bir neçə əlifbadan biri imiş; A.Q.Şanidze deyir ki, “çox ehtimal, Arranda təkcə bir xalqın deyil, bir neçə xalqın öz milli yazısı olmuşdur”.
Mingəçevirdəki arxeoloji qazıntılar zamanı tikinti hissələri və saxsı qablar üzərində alban oyma yazılarının bir neçə parçası tapılmışdır. Bunlardan biri Mingəçevirin qədim ibadətgahı üzərində oyulub yazılmışdır. Bu ibadətgahın yerləşdiyi ərazidə tapılan saxsı qablar üzərində də belə yazılar vardır. Bundan başqa, üzərində alban yazısının 21 hərfi olan kirəmit parçaları, qırmızı gildən qayırılmış qabın bir tikəsi üzərində, ehtimal, alban yazısı, ölçüsü 67x62 və üzərində 62 hərf olan böyük daş və 49 hərfi olan gil şamdan tapılmışdır.
Bu cür gil parçalarının tapıldığı yer bir tək Mingəçevir deyildir. İ.M.Cəfərzadənin qədim Gəncədə qazıntı zamanı tapdığı saxsı qırığının üst tərəfində qabarıq şəkildə ştamplanmış yazı vardır ki (hələ oxunmamışdır), bunun hərfləri “erməni, gürcü, bəlkə də alban əlifbasının hərflərini xatırladır”.
A.Q.Şanidzenin göstərdiyi kimi, alban yazısı məsələsini aydınlaşdırmaq üçün, Azərbaycan ərazisində bir çox məbəd binası xərabələrini yoxlamaq lazımdır. Lakin alban əlifbasının varlığı şübhə doğurmur.
V əsrdə Arranda məktəblər var idi və burada uşaqlar oxuyurdular. Məsələn, “Ağvan tarixi”ndə belə bir məlumat vardır: “[padşah] Vaçaqan əmr etdi ki, cadugərlərin, sehrbazların, bütpərəst kahinlərin, ağlayanların uşaqlarını yığıb məktəbə göndərsinlər və orada onlara dini ayinləri öyrətsinlər. O, oğlanlara əmr etdi ki, hamı birlikdə onun Rustak kəndinə toplansınlar. Onlar üçün təqaüd ayırıb məktəb müdiri təyin etdi və xristianlığı öyrənməyi onlara əmr etdi. O, kəndlərə gələndə, tez-tez məktəblərə gedər, sehrbaz və bütpərəst kahinlərin uşaqlarını öz ətrafına toplayar, onu əhatə edən camaatın içərisində bəziləri əllərində kitab, başqaları isə yazı lövhəsi tutub dayananlara əmr edərdi ki, ucadan bir-birinə oxusunlar və belə hallarda o qədər sevinərdi ki, böyük bir xəzinə tapsa, o qədər sevinə bilməzdi”. Bu məktəblərdə rahiblər “maaşla” dərs verirdilər, yəni ruhanilər maarifçi rolu oynayırdılar.
E.Ağayanın alban təqviminə aid tədqiqatı göstərir ki, albanların öz tarix hesabı var idi.
Mingəçevirdəki qazıntı zamanı tapılan alban əlifbası parçaları təsdiq edir ki, V-VII əsrlərdə Arrarıın öz yerli yazısı var idi və bu yazı ölkədə ərəb hökmranlığı hələ qurulmazdan əvvəl mövcud olmuşdur. Belə güman etmək olar ki, Arranda yazılı mənbələr və ədəbiyyat xəlifə Əbd ül-Malikin (685-705) hökmranlığı dövründən başlayaraq məhv edilmiş və ya sıxışdırılıb aradan çıxarılmışdır. Divanxanalar ərəb dilinə keçdi, alban yazısı, habelə fars və Xarəzm yazıları, əhali içərisində savadlı təbəqələrin azlığı və qriqoryan kilsəsinin təzyiqi üzündən sıxışdırılıb unuduldu və təbii olaraq məhv oldu. Erməni dili alban dilini əvəz etdi.
VII əsrdə “Ağvan tarixi”nin tərtib edilməsi başlandı; burada xalq yaradıcılığı nümunəsinə də təsadüf edilir ki, bu da “Böyük knyaz Cavanşirin ölümü” münasibəti ilə şair Davtakın şeirlə yazdığı ağı və “yaşadığımız günlərədək mühafizə olunub qalan yeganə qədim poemadır”.
Yuxarıda qeyd edildiyi kimi, Sasanilər imperiyasının bir hissəsi (əyaləti) olan Cənubi Azərbaycan ərəblər tərəfindən işğal edildikdən sonra, Xilafətin digər əyalətlərində olduğu kimi, xəlifələrin canişinləri vasitəsi ilə idarə olunurdu; Arranda isə ərəblərin hücumu ərəfəsində Mehranilər nəslinə mənsub hökmdarlar var idi və bunlar yalnız quru adları olsa da, uzun müddət ərzində, VIII əsrin əvvə-linədək bütün ölkəni və ya onun bir hissəsini idarə edirdilər.
Mehranilər nəslinin yüksəlməsi VI əsrin axırına və VII əsrin əvvəllərinə təsadüf edir. Orta əsrlərdəki müəlliflərin dediyinə görə, Mehranilər sülaləsinin banisi olan Mehran Sasani şahı II Xosrovun qohumu idi. Öz atası IV Hürmüzün (579-590) qatillərinə divan tutan Xosrovun intiqamından canını qurtarmağa çalışıb “Xosrovla
qohum olan Mehran qaçıb Albaniyaya getmiş və özü ilə 30000-ə yaxın ailə aparmışdı. O, Uti vilayətinə gəlib böyük Partav şəhərinin yaxınlığında dayanmışdı və istəyirdi xəzərlərin torpağına gedib bu düşmənlərə [İranın düşmənlərinə] qoşulsun”.
Xosrov isə yəqin başa düşmüşdü ki, Mehran xəzərlərlə birləşsə, böyük bir təhlükə olacaqdır, buna görə də M.Kalankatuklunun dediyinə əsasən, Xosrov İranın adlı-sanlı əyanlarının təzyiqi ilə Mehrana aşağıdakı məzmunda bir məktub göndərir: “Qardaşım, mənim sadiq qardaşım (həzərat)! Düşmən olub məndən uzaqlaşma. Əgər mənimlə bir yerdə yaşamağa xoşun gəlmirsə, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, ölkədə [Albaniyada] yaşamaq üçün özün bir o qədər torpaq götür”.
M.Kalankatuklunun dediyinə görə, Xosrovun qasidi elə bir yerdə Mehrana çatmışdı ki, orada o, Mehravan şəhəri salmışdı. Sonra Mehran Girdiman vilayətindən şimala getdi, onun 12 hakimini (yerli knyazları - Z.B.) hiylə ilə öz yanına çağırdı və qılıncdan keçirib ölkəyə sahib oldu”.
Mehranın nəvəsi igid Vardan Arranın Eranşahik sülaləsindən olan keçmiş hakimlərinin son 60 nümayəndəsinə yemək vaxtı “zəhərli çörək” verib onları məhv etdi və bundan sonra bütün Arran qəti olaraq yeni sülalənin əlinə keçdi. O, köhnə sülalədən yalnız öz qızlarından birinin əri Zərmehr Eranşahiki öldürməyib salamat buraxdı.
İgid Vardanın nəvəsi Varaz-Qriqorun (628-636) hökmranlığında Mehranilər xristianlığı qəbul etmiş və hətta iki dəfə xaçaçuran edilmişlər; birinci dəfə imperator İrakli, ikinci dəfə isə katolikos Viro tərəfindən xaç suyuna salınmışlar.
Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi Varaz-Qriqorun ikinci oğlu knyaz Cavanşir idi (637/8-680); onun hökmranlığı dövründə ərəblər Arranı istila etməyə başladılar.
      Ümumilikdə,ərəblərin hucumu ərəfəsində Cənubi Azərbaycan Sasani imperiya-sınin tərkibinə daxil olduğundan ,onun bütün iqtisadi və siyasi həyatı mərkəzi şah hakimiyyətinə tabe edilmişdi.Şimali Azərbaycana gəldikdə,İran şahının buradakı mərzbanı şah sarayına hər il vaxtı-vaxtında bac verilməsinə göz qoyurdu.Xəzərlə-rin və ya bizanslıların ölkəyə soxulması nəticəsində mərzban ölkəni tərk etdikdə, bacı müvəqqəti olaraq,yeni istilaçı ağalar yığırdılar.
       Məlum olduğu kimi Sasanilər imperiyanın tərkibinə daxil olan xalqların siyasi istiqlaliyyətini mehv etməyə çalışırdılar.Bunun üçün İran Şahları özlərinə tabe olan ölkələrə mərzbanlardan canişintəyin edirdilər və bütün inzibati,məhkəmə,hərbi ha-kimiyyət onların əlində olurdu.Ölkəni idarə edən Sasanilərin dövlət sistemi və öl-kənin daxili quruluşu haqqinda məlumat ərəb xilafətinin bu və ya başqa təsisatın fəaliyyəti təsvir olunarkən ərəb müəlliflərinin gətirdiyi aryışlardan,Bizans müəllif-lərinin əsərlərindəki materialdan və epiqrafik xarakterli qədim erməni mənbələrin-dən əldə edilə bilər.Lakin bu məlumatların demək olar hamısı yalnız ümumi şəkil-də verilmişdir.Çox təəssüflər olsun ki bu mövzuda tam əhatəli rəsmi mənbələrimiz, yazili sənədlərimiz çox azdı.
       Azərbaycan Sasanilər imperiyasinın tərkib hissəsi olduguna göre,torpaq sahib-liyi,torpaqdan istifadə,vergi sistemi və s. Demək olar,imperiyanın digər rayonların-da olduğu kimi idi.Şah hakimiyyətindən yalnız vassal kimi asılı olan Arranın özü-nəməxsus təsərrüfat sistemi var idi və İrandan fərqli olaraq,Arranda başlıca rolu xristian kilsəsi oynayırdı,yəni ölkənin vəziyyəti öz qonşuları olan Gürcüstan və Er-mənistanla təqribən eyni idi.
       Sasanilərə və xəzərlərə ağır töycü verildiyinə baxmayaraq Arranın yarımasılı vəziyyəti onun məhsuldar qüvvələrinin artmasını təmin edir,təsərrüfat və mədəniy-yətinin inkişafına kömək edirdi.
       Arranda yaxşı suvarma sisteminin olması sayəsində Kür çayısahilindəki tor-paqlar çox yaxşı dənli bitkilər və bağ-bostan məhsulu verirdi.Geniş torpaq sahələ-rində üzüm bağları salınmış,yağlı bitkilər və tut ağacı əkilmişdi,tut ağacları isə to-xuculuq sənətinin inkişafına köməklik edirdi.Əhali balıqçılıq və maldarlıqla da məşğul idi.
       Moisey Kalankatuklu Arran torpağının münbitliyi  və yeraltı sərvətləri haqqin-da belə deyir:”Uca Qafqaz dağları arasında yerləşən Albaniya ölkəsi çoxlu təbii sərvətlərlə dolu və zəngindir.Böyük Kür çayı ölkənin ortasından sakitcə axa-raq,böyük və kiçik balıq gətirir və öz suyuynu Xəzərə axıdır.Onun ətrafındakı çöl-lərdə bolluca taxıl  və çaxır,neft və duz,ipək ,pambıq və çoxlu zeytun ağacı var-dır.Dağlarda qızıl,gümüş,mis və oxra çıxarılır.Vəhşi heyvanlardan şir,bəbir,çöl eşşəyinə,çoxlu quşlar arasında qartal,şahin və s. təsadüf edilir.Albaniyanın paytaxtı böyük Partavdır ”
      Mənbələrin verdiyi məlumata göre,Arranda pambıq becərilməsinin əsrlər boyu qədim tarixi var.Pambıq tarlaları yaxşı suvarılan Şirvan,Mil və Muğan rayonların-da idi.7-ci əsrdəki “Erməni coğrafiyasında” tamamilə göstərilir ki,”Arran saysız –he-sabsız miqdarda pambıq istehsal edir”
       Arranda mədənçıxarma sənayesinin olması onunla əlaqədar metal emalının in-kişafına təkan verirdi.”Ölkədə qızl,gümüş,dəmir filizi və mis çıxarma biliyi olan çoxlu sənətkar usta var”( istoriya Aqavan/səh.104-131)
       Cavanşirin Moisey Kalankatuklu tərəfindən təsvir edilən knyazlıq dövrü belə güman etməyə əsa verir ki,6-cı əsrin axırı ilə 7-ci əsrin əvəllərində Arranin ictimai quruluşunda feodalizmin xarakter cəhətləri var idi.Padşah Vaçaqan (5-ci əsr) və katalikos Simeonun kilsə qaydalari ilə müəyyən edilmiş qərarların təhlili əsasında ölkənin ictimai quruluşu haqqinda müəyyən nəticə çıxarmaq olar.Bu qərarlar Ar-randa feodalizm quruluşunun xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir.
       Feodalizm cəmiyyətinin sosial-iqtisadi tarixini öyrenmək üçün torpaq sahibliyi formaları məsələsinin çox böyük,birinci dərəcəli əhəmiyyəti vardır.
        Orta əsrin əvəllərində Arran (Albaniya) feodallarının əsas torpaq sahəsi şəxsi mülk idi; bu mülk kəndli icma torpaqlarını tutmaq nəticəsində və uğurlu müharibə-lər ediləndə yeni torpaqları əlavə etməklə arta bilərdi.Bu torpaqlar ən müxtəlif ası-lılıq şərti əsasında, müxtəlif hüquqi əsas və normalara göre feodallrın ixtiyarına ke-çirdi.
       Bu  dövrde Arranda hakim sinifler knyazlardan (feodallardan) və ruhanilədən ibarət idi.Hər bir knyaz öz feodal mülkünün padşahı olub, öz saryı və hətta bəzən şəxsi qoşunu var idi; qoşun lazım olduqda knyaza tabe olan camaatdan yıgılrdı.Öz təbəərini həyatı knyazın ixtiyarında olduğuna göre knyaz onlarla bildiyi kimi rəftar eləyirdi. Bəzən knyaz adı şah (knyazlar knyazı) tərəfindən müəyyən xidmətə görə bir şəxsə verilirdi.,knyaz ona verilən len ( mülk)  üçün şaha yalniz vergi verirdi ki, bunu da ozune tabe olan kendlilərdən yiğirdi.Knyazlarin lenləri irsi idi və onu nə-sildə ən böyük şəxsə, onun bölünməz mülkü olaraq keçirdi.
        Arranın ən böyük mülkü və ən iri yeri olan feodal şah,yaxud knyazlar knyazı( böyük knyaz) idi; bütün ölkənin sahibi olan şah sil iyerarxiyasısilsiləsinin başinda dururdu.məsəslan,Bizans imperatorunun Albaniya knyazı Cavanşirə göndərdiyi məktubdan götürülən aşağıdakı parça bunu aydın göstərir:”girdiman hakimi və Al-baniya knyazı Cavanşirə”.Göründüyü kimi Cavanşir öz şəxsi mülü olan Girdima-nın sahibi idi və ölkənin qalan hissəsini idarə edirdi.
        Özü mülkiyyətçi olan Albaniya padşahı Vaçe 5-ci əsrdə ölkəni idarə eləmək-dən əl çəkəndəyalnız atasından ona qalan öz hissəsini-min ailəni özü üçün götürdü. Cavanşir isə öləndə varis təyin etməyib,öz mülkü olan Girdiman vilayətini öz oğulları arasında bölüşdürdü,”öz oğullarından hər birinə sərvəti və titul verdi,hər birinə öz sahəsinəi ayırdı”(istoriya aqavan-səh.145/116)
        Padşah və ya böyük knyaz eyni zamanda knyaz hərbi dəstələrindən ibarət olan Arran qoşunlarının baş komandanı idi. Bundan əlavə, onun özünəməxsus hərbi dəstəsi var idi ki, daim onun yanında olurdu.
       Böyük knyazdan sonra çox böyük torpaq sahibi Arran kilsəsi idi.Kilsə-monastr torpaqları kilsələrin,monastr və böyük ruhani zadəganların bölünməz və irsi mül-kiyyəti idi və “müqəddəs kilsənin irsi” adlanırdı. Kilsə-monastr torpaqları adətən, padşahın, knyazın, feodalların, onların ailə üzvlərinin nəzir və ianələrihesabına,bə-zən ayrı-ayrı varlı kəndlilərin hesabına , habelə kəndli icma torpaqlarının satın alınması, yaxud zorla tutulması nəticəsində genişlənirdi.
       Ərəblərin hucumu ərəfəsində,bəxşiş və nəzirlərdən varlanan kilsə torpaq tutub öz əlində saxlamaq üçün feodal və knyazlarla, “hərbi adamlar” adlananlarla açıq mübarizəyə girişir. Bəzən bu mübarizə yeni torpaq əldə etmək, habelə siyasi haki-miyyəti  ələ keçirmək məqsədilə vuruşanlar arasinda silahlı mübarizə şəklini də alird
      Hələ 5-ci əsrdə padşah Vaçenin dövründə “ilk meyvələr, xırmanlarda döyülən taxılın, tarladan yığılan və anbarlarda olan məhsulun ,bütün ev heyvanlarının onda biri kilsəyəhəsr edilmişdi, habelə torpaq kilsə üçün idi”(istoriya aqavan-səh.15/12)
      Ruhanilər natural rüsumlar hesabına yaşayırdılar, padşah Vaçaqanın (5ci əsr)    “kilsə qydası qərarlarının“ Aquen dini yığıncağı tərəfindən qəbul edilməsi də bunu təsdiq edir. Moisey Kalankatuklunun qeyd etdiyi kimi ,ölkədə vergi verən silk 3 qrupa:”lazımınca varı olanlara”,”yoxsullara” və ”hec bir şeyi olmayankəndlilərə”
Bölünmüşdü.Bu bölgü [torpaq] məhsullarının xalq tərəfindən keşişlərə verilməsi qaydası olmalıdır.kim dövlətlidirsə,4 vahid buğda ,6 arpa və 16 kuzə şirin [çaxır] verir.Yoxsul adam yarım kömbə çörək və imkanı olduğu qədər çaxır verir; kimin ki nə əkin nə də üzümlüyü, ondan heç bir şey alinmamalıdır.Öz ruhunu şadetmək üçün bundan artıq şey verənlər,xeyir iş görmüş olarlar.Evində qoyunu olanlar bir qoyun,üç qoyunun yununu və bir baş pendir verir; atı olanlar bir dayça,qaramalı olanlar isə bir buzov verir.bundan əlavə “azad adam (azad mərd)” ,yaxud kənd əhli və ya ruhani olmayan hər bir adam öz ölənlərinə rəhmət oxumaq üçün hər il öz imkanı daxilində nəzir gətirməyi unutmamalıdır.Əgər ölənin atı olmuşsa,kim isə [onun əvəzinə]  istədiyi atı kilsəyə verməlidir;əgər onun qaramalı vardısa, istədiyi öküzü verməlidir”
     Demək lazımdır ki,kilsə nəzir verilən mal-qaranı ,xüsusilə atları həvəslə alırdı. Bu ilk növbədə “əsilzadələrə” aid idi. “Azad adam və padşah ailəsinin üzvü olanlar öz ruhunun xatirinə ömrünün axırınadək öz əlləri ilə [kilsəyə] yəhərlənib yüyənlən-lənmiş at və bundan başqa arzu etdiyi şeyləri verməlidir. Əgər bu adam öz ömrün-də bunu vermişsə, öləndən sonra onun ailəsi bunu verməlidir”.
      Kilsənin nəzir (məcburi nəzir) olaraq at əldə etmək istəməsi onunla izah olunur ki, Qafqaz xalqlarının mərasim və dini ayinlərində at böyük rol oynayırdı.Bu xris-tianlığın əvvəlində bu dinə daxil olmuş bütpərəstlik adətinin qalığıdır; bu cəhət ,Vaçaqanın “Kilsə qaydası qərarları”nın yuxarıda gətirilən maddəsindən aydın gö-rünür.
     Kilsəyə qeyri-məhdud ixtiyarı olan katalikos başçılıq edirdi,o böyük knyaza tabe olmaqdan boyun qaçıra bilərdi və onun adı çox vaxt knyazın adından əvvəl çəkilirdi.Katalikos knyazları tabe olmağa məcbur edə bilən yeganə qüvvə idi.Kata-likosun qərarlarına tabe olmayan knyazlara lənət oxunur və bunlar hətta məhv edilirdi.
     Aquen dini yığıncağı dövlət və kilsə hüququna dair bir sıra normalar da qəbul etmişdi.Yığıncaqda qəbul edilən qərarlar ruhanilərdən yalnız “dini nizamnamələ-ri”, yəni  kilsə qanunlarını qanuinlarını tələb etmək deyil,dünyəvi həyata qarışmağı da onlara əmr edirdi.Məsələn qərarların 10-cu maddəsində deyilirdi: “Kişi üçüncü nəsil qohumluğu çatan qadınlarla öz qardaşı arvadı ilə evlənə bilməz”. Feodalları-nın əmlakının iirs olaraq yalnız oğullarına keçə biləcəyi və bun-lar olmadıqda kil-sənin həmin əmlaka dotələb ola biləcəyi nəzərə alınırsa,demək la-zımdır ki, “bu qərarda hərislik:qadın vərəsəni əmlakdan məhrum edib onu əlindən almaq arzusu ola bilər ”                                                                                                                          
     Kalalikoa Simeonun qərarları kilsənin feodallar və “hərbi adamlar” təsiri və nə-zarətinə tabe olması əleyhinə çevrilmişdi, “çünki ilahi qanunlara görə camaatın Al-lah evinə gətirdiyi nəzirdən yalnız keşişlər və mehrab din xadimləri faydalanmalı-dırlar.Bu onların gəliridir!Ləyaqətsizlərə və hərbi adamlara kilsə üzərində hakim olmağa icazə verilmir;ona görə ki heç kəs Allahın kilsəsini ləyaqətsizlərə və ya hərbi adamlara tabe etməyə,yaxud onu bir əmlak kimi satmağa,ya da knyazlara və onların hökmdarlarına bir hədiyyə kimi bağışlamağa cürət etməsin;ona görə də ləyaqətsizlər və hərbi adamlar cəsarət edib kilsəni özlərinə tabe etməsinlər,kim cə-sarət edərsə ona lənət oxunacaqdır” (istoriya aqavan-səh.249-250/199-200)
     Katalikos Simeonun qərarının bütün maddələrində başlıca cəhət belə bir əmr idi ki,kilsə işlərini ancaq keşişlər idarə etməlidirlər,ruhani olmayanların və hərbi adamların kilsə üzərində heç bir hüququ yoxdur camaatdan nəzir almaga əsla ixtiyarı yoxdur.
     Arran kilsəsi tez bir zamanda o qeder güclənib müstəqil oldu ki,hökmdar knyaz və feodalları əmrlər verib ki,torpaq satılarkən,yaxud varislərə vəsiyyət edilərkən  “hansi torpağın hansı kilsəyə məxsus olduğunu” göstərməyi onlardan tələb etməyə başladı,yəni feodal ,istəsə də,istəməsə də torpağın bir hissəsini kilsəyə ayırmalıdır, yoxsa ona lənət oxunacaqdır.
      Katalikos və ruhanilər başa düşürdülər ki,kilsənin nüfuzu və gücü torpaq mül-künün böyüklüyündən asılıdır,buna görə də onlar heç bir şeyə baxmadan cəhd edir-dilər ki,öz mülklərini genişləndirmək üçün hətta ən cuzi fürsəti əldən qaçırmasın-lar.Arranın knyazlar knyazı Varaz_trrdat tərəfindən Pusan Vex adlı bir süvariyə bağışlanan kiçik  bir kəndin irsiyyəti məsələsinə baxılarkən,kilsə işə qarışmış və Pusan Vexi pozğunluq və yalançılıqla ittiham edərək,”sübut etmişdi” ki,Varaz-Trdat bu kiçik kəndi “öz ruhunu şad etmək üçün müqəddəs xaça” vəsiyyət etmiş-dir.
      Bütün Arran yepiskopluqlara bölünmüşdü.Ruhanilər silki sırasına yepiskoplar-dan başqa alim ilahiyyatçılar,keşişlər,dyakon və rahiblər də daxil idi.Onlar katalikosun ətrafında toplanan adamlar idi.Yepiskoplar əsil ruhani knyaz olub, bö-yük qüvvəyə malik idilər. Əgər bunlardan bəziləri hər hansı bir bidətçi təriqətə tə-rəfdar olduğuna və ya başqa səbəblərə görə katalikosun itaətindən çıxırdılarsa,kata-likos onları əlində saxlamaq üçün zora əl atırdı.
      Xristian bir ölkə olan Arranda ruhanilərin  çox olmasının səbəbi qismən budur ki,hər bir knyaz keşişdən tutmuş dyakonlara qədər öz xanədan kilsəsinə mənsub çoxlu ruhanini vassal kimi öz itaətində saxlayırdı.Lakin əsa səbəb bu idi ki,kilsə hakimiyyətə və sərvətə yol açırdı,buna görə hamı kilsəyə soxulmağa cəhd göstərirdi.bütün bu kilsə xadimləri kütləsinin yaşamaq üçün çoxlu vəsaitə ehtiyacı vardı,odurki,onlar bu vəsaiti qara camaata dəhşətli zülm etməklə onların belindən çıxarırdılar.
      Ərəblərin hucumuna yaxın zamanda kilsələrə,necə deyerlər, “bəxşiş” olaraq kənd və vilayətlər verilməsi sistemi diqqəti cəlb edir.Moisey Kalankatuklu bu bəxşişlər üçün ,demək olar,standart bir ifadə olaraq, “əhalisi ilə birlikdə kəndlər” və “balığı çox olan çaylar” sözlərini təkrar edir;bu cəhət isə kilsə və feodallaın mülkləri özləri istismar etdiklərindən ,yaxud icarəyə verməklərindən asılı olmaya-raq,kilsə və feodal hakimiyyətinin iqtisadi xarakterini qeyd edir,habelə kilsə və feodalın əsas gəlir mənbəyi olan kənd əhalisinə münasibətini göstərir .Kilsə və feodallara edilən bəxşişlər çox vaxt kəmər,qolbaq,mirvari,paltar,qızıl,parça,aztapı- lan heyvan,quş,zinət şeyləri və sairədən ibarət olurdu.
       Aran xalqı başlıca olaraq kənd əhalisindən ibarət idi;onların çox hissəsi isə mülki və ruhani knyazların feodal asılılığında idi.məsələn yada salaq ki,padşah Va-çenin min ailəlik təhkimli kənliləri var idi.Kilsə və feodalların ixtiyarında olan bü-tün kəndlərin əhalisi,əlbəttə,təhkimçilik asılılığında idi
      Lakin tədqiq edilən vaxtda Arranda azad olub bir qədər sıxışdırılan kəndlilər də hələ var idi.Bu kəndlilər çox vaxt öz hüquqlarını açıq (çox ehtimal,silah ələ alıb) müdafiyəyə qalxirdilar.Bu mübarizə çox kəskin olurdu və padşah Vaçaqanın döv-ründə bununla nəticələndi ki,padşah Aquen dini yığıncağını çağırdı;burada isə azad icmaçıların feodallar və kilsə ilə mübahisəsi müəyyən dərəcədə həll olunurdu.Elə “əsilzadələr” və qara camaat bu yığıncağın çağırılmasına və “Kilsə qayda-sı”qərarlar qəbul etməsinə səbəb olmuşdur.
      Yığıncaqda bir tərəfdən padşah Vaçaqanın özü ilə bərabər Partav,Qəbələ və digər şəhərlərin yepiskopları,keşişləri,digər tərəfdən “azad adamlar”,”əsilzadələr”, Arsax və Kalankatuk və sair yerlərin qəbilə ağsaqqalları iştirak edirdilər.
      “Azad adamların” açıq müqavimətinə baxmayaraq, padşah Vaçaqan öz hökmü ilə əmr etdi ki, “hər bir azad şəxs,yaxud kəndli əhli,ya da əsilzadələrdən hər kəs ölənləri yad etmək üçün bir il ərzində ibadət etməli” və bunun üçün kilsəyə müva-fiq nəzir verməlidir, kəndli pəhriz vaxtı ət yedikdə,kilsə kətxuda vasitəsiylə kənd-linin öküzünü əlindən alıb keşişə verirdi.
      Həmin yığıncaqda yepiskoplar və keşişlər padşah Vaçaqana şikayət edib de-mişdilər ki,azad kəndlilər öz kəndlərinn hər birində iki-üç kilsə və ya monastr tik-məklə kilsənin gəlirini dağınıq hala salırlar.Padşah Vaçaqan buradaca sərəncam vermişdi ki,bu kilsələrin bütün gəliri bütöv kilsə camaatını birləşdirən vahid baş kilsəyə verilsin.
      Vaçaqan onda-bir ödəyən “azad adamları” məcbur etdi ki,bu verginin yarısını baş kilsəyə,ikinci yarısını isə öz kənd kilsəsinə versinlər;halbuki əvvəllər bu vergi-nin hamısı kənd kilsəsinə verilirdi.Bundan sonra azad admların keşişləri öz kənd-lərindən qovmaları və öz istədiklərini kəndə gətirmələri qadağan olunurdu.
      Qərarın həmin və digər maddələri əsasında azad kəndlilərin hüququ xeyli məh-dud edilirdi və onlar tədricən kilsə və feodallardan asılı olurdular.
      Qeyd etmək lazımdır ki,tədqiq etdiyimizz dövrdə,Arranda quldarlıq hələ ləğv edilməmişdi,qul və kənizlərin sayı olduqca çox idi.
      Arranda bu silklərdən başqa “hərbi adam” və “atlı” adlananlar var idi;bunlar, yəgin,müharibə zamanı feodal ordusu kimi padşahın qoşunundaxidmət etmək üçün pulla tutulan və padşah qoşununun özəyini təşkil edən muzdlu əsgərlərin bir növü idi və kənd yerlərində qoşun sırasına yığılırdı.Dinclik dövüründə bu hərbi adamlar heç bir maaş almır,nacaq qənimət və qarətlə dolanırdılar.
      Çətinlik çəkmədən ehtimal etmək olar ki,bu silk həqiqətdə kilsənin fəaliyyəti üçün ciddi təhlükə təşkil edirdi,buna görə də kilsə var qüvvəsini sərf edirdi ki,hərbi admların kilsəyə zidd fəaliyyətini cilovlasın.Varaz Trdatın hökmranlığında katali-kos Simeon xüsusi bir qərar çıxarmalı oldu;bu qərarda Arran kilsəsinə və onun xa-dimlərinə tövsiyə olunurdu ki, “ləyaqətsizlərə,hərbi adamlara,habelə,atlılara kilsə üzərində hakim kəsilməyə icazə və yol verilməsin.Heç kəs cəsarət edibkilsəni ixti-yarını onlara tapşırmasın,onlara nə taxıl,nə də başqa gəlir verilməsin”.“Ləyaqətsiz-lər və hərbi adamlar” cürət edib kilsəyə yaxınşalmırdılar. “Ləyaqətsizlər və hərbi adamlar kilsəyə hakim kəsilməməli və ölkəni Allahın qəzəbinə düçar etməməlidir-lər...Ləyaqətsizlər və hərbi adamlar cəsarət edib kilsəni özlərinə tabe etməsinlər, kim cəsarət edərsə,ona lənət oxunsun...Heç kəs cürət edib Allahın kilsəsini ləyaqətsizlərə və hərbi adamlara tabe etməsin 
      Hərbi adamlar və atlılar kilsə xadimlərini səhlənkarlığından ostifadə edərək tez-tez kilsə vəzifələrinə və rahiblər sırasına soxulurdular,odur ki,kilsənin nüfuzu üçün onların törətdiyi təhlükə və əhalini maneəsiz olaraq qarət etmək imkanı artır-dı.Buna görə katalikos Simeon kilsə xadimlərini bu cəhətə də ciddi diqqət yetirmə-yə çağırırdı: “mənə çox vaxt belə nəql edirdilər ki,çox yerlərdə Allahın kilsələrində hərbi adamlar rahiblər sırasındadır,halbuki,bunlar öz bəd əməllərinə görə nəinki kilsənin çörəyini və gəlirini yeməyə,hətta Allahın kilsəsinə ayaq basmağa da layiq deyillər...Hərbi adamların kilsə üzərində heç bir ixtiyarı olmamalı və onlar zorla nəzir almamalıdırlar”.Simeon deyir ki, “ləyaqətsiz adamlar hərbi adam və atlılar deyil”, yepiskoplar və keşişlər kilsənin qayğısına qalmalıdırlar.
      Yuxarıdakı materialdan gördüyümüz kimi,Şimali Azerbaycanda əsilzadələr azad mərdlər,hərbi adamlar və atlılar kimi əhali təbəqələri mövcud idi.Cənubi Azerbaycanda eyni kateqoriyanı yenə də əsizlzadələr (azadlar) təşkil edirdilər.Öl-kənin həm şimalında,həm də cənubunda bu əhali kateqoriyaları padşah və ya knyaz hakimiyyətinin dayağı və arxası olub öz xidmətləri əvəzində onlardan şərti olaraq torpaq alırdılar. Əsilzadələr və hərbi adamlar kiçik dvoryan olub yeni əmələ gələn feodallar sinfini təşkil edirdilər,müstəqil vəziyyət və hakimiyyəti olan qədim qəbilə əyanlarına nisbətən,padşahdan və ya knyazdan xeyli asılı idilər.
      Həmin əsilzadələr və hərbi adamlar cənubda ölkənin padşahı ilə,ya da şimalda knyazda hərbi qulluq təəhhüdü ilə bağlı idilər və mülk olaraq onlara verilmiş tor-paqlarda yaşayan kəndliləri feodal kimi istismar etməklə öz rifahlarını təmin edir-dilər.Əsilzadələrin və hərbi adamların hakimiyyəti və mülkiyyətinin əsas obyek-ti ,öz icmasını mühafizə edən kənd idi;odur ki,kəndləri ələ keçirmək məqsədi kənd-li icması üzvlərini daha qrtıq istismar edib əsarətdə saxlamağa cəhd edən bu adamlar üçün əsas olmuşdur.
      Qəbilə əyanları da qəbilə mülklərinə istinad edirdilər,bunların arasında isə ma-likanələr çox yer tuturdu.
      Izafi məhsulu bölüşdürmək üstündəki mübarizə bu iki qrup arasinda gedirdi,nə-hayət kilsə də bu mübarizəyə qarışdı və tərəfləri barışdırmaq bəhanəsi ilə mülklərin çoxuna əl uzatdı və hər iki düşmən tərəfinin hərəkətini məhdud etdi.
      Təəssüf ki, altı yeddinci əsrlərdə istər şimali,istər cənubi Azərbaycanda ruhani olmayan feodalların xeyrinə əhali üzərinə qoyulan vergilərin miqdarı haqqında heç bir mənbədə məlumat tapmadıq.Sasanilər xəzinəsinin xeyrinə isə,mərzbanlar həmin ölkələrdən xərac (torpaq vergisi,xərac),gizit (can vergisi,cizyə) və bac alır-dılar.Bu vergilərin ,can vergisi və bacların Arranda pul və ya məhsulla alındığını söyləmək çətindir.Sasanilər dövründə ölkədə olan daimi və səyyar sikkəxanalar ölkənin hər iki hissəsi üçün pul kəsirdi;bu isə göstərir ki,lap ərəblərin istilası zamanından ölkədən vergi həm məhsulla,həm də pulla alınırdı.
      Sasanilərin Azərbaycandan vergi almaq qaydasına gəlincə,bu qayda imperiya əhalisi və torpaq mülklərini xüsusi oalraqsiyahıya aldıaran  Xosrov Ənuşiravan tərəfindən qoyulmuşdu.Bu isə Sasanilər xəzinəsinin  ,istər Azərbaycanın hər iki hissəsində,istərsə,ümumiyyətlə,bütün imperiyada əhalidən vergi alınmasını qaydaya salmasına imkan vermişdir.Xosrovadək torpaq vergisi kənd təsərrüfatı məhsullarının gəliri nəzəzrə alınaraq,görülən hasilatın üçdə bir,dörddə bir,beşdə bir və altı bir hissəsi miqdarında əsasən məhsulla alınırdısa,Xosrovun dövründə vergi torpağın əkilib-becərilməsi və suvarılmasından və məhsulun miqdarından asılı idi. Can vergisi,əyyanlardan,ruhanilərdən və hərbi adamlardan başqa,iyirmidən əlli yaşadək bütün əhalidən alınırdı.Can vergisinin miqdarı qəti müəyyən edilmişdi və ildə dörd dirhəmdən tutmuş on iki dirhəmədək alınırdı.  

Ədəbiyyat
1.Azərbaycan tarixi üzrə qaynaqlar
2. “Azərbaycan VII-IX əsrdə” Z.Bünyadov
3. “Alban tarixi” Moisey Kalankatlı;