07.11.2014

Kürdəmirdə Dövlət Bayrağı Günü qeyd edilmişdir


Noyabrın 7-də rayonun Mədəniyyət evində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, idarə ,müəssisə, təşkilat rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ziyalıları,ağsaqqallar,gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Mərasimdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin ifasında "Bir kərə yüksələn bayraq, bir daha enməz" mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilmişdir.


Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Tacəddin Novruzov 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ümummilli Liderimiz bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.”   Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin də hər zaman aparıcı istiqaməti olmuşdur. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə hakimiyyətlə xalqın vəhdətinin yeni bir təzahürü kimi Bayraq Meydanının yaradılması ideyasına gətirib çıxardı. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.