Babil —
Bab-ili "Allahın
qapısı".
İkiçayarasında salınmış Babil şəhəri.
Bac — sənətkar
və tacirlərin ödədiyi
vergi.
Bağbaşı — məhsulun onda birinə bərabər olan vergi növü. Bağ məhsullarından alınırdı.
Balaxan küçəsi — Bakı şəhərində indiki Füzuli küçəsi.
Ballada (fransızca)
—
"rəqs edirəm" sözündəndir. Ədəbiyyatda
lirik əhvali-ruhiyyə ifadə edən epik şer forması.
Bank (italyanca)
—
"banka" sözündəndir, bu da "skamya", "idarə stolu" deməkdir.Orta əsrlərdə Qərbi Avropa şəhərlərində sərrafların oturduğu skamya belə adlanırdı.
Barbarlar (yunanca)
—
"barbaros" sözündən olub "əcnəbi", anlaşılmaz dildə danışan deməkdir. Romalılar və yunanlar Avropanın alman tayfalarını belə adlandırmışdılar. Sonralar kobud, vəhşi mənasında işlədilmişdir.
Barbarossa —
bu ad Müqəddəs Roma imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyasının
SSRİ-yə qarşı qısamüddətli hərbi əməliyyat
planı idi.
Barıtma — qazaxlarda batırın şücaət göstəricisi, düşmən
tayfanın malını sürüb aparmaq
hüququ.
Barokko — "təmtəraqlı" deməkdir. XVII-XVIII əsrlərdə Avropada memarlıq üslubu.
Baron —
Avropada feodal titulu, hersoq və
qrafların vassalı.
Baskak —
Monqol və Qızıl
Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Baş Ģtatlar — XVI-XVIII əsrlərdə Fransada silki nümayəndəliyin ali orqanı.
Başlıq — bir sıra türk xalqlarında gəlin üçün evlənən
ailədən
alınan məbləğ.
Batır — qazaxlarda igid və şücaətli adamlara verilən ad.
Bayat qapısı — oğuzlar Dərbənd səddindəki qapılardan birini bayat tayfasının şərəfinə "Bayat qapısı"
adlandırmışdılar.
Bayrat torpaqlar — Hülakülərin
dövründə istifadəsiz qalmış boş torpaqlar.
Bazarın bağlanması — İranda, o cümlədən,
Cənubi Azərbaycanda tətilə, yaxud inqilaba çağırış.
Bədəvi (ərəbcə) — səhra adamı deməkdir. Ərəbistandakı səhralarda köçəri həyat keçirən adam.
Bəhrə — Yaxın şərq ölkələrində, o cümlədən,
Azərbaycanda torpaq və sudan istifadəyə görə kəndlilərdən məhsulla alınan vergi.
Bəngüdaşlar — göytürklərin öz xaqanlarının şərəfinə qoyduqları üzərində yazılar olan daş sütunlar.
Bəril (ərəbcə) — ərəb
xilafətinin müxtəlif əraziləri ilə paytaxt arasında əlaqə yaratmaq məqsədilə yaradılmış rabitə mərkəzi.
Bərzəx (ərəbcə) — əsasən, iki geniş sahəni birləşdirən ensiz quru zolağı.
Bəstə oturma — İranda, o cümlədən,
Cənubi Azərbaycanda geniş yayılmış etiraz forması. Etiraz edən qüvvələr
toxunulmaz hesab edilən
yerlərdə (nüfuzlu ruhanilərin evlərində, müqəddəs yerlərdə və xarici ölkələrin səfirliklərində) toplaşaraq öz etirazlarını
bildirirdilər.
Beşyüzlər şurası — Püşkatma
yolu ilə 30 yaşına çatmış Afina vətəndaşlarından seçilmiş icra hakimiyyəti (Qədim Yunanıstanda).
Bidətçi (ərəbcə) — "yenilik gətirmək". Küfr deməkdir. Bütün dinlərdə olduğu kimi
xristian dinində də əsas dini ehkamları qəbul etməyən "yeni təlim tərəfdarları"na
verilən ad.
Bill (ingiliscə) —
qanun deməkdir. Parlament üzvünün irəli sürdüyü
qanun layihəsi. Parlament tərəfindən qəbul edildikdən və dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra qanun qüvvəsi almış olur.
Bisti (farsca)
—
"iyirmi" sözündəndir. Səfəvi şahı I Təhmasibin dövründə buraxılmış 20 dinara bərabər xırda gümüş
sikkə. XVII əsrin axırlarınadək dövriyyədə
olmuşdur.
Biy —
qazaxlarda ayrı-ayrı tayfalardan ibarət aulun başçısı.
Biyar (farsca)
— müftə, muzdsuz deməkdir. Kəndlilərin feodal təsərrüfatında əvəzi ödənilmədən məcburi gördüyü bütün işlər.
Blokada (ingiliscə) — mühasirə, təcrid. 1) ərazi, şəhər,
qala və s.-nin xarici aləmlə əlaqəsini kəsmək məqsədilə mühasirəyə alınması; 2) hər hansı dövlətə təzyiq
göstərmək üçün onun siyasi və ya iqtisadi cəhətdən təcrid olunmasına yönəldilmiş tədbirlər sistemi.
Boqdıxan — Mancur imperatorlarına verilən titul.
Boniç sistemi— Bu sistemə, əsasən, İranda hər bir kəndli təsərrüfatı orduya bir əsgər verməli və onu təmin etməli idi.
Borc daşı — Afinada kəndlilər aristokratlardan borc taxıl alanda kəndlinin sahəsində qoyulan daş. Bu daşın üzərində kəndlinin kimdən, nə qədər
borc aldığı və nə vaxt qaytarmalı olduğu yazılırdı. Kəndli borcunu vaxtında qaytara bilmədikdə, ailəsi və özü qula çevrilirdi.
Boyar —
rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm
rol oynayan yüksək zümrə, iri
əyan.
Boykot (ingiliscə) — bu tədbiri ilk dəfə 1880-ci ildə İrlandiya icarədarları onlarla sərt rəftar edən malikanə müdiri Boykota qarşı tətbiq etmişlər. "Boykot"
termini də
onun adından götürülmüşdür. Beynəlxalq hüquqda boykot bir dövlətin başqa dövlətlə və ya bir qrup dövlətlə ticarət, maliyyə əlaqələri yaratmaqdan və ya saxlamaqdan imtina etməsidir. Boykot iqtisadi və siyasi mübarizə üsuludur.
Brahma —
Hinduizm tərəfdarlarının
sitayiş etdiyi allahlardan biri.
Brahmanlar —
Hind kahinləri. Onlar Hindistanda yüksək kasta (bax: kasta) qrupunu təşkil edirdilər.
Budda —
"həqiqətlə işıqlanmış", nurlu" deməkdir. Buddizm dinində ən müqəddəs varlıq.
Buddizm — dünyada ən geniş yayılmış dinlərdən biri. E.ə. VI-V əsrlərdə Hindistanda yaranmışdır.
Banisi Budda adı ilə məşhur olan Siddhartha Qautama hesab
edilir.
Bulqar (türkcə) — "qarışmaq" mənasındadır. Oğuz türk toplusuna daxil olan onoquzlar,
sarıqurlar, utriqurlar, kutriqurların Hun türkləri ilə qaynayıbqarışmasından
törəmişdir.
Bulqar-türk dövləti — VII əsrdə Cənub-ġərqi Avropa ərazisində yaranmış müstəqil dövlət.
Buzovlar ölkəsi(yunanca) — İtaliya sözünün hərfi mənası. Bu adı burada çoxlu mal-qaranın və otlaqların olmasını görüb
heyrətə gələn
yunanlar vermişdilər.
Büdcə defisiti — dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması.
Bürokratiya — süründürməçilik