14.05.2016

Rotşildlər.

Əsl silah heç də ağıldan kəm hərbi nazirlərin arsenallarına yığdıqları top-tüfəng deyil, əsl silah məndə bankda yatan puldur. (Ceyms Rotşild)
Bir zamanlar Mayer Rotşild, məşhur bankirlər klanının qurucu demişdir: «Mənə dövlətin pullarını idarə etmək imkanı verin və dövlətin qanunlarının kimin yaratması və ümumiyyətlə dövlətin qanunların özü belə heç mənim vecimə deyil». Bu fraza dünya biznesinin tarixində iz salmış və ən məşhur ailə adını qazanmış Rotşildlər ailəsinin fəaliyyətini bir cümlə olduqca gözəl təsvir edir. Artıq üç əsrdir ki, Rotşildlər öz kapitallarını artırmağa davam edilər. Bu ailənin üzvləri və onların həyatları ilə bağlı həmişə çoxlu sirlər mövcud olmuşdur. Heç kən onların dəqiq nə qədər sərvətə malik olduğunu bilməyib. Bir şey dəqiq məlum idi, onlar Avropanın əsas güclərinə sponsorluq edirdi.


Maraqlıdır ki, Avropanın böyük ixtiyar sahibi olan monarxları, dövlət başçıları adətən Rotşild ailəsinin üzvlərinə nəyəsə görə borclu olurdu. Nəinki krallar, hətta Roma Papasının özü belə -bu fakt özü elə çox şey deməkdir. Bir şeyi əminliklə demək olar, məhz Rotşildlər o insanlardır ki, dünyaya 20-ci əsrə aparan yolu açdılar və həqiqi biznes əqidəsinin nə olduğunu sübut etdilər.

Sülalənin doğuluşu

 Belə qəbul olunmuşdur ki, Rotşildlərin ilk nümayəndəsi, yəni sülalənin banisi Mayer Amşel Rotşilddir. 1743-cü ildə dünyaya Frankfurtda göz açmış gənc Mayer şəhərin yəhudi məhəlləsində yaşayırmış, onun oradakı həyat kifayət qədər təminatlı keçsə, o çox yaxşı başa düşürdü ki, bu yerdən qurtulmamış varlanmaq mümkün olmayacaq. Onun atası, öz işində müvəffəqiyyət qazanmış ticarətçi hələ Mayer məktəbdə oxuyurkən vəfat etmişdir. Bu itkidən sonra gənc Amşel tədris müəssisəsini tərk edir və Allahın hər verən gününü iş dalınca getməyə başlayır ki, heç olmasa birtəhər öz ailəsini dolandıra bilsin.
 Qeyd edək ki, həmin vaxta qədər Mayer artıq kifayət qədər savadlana bilmişdi, çünki onun valideynləri arzu edirdilər ki, oğulları ravvin (yəhudilərdə rahib) olsun. Amma təəssüf ki, Rotşild dini dəyərləri inkar etməsə də və ümumilikdə Allah adamı olsa da, dini xidmətə qoşulmağı fikirləşmirdi. O, öz həyatını başqa bir Tanrıya –PULLARA həsr etmək istəyirdi.
Atasından ona yadigar qalan tacir dükanını miras kimi aldıqdan sonra, Mayer fəal şəkildə işləməyə başlayır. Bu haqda gəzən əfsanələrdə deyil ki, o dükanda satdığı çox dəyərli əşyaların əksəriyyətini elə zibillikdən tapır, onları yuyub-əl gəzdirir və kifayət qədər yaxşı qiymətə sata bilirdi. Onun bəxti onda gətirmişdi ki, həmin vaxtlar zibillikdə nəinki qiymətli pul sikkələri və hərbi ləvazimatlar, həmçinin qədimi gerblər və çoxlu sayda digər əşyalar tapmaq olardı.
Kifayət qədər qısa müddət ərzində Amşel özünü məsuliyyətli ticarətçi kimi tanıtmağa müyəssər oldu, ona bütün ətrafı hörmət eləmə başladı. O, yavaş-yavaş böyüyərək əlavə xidmətlər təqdim etməklə də məşğul oldu, bu sırada kredit verilməsini də qeyd etmək olar. Bu işdə o ən yaxşı tərəfdaşlardan birinə çevrildi, belə ki o qüsursuz nüfuzu və dəqiqliyi ilə seçilirdi. Bununla yanaşı o bir sıra insanlar xatirəsində məhz fenomenal zəhmətsevərliyi və işgüzarlığı ilə yadda qalmışdı. Mayer gününün 18 saatını işdə keçirirdi. Ən çoxu da ona görə ki, o bu işi həqiqətən çox sevirdi və pullara qarşı laqeyd qala bilmirdi. Bundan əlavə, onun yəhudi məhəlləsində böyüməsi və yaşaması faktoru da çox böyük rol oyandı, çünki bu mühitdə gənc insanın başını qata biləcək elə də çox əyləncə yox idi. Beləliklə, iş Mayer üçün hər şey idi.
Qeyd etmək lazımdır ki, Mayer Amşel kredit verməyə başladığı ana qədər artıq onu Rotşild kimi tanıyırdılar. Indi bu sizə qəribə görünə bilər, amma bu Amşellər ailəsinin həqiqi familiyası deyil. «Rot Shild» frazası onların Frankfurtdakı evlərinin qapısının üzərində əks olunmuşdu. Elə bütün müştərilər də məhz o evə gəlirdi. Fraza özü isə çoxdandır burada yaşamayan alman ailəsinin familiya gerbində yazılmışdı, yəqin ki, Rot Shild bu evin ən qədimi sakinlərindən biri olub. Hər necə olsa Mayer məhz bu familiya altı bütün dünyada məşhur oldu, onun uşaqları isə ailənin mövqeyini daha da gücləndirdi. Bəs o yəhudi məhəlləsindən necə qurtula bildi?
Həmin vaxtlar bunu yalnız iki yolla etmək mümkün idi, ya sənin çoxlu pul olmalı idi, ya da güclü əlaqələrin. Mayer tədricən onların hər ikisini qazanırdı. Bu ailənin taleyində dönüş məqam sülalənin banisinin şahzadə Vilhelm ilə tanışlıqdan sonra baş verdi. Həmin vaxta qədər Rodşildlər Frankfurtda artıq kifayət qədər məşhur ailəyə çevrilmişdi. Onların çox böyük miqdarda qədimi əşyalar kolleksiyası var idi. Özü də ki, Rotşildin antik əşyalarının ticarəti bütün şəhər boyu gedirdi. Xüsusən də o əcnəbi tacirlərin tez-tez baş çəkdiyi tabernalarda yaşı satışırdı. Bir dəfə şahzadə Vilhelm özü şəxsən Mayerə baş çəkdi. Mayerin kolleksiyası yeni tac qoyulmuş gənc şahzadənin diqqətini o qədər çəkdi, o bu kolleksiyanı almaq qərarına gəldi. Lakin Mayer kolleksiyanı ona hədiyyə etdi, yəni onun əvəzində heç bir pul götürmədi, bu da Vilhelmin böyük təəccübünə səbəb oldu. Bəs indi onlar nə ilə yaşayacaqdı?
                                                         (Natan Rotşild)
Bu səxavətli addımdan sonra Rotşildlərin vəziyyəti ancaq yaxşılığa doğru dəyişdi. İndi onları fəxrlə kral sarayı üçün antik əşyalar təchiz edən tədarükçü adlandırmaq olardı. Ikincisi isə, həmin dövrlərdə hökumətin rəğbətini qazanmaq çox şey demək idi. Çox güman ki, Vilhelm onların möhkəmlənməsi üçün bir neçə dəfə onlara kömək edib, o vaxta qədər ki, onlar hətta şahzadənin özündən də daha qüdrətli oldular. Xüsusi ilə də nəzərə alsaq ki, belə bir hədiyyədən sonra Mayer Rotşild Vilhelmnin şəxsi bankirinə çevrildi, şahzadənin bütün var-dövləti indi onun sərəncamında idi. Axı Rotşild anadangəlmə sərmayədar idi, ona görə də bu pulu kapital yığmaq üçün istifadə etməyə bilməzdi. Axı məlumat olduğu kimi, pul pul gətirir.
Burda sizin nəzərinizi çox vacib və ağıllı bir gedişə yönəltmək istəyirik: bir tərəfdən Mayer nəyə sahib idisə hamısını Vilhelmə verir, amma digər tərəfdən o, tam etibar və qat-qat daha böyük bir kapitala giriş əldə edir. Düzdür bu onun öz varidatı deyildi, amma ondan öz şəxsi pul vəsaitini toplamaq üçün müvəqqəti istifadə etmək və sonra yerinə qaytarmaq olardı. Risklidir? Uorren Baffet bir dəfə söyləmişdir: «Risk yalnız, sizin hər şeyi sona qədər başa düşmədiyiniz yerdə mövcuddur». Ola bilsin Rotşild hər şeyi sona qədər başa düşürdü.
Maraqlıdır ki, çox qısa bir zamanda həmin dövrün çox görkəmli maliyyə xadimləri əməkdaşlıq etməyə başladı, onlar arasında şahzadə Vilhelmin dövründə maliyyə naziri olmuş Karl Fridrix Buderus və daxili rüsumların toplayıcısı da olmuşdur. Rotşild və bu şəxslər arasındakı əməkdaşlığın konkret detalları naməlum olaraq qalır, həmin dövrün Frankfurtunun maliyyə fəaliyyətinin cilovlarını öz əlində saxlayan bu insanları nəyin birləşdiyini sadəcə təsəvvür etmək qalır.
Bundan əlavə həmin dövrün bankının necə görünməsi da böyük maraq doğurur. Əlbəttə ki, onların müasir kredit təşkilatları ilə ümumi oxşarlıqları demək olar ki yox idi. Adətən bu çox da böyük olmayan antik əşyalar satışı ilə məşğul olan dükan idi, burada xüsusi qəbzlər verilirdi. Əksər hallarda qəbzlər elə Rotşildlərin öz evindəcə verilirdi. Bu sistem sayəsində çox qısa müddət ərzində yaxşı reputasiya qazanmaq mümkün idi. Sadəcə son dərəcə vicdanlı və ədalətli olmaq lazım idi, ya da ən azından elə etmək ki, hamı sizin elə olduğunuzu düşünsün.
Uşaqlar yalnız olan kapitalı daha da artırdı

Əlbəttə ki, Rotşildlər ailəsinin tarixi daha çox Mayer Amşelin uşaqlarının adı ilə məşhurlaşdı. Onun beş oğlu var idi: Amşel, Natan, Ceyms, Solomon və Karl. Onların hər biri dövrünün kifayət qədər məşhur, görkəmli ictimai xadiminə çevrildi. Rotşildlər arasında fərsiz övlad yox idi. Həm də nəzərə alın ki, onlardan heç biri öz həyat yoluna qətiyyən milyoner kimi başlamamışdı. Ataları öz sərvətini onlar arasında elə bölmüşdü ki, hər biri bərabər pay əldə etsin, amma buna rəğmən bunlar elə də çox pul deyildi. Onun övladları ciddi məbləğləri müstəqil şəkildə qazanmaq məcburiyyətində qaldı. Demək olar ki, müstəqil.
Mayer oğullarına belə nəsihət etmişdi ki, qardaşlar həmişə bir yerdə işləməli və ailənin rifahını tam bir vəhdət kimi artırmalıdır. Bu öyüd onların qulağında həmişə bir sığa kimi qaldı və qardaşlar həmişə buna əməl etdilər. Biznesdə olan əksər ailələrdən fərqli olaraq, Rotşildlərdə biznesin qurucusunun ölümü ciddi mübahisələr və münaqişələr ilə nəticələnmədi, onlar həyatlarının sonuna qədər, həmişə bir-birinə xəbər verərək işlədilər. Baxmayaraq ki, hərəsi Avropanın bir tərəfinə üz tutmuşdu. Ailənin böyük oğlu Amşel Frankfurtda qalaraq ailənin burdakı fəaliyyətini koordinasiya etməyə başladı, Natan –Böyük Britaniyanı, Ceyms –Fransanı, Karl isə İtaliyanı fəth etməyə yollandı. Solomon isə özünə məskən kimi Avstriyanı seçdi. Belə hesab olunur ki, Rotşildlərin tarixində ən ciddi hadisələr fransız və ingilis ailələrinin ətrafında baş verib.
Bunun isə yalnız bir qismi həqiqətdir, çünki Rotşildlər bütün hərəkətlərini həmişə biri-birinə məlumat verərək, birlikdə həyata keçiriblər və bir-birlərini dəstəkləyiblər, əgər digər qardaşların dəstəyi olmasaydı, nə Natan, nə də Ceyms heç nəyə nail ola bilməzdi.
Mayer Amşelin beş oğlu 19-cu əsrin əvvəlində Avropa qitəsinin ən nüfuzlu insan qruplarından birinə çevrildi. Onlar həmin dövrün siyasətinə sıx bağlı idilər və ən vacibi –onlar bir çox cəhətdən hətta bu siyasətin istiqamətlərinə təsir edə bilir, bir növ onu –bankları, yepiskoplar və digər hakimiyyət strukturlarını və həmin dövrün görkəmli şəxsiyyətlərini idarə edirdilər.
Natan Rotşildi çox asanlıqla bu ailənin ən tanınmış nümayəndəsi adlandırmaq olar. İngiltərədən olan tacirlərdən biri ilə sövdələşməni pozduqdan sonra, tale onu məhz bu dumanlar ölkəsinə atdı. Belə ki, Frankfurta gələn həmin tacir çox namünasib bir qiymət təklif etmişdi, bu isə gənc Natanı qane edə bilməzdi. O qərar verdi ki, özü Britaniyaya gedəcək, həm bu sövdənin baş tutmasına nail olacaq, həm də bir çox işləri özü yoluna qoyacaq, yəni sövdələrə dair razılıqlar əldə edəcək. Onun hesablarına görə bu sövdə ona ingilislə əməkdaşlıq etməkdən, iki, üç dəfə daha çox gəlir gətirməli idi. O hətta yol xərclərini də hesaba almışdı.
İngiltərəyə gəldikdən sonra isə o özünü məhz ona aid bir yerdəki kimi hiss edirdi, o məhz belə bir mühit çün doğulmuşdu, burda aristokratiyanın nüfuzu ilə ahəngləşmiş kapitalizm hökm sürürdü. Bu bəlkə də Avropa da yeganə məkan idi ki, burada aristokratiyaya ilə nəzakətli münasibətlər hələ də qorunub saxlanmışdı. Burada pul adama əlavə nüfuz gətirirdi və onlar qazanmaq bacarığı insanı göylərə qədər ucalda bilərdi.
Natanın İngiltərədə öz işini uğurlu şəkildə qura bilmək baxımından tətbiq etdiyi yanaşmada olduqca maraqlıdır. İngiltərədə müxtəlif növ əşyalar istehsal zavodlara Natan özü şəxsən xammal çatdırır, həmin xammaldan isə məmulatlar hazırlanırdı. Belə bir sxem ona kifayət qədər sanballı vəsaitə qənaət etmək imkanı verdi, bundan əlavə gənc Rotşild, atasından ona miras qalmış dəyərli əşyaları da çox qısa zaman kəsiyində satmağa müyəssər oldu. Qiyməli əşyalardan başqa, o həm də borc kağızlarını satırdı, onlar İngiltərə də çox yaxşı pula gedirdi.
                                                  (Böyük xeyriyyəçi Edmund Rotşild)
Rotşild tərəfindən zərgərlik məmulatlarının satışı Böyük Britaniyanın ticarət tarixinin heç də ən parlaq səhifələrindən biri deyil. Lakin bütün bunlar ona istədiyini həyata keçirməyə mane olmamışdır. Natan İngiltərənin tarixində ən böyük miqyaslı kələklərdən birinə imza atmış, görünməmiş bir fırıldaq işlətmişdir. O Londonun ən yaxşı zərgərlərində sifariş etmişdir ki, onlar Natanın bütün qiymətli əşyaları üzərində işləyərək Jeneva baronessası Valuanın emblemini onların üzərində əks etdirsinlər. Bundan əlavə o, onların hamısına söz vermişdir ki, satışda hal-hazırda İsveçdə yaşayan baronessanın özü də şəxsən iştirak edəcək, guya ki, o, həmin ölkədə Napoleon Bonapartdan gizlənirmiş.
Əlbəttə ki, Baronessanın rolu adi bir qadın tərəfindən icra olnmuşdu. Lakin bu bütün zərgərlik məmulatlarının elə bir gecə içərisində kifayət qədər sanballı pul məbləğinə satılmasına əngəl olmadı. Hətta danışdılar ki, satış zamanı hətta bir neçə dava da baş verib.
Bu hadisədən sonra Natanın əlində xeyli məbləğdə pul toplandı, o bu pulları Böyük Britaniyanın paytaxtı olan Londonda kredit verməklə çox asanlıqla daha da artırmaq olardı, elə məhz burda Rotşildlərin məşhur bank evi açıldı. Həmin müddət ərzində isə Rotşild ailəsinin nüfuzu dünyanın başqa yerlərində də artmaqda davam edirdi. Frankfurtda olan Amşel qardaşların fəaliyyətini koordinasiya etməyə çalışırdı. O böyük qardaş olduğu üçün, onun statusu ondan məhz bunu tələb edirdi. Bundan əlavə Ceyms öz mövqeyini Fransada bərkidirdi, baxmayaraq ki, həmin dövrdə Napoleon onu heç sevmirdi. Solomon Vyanada yaşayırdı, son nəticədə o, knyaz Metternixin ən yaxın saray əyanlarından birinə çevrildi. Metternix həmin dövr üçün Avropada kifayət qədər vacib siyasi fiqurlardan biri idi. Karl Rotşild isə İtaliyada işləyirdi, o burada hətta Roma papası ilə sıx münasibətlər qurmuşdu. Həmin dövrdə Rotşildlər Avropanın bütün iqtisadi vacib nöqtələrində nəzarəti həyata keçirirdi. Bu ölkələrdən hər birində onlar ən qabaqcıl, ən güclü və nüfuzlu insanlar ilə yaxşı münasibət qurmağı bacarmışdı.
Bundan əlavə həmin zamanlarda ailə rus çarlarının, Qabsbuqlar evinin, Vatikanın və İspaniya kralının sponsorluğu ilə məşğul idi. Sözün düzə qalsa, sponsorluq sözü bu kontekstdə heç olduğu kimi işlənmir. Adətən Rotşildlər monarxlara borc verir, bəzən isə həqiqətən əvəzsiz şəkildə onlara iri məbləğlərdə pul bəxş edirdi. Ola bilsin ki, bunun əsas məqsədləri əlaqələrin yoluna qoyulması olub.
Ən nəhayət, həmin dövrdə Rotşildlər Avropa cəmiyyətinin ən qaymaq təbəqələri və baronları üçün ən iri kreditorlara çevrilmişdi. Bütün kreditlər kifayət qədər bahalı torpaq mülkiyyəti qarşılığında verilirdi. Lakin Rotşildlər kreditlərə görə ödənişlərin çox asta-asta, hətta bir neçə on il ərzində qaytarılmasına da razılaşırdı. Bundan əlavə onlar borcları birjada satışa çıxarırdı. Bu ailən özləri öz imperiyalarını quran zaman həmişə nəzərlərini uzaq gələcəyə yönəltmişlər.
19-cu əsrdə Amşel və Solomon lotereya şəklində daha iri məbləğli borc verməyə başladı, bununla da onlar cəmiyyət arasında öz populyarlığını daha da artırmağa nail oldular. Beləliklə, belə kreditlərdən biri 37,5 milyon qulden civarında borcun verilməsi idi. Bu növ kredit Avstriyada böyük şöhrət qazanmışdı. Ümumiyyətlə əgər ailənin Avstriya və Prussiyadakı işlərindən danışsaq onlar həmişə kifayət qədər yaxşı gedib. Böyük qardaş Amşel nəinki nəhəng bankir eyni zamanda hersoq Qessenin gizli məsləhətçisi və Bavariyanın kral səfiri olmuşdur.
O müddət ərzində isə Natan Rotşild bir gecənin içində Londonun ən iri kreditorlarından birinə çevrildi. Bu şəhərdə ailənin düz üç ticarət kontoru var idi, ssudaların verilməsi də məhz burada həyata keçirilirdi. . Əlbəttə ki, bütün bunlar Rotşildlərin maliyyə vəziyyətini müsbət tərəfə dəyişirdi, amma ailə əsl uğuru siyasi arenada baş verən hadisələrə görə qazandı. Bu dövrdə Napoleon Avropada işğallarını davam edirdi, ona görə də ona qarşı mübarizə aparan müttəfiqlərə həmişə qida, ərzaq, silah almaq və özünü geyimlə təmin etmək üçün pul vəsaiti lazım idi. Məhz bu pul vəsaitini onlara Rotşildlər verirdi. Demək olar ki havayı? Bunun səbəbi çox aydındır. Bu yolla Rotşildlər Avropa krallarının və əsilzadələrinin etibarını qazanırdı. Daha sonra onlar müharibə gedən həmin ölkələrdə iri silah-sursat, taxıl və geyim tədarükçüsünə çevrilirdilər. Baxmayaraq ki, Rotşildlərin bu xidmətləri onlara analoji xidməti təklif edən digər insanlardan bəzən iki dəfə baha başa gəlirdi. Ailə özü isə bu sövdələrdə heç nə itirmirdi, çox da yüksək faizləri olmayan bu ssudalar çox keçmədən –elə monarxların ilk sifarişləri onların özünə qayıdırdı.
Yeri gəlmişkən əgər tarixə diqqətlə nəzər salsaq görərik ki, qardaşlar müttəfiqlər üçün qiymətləri cüzi şəkildə çox ehtiyatla qaldırıb, bu bütün tarix boyu belə olub, yavaş-yavaş qiymətlər özünün ən yüksək həddinə çatıb. Müharibənin sona yetməsi də Rotşildlərin növbəti maliyyə uğurunun əsasını qoyub. Napoleon son döyüşlərin birində Vaterlo yaxınlığında müttəfiq qoşunlarına məğlub olanda bundan ilk xəbər tutanlardan biri də Natan və Ceyms Rotşild qardaşları olmuşdur. Napoleonun sarsıdıcı məğlubiyyət xəbərini aldıqdan sonra hər iki qardaş bir-başa birjaya üz tutmuşdur –Natan London birjasına, Ceyms isə Fransanın düz mərkəzində yerləşən Paris birjasına yollanır. Bütün investorlar həmin gün Vaterlodan xəbər gözləyir. Çünki, onlar öz gələcək fəaliyyətlərini məhz bu xəbərə gərə müəyyən edəcəkdi.
Rotşildlər də bundan istifadə edir. Hamı bilirdi ki, Natan döyüş vaxtı çox da uzaqda dayanmayaraq, müharibənin müqəddəratının necə həll olunmasını gözləyirmiş. Döyüş başa çatan kimi Natan bir-başa Londona yollanır. Birjada olandan sonra o, bütün gün qaş-qabağını sallayıb, ufuldaya-ufuldaya bir küncdə oturur. Təbiidir, ki investorların əksəriyyəti onun bu davranışını İngiltərənin müharibədə , daha doğrusu Vaterloda uduzmasına bir işarə kimi qəbul edir. Bunun ardınca investorlar dəli kimi bütün səhmlərin qiymətlərini aşağı salaraq satmağa başlayır. Bu qiymətli kağızları alanlar isə Natan Rotşildin ticarət agentləri olur, beləliklə o günün sonuna qədər 200 milyon funt sterlinq civarında sərvətin sahibinə çevrilir. Eyni taktikanı Ceyms də Fransada tətbiq edir. Amma necə də olsa məhz Natan Qinesin Rekordlar kitabına düşür, o bütün bəşəriyyət tarixin ən dahi maliyyəçisi kimi qəbul olunur və bu günə qədər də bu adı daşıyır. Təəssüratlandırıcıdır, elə deyilmi?                                                         (Ceyms de Rotşild)
Rotşildlər ailəsinin möhtəşəm kommunikasiya sistemi haqqında da bir neçə kəlmə söz deməyə dəyər. Düzdür hər bir qardaş yaşadığı ölkədə mümkün qədər nüfuzlu insanların yanında mövqe tutmağa çalışırdı, amma bu az idi. Onlar həmçinin də elə bil sistem təşkil etməli idi, vacib informasiyaları bir-birinə mümkün qədər tez ötürə bilsinlər. Buna görə də heç də təəccüblü deyil ki,19-cu əsrdə ən böyük agent şəbəkəsi məhz Rotşild ailəsinə məxsus idi. Daha sonra onlar şəklini dəyişərək, poçt xidmətinə çevrildilər. Çünki poçt xidməti haqqında qəbul olunmuş qanuna görə poçtalyonlar avropa ölkələrinin sərhədlərini heç bir əvəz haqqı ödəmədən keçə bilərdi. Bir sıra tarixçilər hesab edir ki, bu kommunikasiya sistemi Rotşildlər ailəsinin bütün Avropa və eləcədə dünya boyu fəaliyyətlərində uğur qazanmasının əsas açarı idi.
Varislər

Rotşildlərin qızıl nəslinin arxasında gələn nümayəndələr öz şöhrətlərinə və bacarıqlarına heç də onlardan geri qalmırdı, onların hər biri bu ailənin layiqli nümayəndəsinə çevrildi. Rotşildlərin yaratdığı kompaniyalar sırasında “Natan Mayer Rotşild və oğullar”, “Rotşild və Kompaniya”, “Edmond Bank” və “Paris-Orlean Holdinq” kimi nəhəng kompaniyaların adını qeyd etmək olar. Bütün bu müddət ərzində həmin ailə maliyyə dünyasına nəzərə çarpacaq qədər təsir göstərmişdir. Rotşild ailəsi ABŞ-ın Federal Ehtiyatlar Sisteminin yaradılması mənbələri əsasında dayananlardan biri idi. Bu sistem heç prezidentə belə tabe deyil. Belə deyirlər ki, onların üç ABŞ prezidentinin –o cümlədən Abraam Linkolnun ölümündə əli olub, belə ki, o FES-in qəti əleyhdarı idi.
Onların təsiri həmişə sezilib, amma bununla yanaşı onlar kölgədə qalmağı bacarıb. Rotşildlər açıq biznes sürmürlər, öz fəaliyyətlərini gizli saxlamağa üstünlük verirlər, bu gün onlar haqqında bir neçə fakt istisna olmaqla demək olar ki, heç nə məlum deyil:
-Bu gün klanın rəhbəri 1936-ci ildə dünyaya göz acımış Nataniel Çarlz Ceykob Rotşilddir. Nataniel Londondonda yaşayır və barondur.
– Natanielin bacası Emma Rotşild kifayət qədər məşhur iqtisadçıdır.
-hal-hazırda Rotşildlər əsas fəaliyyətini İngiltərə, İsveçrə və Fransada davam etdirir. Ailənin İngiltərə və Fransa ailəsi bir neçə müddət əvvəl aktivlərini birləşdirmək qərarına gəlib. Onların ümumi varidatını cəmini 9 milyard funt sterlinq civarında qiymətləndirirlər. Amma bunu sübut edəcək heç bir fakt yoxdur.
-Rotşildlər xeyriyyəçilik işlərində çox fəal iştirak edilər.
Bəlkə də bu ailəni əhatə edən bu qədər sirr və müəmma olmasaydı, onlar cəmiyyət üçün bu qədər də maraqlı olmazdı.
Nəticə

Bəs bu ailənin sirri nədədir? Birincisi, onların ən son, təp-təzə xəbərləri əldə etmə baxımından rəqibləri ilə müqayisədə böyük üstünlükləri var idi. Hələ əksər krallar üz çıxışlarını söyləməmiş, Rotşildlər onların nitqinin məzmunun nədən ibarət olacağını, söhbətin nədən gedəcəyini bilirdilər. Bütün bu informasiya həmçinin ailənin böyük agent şəbəkəsi sayəsində digər qardaşlara da ötürülürdü.
Rotşildlər bütün işçiləri sadəcə qulluqçu kimi deyil, bərabər hüquqlu tərəfdaş kimi işə cəlb edirdi. Onlar sanki yoldaşlıq tipli bir təşkilatın başlıca tərəfdarları idilər. Bundan əlavə və ən əsası ailədə adət-ənənələrin təsiri olduqca güclü idi. Buna necə nail olmaq mümkün olmuşdu? Bu ola bilsin ki, bütün Rotşildlərin öz nikah məsələlərinə kifayət qədər ciddi yanaşmasının nəticəsi idi. Bunların yarıdan çoxu qohum nikahı idi. Və ən nəhayət unutmaq olmaz ki, Rotşildlər yəhudi ailəsi idi, burada isə ənənələrin gücü həmişə çox möhkəm olub.
Bundan əlavə bir əsrin dörddə bir hissəsini maliyyə işinə həsr edən ailə həmin müddət ərzində o qədər əlaqə toplaya bilmişdi ki, ondan sonrakı nəslə ailə biznesinə başlamaq qat-qat daha asan olmuşdur. Necə deyirlər, velosipedi təzədən kəşf etməyə ehtiyac yoxdur. Onların adı-Rotşild elə yeni biznesə başlamaq üçün kifayət idi, üstəgəl də ki, əvvəlcədən qurulmuş yaxşı əlaqələr və bütün bunlar da əlavə milyonlarla pul. Yaddan çıxarmayın ki, Rotşildlər həm də həmişə siyasi arenada çox nüfuzlu fiqurlar olublar.
Əlbəttə bu hamısı deyil. Ailənin hələ tarixə məlum olmayan gizli saxladığı tərəflər də var. Bəzi sirlər hələ uzun müddət üstü örtülü qalacaq. Rotşildlərin uğurunun arxasında hələ çoxsaylı danışılmamış nüanslar dayanır, hələ bilinmir ki, bəşəriyyət onlardan nə vaxtsa xəbər tutacaq ya yox.


Mənbə:http://banker.az/rotsildlər-ailəsinin-sirri-və-ya-kapital-necə-yarandi/