Bu gün respublikamızın bütün sahələrində inkişafın vüsət aldığı, çiçəkləndiyi dövrdə təhsil sahəsində gedən islahatların müsbət dəyişiklikləri hər birimizi maraqlandırır və bizi işlərimizdə yeniliklər etməyə, yaradıcılığa səsləyir.
Təhsil sahəsində aparılan islahatların məqsədi əsasən təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Həyata keşirilən Milli Kurikulum islahatları da məhz bu məqsədin peallaşmasına xidmət edir.
Bildiyimiz kimi, 2012-2013-cü dərs ilindən V siniflərdə də fənn kurikulumları tətbiq olunur. Digər həmkarlarım kimi bu sahədə mən də müəyyən təcrübə əldə etmişəm. Həmin təcrübə haqqında oxucularda təsəvvür yaratmaq üçün bu yaxınlarda keçdiyim "açıq dərs" nümunəsini onlara təqdim edirəm.
2. Tarixi məkan
3. Dövlət
Standartlar: 1.1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
Mövzu: Azərbaycanın parçalanması
Məqsəd:
* Sadə xronoloji məsələləri həll edir
* Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir
* Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir
İnteqrasiya: Azərbaycan dili 1.2.4.
Riyaziyyat 2.1.1.
İnformatika 4.1.1.
Texnologiya 2.1.1.
Təsviri incəsənət 1.3.1.
Musiqi 2.1.2.
Dərsin tipi: Produktiv
Dərsin forması: Böyük və kiçik qruplarla is
Üsullar: Bibo, Venn diaqramı
Təchizat: Kompüter, proyektor, dərslik, xəritə,dəftərxana ləvazimatları,iş vərəqləri, müəllim üçün dərs vəsaiti, xanlıqlar dövrünün xəritəsi və s.
Dərsin mərhələləri
I. Motivasiya
Bu şəkillər bizə nəyi deyir?
Şagirdlər şəkillərə baxıb öz mülahizələrini bildirirlər. Deyilənlər ümumiləşdirilərək tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı:
Tarixi Azərbaycan torpaqlarının parçalanması prosesi necə baş verdi?
II. Tədqiqatın aparılması
Şagirdlər 4 qrupa bölünür. Hər qrupa iş vərəqləri paylanır.
İş vərəqi №1
XIX əsrin əvvəllərində hansı amillər Azərbaycana xarici işğallara şərait yaradırdı?
İş vərəqi №2
I Rusiya-İran müharibəsi nə ilə nəticələndi?
İş vərəqi №3
Şeyx Səfi məqbərəsindəki kitabxana Peterburqa niyə göndərildi?
İş vərəqi №4
II Rusiya-İran müharibəsi nə ilə nəticələndi?
III. Məlumat mübadiləsi
Qruplar növbə ilə iş vərəqlərini lövhədən asır, onlara verilmiş tapşırıq haqqında məlumar verirlər. Sagirdlər hazırladıqları materialı təqdim edirlər.
IV. Məlumatın müzakirəsi və təşkili
Bu mərhələdə əldə edilmiş məlumatları sistemləşdirmək, qrup işləri arasında əlaqəni üzə çıxarmaq üçün köməkçi suallardan istifadə edərək əldə olunmuş faktların məqsədyönlü müzakirəsi təşkil edilir.Təqdimatlar dinlənilir, nəticədə tədqiqat sualının (Xalqımızın və torpaqlarımızın parçalanması prosesi necə baş verdi?) cavabı aydınlaşdırılır.
Ümumiləşdirmə məqsədi ilə şagirdlərə aşağıdakı tapşırıqlar verilir:
Gülüstan sülh müqaviləsindən sonra Rusiya imperiyasının tərkibinə qatılmış Azərbaycan ərazilərini qeyd edin:
Türkmənçay sülh müqaviləsindən sonra Rusiya imperiyasının tərkibinə qatılmış Azərbaycan ərazilərini qeyd edin.
Tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirilir.
V. Ümumiləşdirmə və nəticələrin çıxarılması
Müəllimin bələdçiliyi ilə şagirdlər bu nəticəyə gəlirlər ki, Azərbaycanda vahid dövlətin olmaması torpaqlarımızın yadelli düşmənlər tərəfindən işğalına səbəb oldu.Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ölkəmizin və xalqımızın parçalanması rəsmiləşdirildi. Araz çayından şimaldakı torpaqlar Rusiyaya, cənubdakı torpaqlar İrana verildi.Bu müqavilələr ədalətsiz və amansız müqavilələr idi. Çünki xalqımızın bölünməsi tariximizin bölünməsi, sevincimizin, taleyimizin və mədəniyyətimizin bölünməsi idi. Bu müqavilələr yalnız vətənimizi və xalqımızı bölmədi. Çar hökuməti özünə dayaq yaratmaq üçün erməniləri Azərbaycan torpaqlarına köçürdü.1828-ci il martın 21-də Novruz bayramı günündə çarın fərmanı ilə Naxçıvan və İrəvan torpaqlarında qondarma "erməni vilayəti" yaradıldı. Beləliklə, ermənilərin xalqımıza xəyanəti "mükafatlandırıldı".Bu hadisə sonrakı faciələrimizin də başlanğıcını qoydu.
VI. Yaradıcı tətbiqetmə
Bu mərhələdə şagirdlərə əldə etdikləri bilikləri praktik olaraq möhkəmləndirmək məqsədilə tapşırıqlar verilir.
VII. Ev tapşırığı
Ev tapşırığı olaraq yaradıcı tətbiqetmə üçün krossvord verilir.
VIII.Qiymətləndirmə
Dərsin əvvəlində əvvəlcədən şagirdlərin tanış edildiyi meyarlara əsasən onların nailiyyətləri qiymətləndirilir.
Aynur QURBANOVA,
Bağca-məktəb-lisey kompleksinin tarix müəllimi | |