Qədim Yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə. VI-IV əsrləri əhatə edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə. VI-V əsrin I yarısı), orta klassika (b.e.ə. V əsrin ortaları) və son klassika (b.e.ə. V-IV əsrin sonları) çağlarına bölünür.
Erkən klassika çağında incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu ilk növbədə, həmin tarixi dövrdə ictimai- siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər -dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq
keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.B.e.ə. V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.
Məbədin hər iki frontanı memar Libon tərəfindən əhəng daşından tikilərək mərmər heykəltəraşlıq qrupları ilə təmsil olunurdu (hazırda bunlar Olimpiya muzeyində saxlanılır). Qərb frontondakı kompozisiya həyəcandoğurucu, ehtiraslı, patetik səhnəni təmsil edir: kentavrlar çar Pirifoyanın nigah mərasimində qadın və oğlanların üzərinə hücum çəkirlər. Dinamik və gərgin fiqurlar sanki öz hərəkətləri ilə bir-birinə qovuşur, küncə istiqamət götürürlər. Bütün təsvirlər həm forma, həm də süjetə görə bir-birilə vəhdət təşkil edir. Bu cür təsirli təsvirlər, tikilinin bütün tərəflərində əks olunur.
Erkən klassikanın məşhur əsərlərindən biri də «Disk atan oğlan» heykəlidir. Heykəl dövrümüzə qədər olduğu kimi gəlib çatmasa da, roma surəti əsasında o yenidən işlənib hazırlanmışdır. Onun yaradıcısı b. e. ə.yaşamış məşhur Miron idi. O, tuncdan hazırlanaraq ciddi üsluba malik olmaqla dövrünün ruhuna tam uyğun
şəkildə yaradılmışdır.Bu üslub Miron yaradıcılığına xas bir cəhətdir. O, insanı qeyri-adi vəziyyətdə təsvir etməyi çox sevirdi.Afina Akropolundakı «Afina və Marsi» adlı heykəltəraşlıq qrupu da bu cəhətdən əhəmiyyətlidir.Yunan incəsənəti orta klassika (təsviri sənət tarixində b.e.ə. V əsr – Perikl dövrü - orta deyil, yetkin klassika
dövrü adlanır, fəlsəfə tarixində isə yetkin dövr – b.e.ə. IV əsrin I yarısı – məhz Platon və Aristotelin adı ilə bağlıdır) çağında çiçəklənir. Farsların dağıntılarından sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası və yenilərinin tikintisi, ictimai bina və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə. 449-cu
ildən başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı insanlarını – filosof Anaksaqoru, rəssam Polikleti, heykəltəraş Fidini və d. cəlb edir. Afina Akropolunun yenidən, daha möhtəşəm və füsunkar formada tikilişi Fidinin üzərinə düşür və bunun öhdəsindən o çox
peşəkarcasına gəlir.B.e.ə. V əsrin ortalarında İktin və Kallikrat tərəfindən tikilmiş Parfenon məbədi də ellin tikililəri içərisində ən gözəllərindən biri hesab edilir. Bu məbəd çox böyük və möhtəşəm olub, iri qaya üzərində tikilib.Məbədə qalxan hər bir kəs onun düz, rəvan oduğunu hiss edirdi. Bütün bunlar onu yaradanların yüksək professionalizmini sübut edən amillərdir.
Bu dövrün məşhur memarlıq nümunələrindən biri də b.e.ə. 410-cu ildə tikilib qurtaran Erexteyon adlı məbəd idi. Üç müxtəlif portik və heykəlləri olan bu tikili ona tamaşa edən hər bir kəsdə böyük təəssürat oyadır.Bu tikili bu gün də təbiiliyin, gözəlliyin etalonu kimi insanlara zövq verməkdədir.
Orta klassik dövr, mədəniyyətin hərtərəfli şəkildə inkişafı ilə səciyyələnirdi. Tərbiyə sahəsində vətəndaşın fiziki və mənəvi kamilliyi öndə duran məsələlərdən idi. Təhsil sisteminə gimnastika, musiqi, rəqs, mütaliə, yazı daxil idi. İntellektual təhsilin inkişafında sofistlərin rolu böyük idi. Sofistlər pul ilə arzu edənlərə qrammatika,
riyazi fənlər, ritorika, dialektikanı öyrədən səyahətçi filosoflar idi. Bu filosoflar hesab edirdilər ki, nə qədər insan, fərd varsa, bir o qədər də həqiqət mövcuddur. Sofistlərin səciyyəvi xüsusiyyətlərindən biri də insanları inandırmaq, nəyi isə sübuta yetirmək bacarığı idi.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə. 470-399) idi. Onun fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu filosof özündən əvvəlki müdriklərin ənənəvi problemlərinə nəzər yetirmədən əsas diqqəti insana – onun təbiəti, imkan və tərbiyəsinə yönəldir. İnsanın
mövcudluğunun və inkişafının başlanğıcını Sokrata görə ağıl təşkil edir. Filosof təsdiqləyir ki, həqiqət yalnız müxtəlif suallardan doğan mübahisələr prosesində üzə çıxır.
Bu çağın digər müdrik filosofu Demokrit (b.e.ə. 460 – uzun ömür sürərək vəfat etmişdir) idi. O, fəlsəfəyə atomist nəzəriyyənin müddəalarını gətirmişdi. Demokritə görə təbiət, materiya bölünməyən atom zərrəciklərindən ibarətdir. Müxtəlif cisimlərin atomları forma və ölçülərinə görə müxtəlifdir, eyni atomların
görüşməsi, birləşməsi cismin formasını yaradır. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz hadisə yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir. Materiya əbədidir, onun təşəkkülü izaha ehtiyac duymur, yalnız dəyişiklikləri öyrənmək, təhlil etmək mümkün və lazımdır, bunu isə allahsız və inamsız da etmək olar.
Orta klassika dövründə elm naturfəlsəfə ilə vəhdət təşkil edirdi, lakin biliklərin həcmcə artması, ayrı-ayrı fənlərin yaranmasına təkan verdi. Məsələn, b.e.ə. V əsrdə Hippokratın adı ilə bağlı (b.e.ə. 460-370) təbabətin tərəqqisi müşahidə olunur. Yaranmış xəstəlikləri Hippokrat ilahi qüvvələrdən asılı olmayaraq real səbəblərlə izah etməyə başlayır. Hər bir xəstənin özünün fərdi xüsusiyyətlərini nəzərə alaraq, orqanizmin qüvvəsini səfərbər edib, düzgün nəzarət, təbii müalicə vasitələrilə sağaltmağı irəli sürür. Hippokrat hesab edir ki, həkim posienti incitmədən, etik normalara riayət edərək müalicə etməlidir.
Orta klassika dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi yazarların adı ilə bağlıdır. Esxil (b.e.ə. 525-456) klassik yunan faciəsinin banisi hesab edilir. O, dramı inkişaf etdirərək teatr səhnələrini daha dinamik və canlı etdi. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır.
Onun yaradıcılığının aparıcı motivində vətəndaş xeyirxahlığı, vətənpərvərliyin tərənnümü başlıca yer tutur.Onun «Zəncirlənmiş Prometey» əsəri belələrindəndir.
Tale, qismət, cəza motivləri də Esxil yaradıcılığında xüsusi yer tutur. Onun «Oresteya» adlı trilogiyasında bunu görmək mümkündür.
Dövrün digər faciə ustadı Sofokl (b.e.ə. 496-406) hesab edilir. Müstəqil insan iradəsinin haqsızlığa qarşı mübarizəsində Sofokl insanın gücsüzlüyünü, qismətdən qaça bilməməsini acıqla ifadə edir. Onun çar Edip haqqındakı məşhur faciəsində bu motiv xüsusilə aparıcı yer tutur.Digər məşhur faciə ustadı Evripid (b.e.ə. 485/484 və ya 480-406) psixoloji dramların müəllifi idi.Əsərlərinin əsas konflikti ağıl-ehtirasların mübarizəsi və bunun nəticəsində insanın məhvi, faciəsi təşkil edir.
«Medeya», «Fedra» faciələrində bu motiv aparıcı yer tutur.
Klassika dövrünün məşhur komediya ustadı Aristofan (b.e.ə. 445-386) hesab edilir. O, öz komediyalarına siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun «Atlılar», «Dünya», «Lisistrata» komediyalarında bu motivi aydın şəkildə görmək mümkündür. Aristofan demokratiyanın qızğın tərəfdarı idi, dövründə onun komediyalarındakı kollektiv əxlaq ideyası sofistlər, hətta Sokrat tərəfindən gülüşə məruz qalırdı.
Orta klassika dövrünün təsviri sənətinin görkəmli nümayəndələrindən b.e.ə. V əsrə aid olan Poliqnot,Apollodorun adlarını çəkmək olar. Onlar sənətə işıq-kölgə, perspektivin verilməsi məsələlərini gətirmişlər.Dövrümüzə qədər gəlib çatmayan bu əsərlərdən savayı, arxaik dövrdən məşhur olan vaza təsvirləri də orta klassika çağında əhəmiyyət kəsb edirdi.Son klassika çağı qədim yunan mədəniyyəti üçün kəskin bir dövrü əhatə edir. Afina və Sparta arasındakı müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da sənətdə özünü aydın formada təzahür etdirirdi. Ona görə də bu çağda sənət iki əsas istiqamət üzrə reallaşırdı: patetik qəhrəmanlığın arxa plana keçməsi, yüksək lirik fərdi ruhun hakimlik etməsi. Hər iki sənət istiqamətinin məşhur heykəltəraşları b.e.ə. IV əsrdə yaşayan Skopas və afinalı Praksitel idi. Skopasın məşhur əsəri Qalikarnasdakı mavzoley idi. Praksitel isə, ilahi obrazların sənətkarı kimi məşhur idi. Onun «Şərab süzən satir», «Kərtənkələ öldürən apollon», «Erot» və d. heykəlləri var idi. Onun «Afrodita» adlı əsəri isə, qadın füsunkarlığının ecazkar təsvirinə görə məşhur əsərlərdən idi. Məhz ilk dəfə Praksitel Afroditanı çılpaq, geyimsiz təsvir etməyə nail olmuşdur. Sənətkarın «Hermes körpə Dionislə» adlı heykəli isə, dövrümüzə qədər gəlib çatmışdır.
Makedoniyalı İsgəndərin saray heykəltəraşı kimi tanınan Lissip də son klassika çağının görkəmli sənətkarlarındandır. Rəssam kimi onun yaradıcılığı çoxcəhətli idi. O, heykəltəraşlıq qrupları da yaradırdı. Onun belə əsərlərindən «Heraklın qəhrəmanlığı»nı göstərmək olar ki, burada Makedoniyalı İsgəndərin də təsviri öz əksini tapmışdı. Digər məşhur heykəli isə «Anoksiomen»dir. Bu heykəldə heykəltəraş atletçi oğlanın yarışdan sonra bədənindən torpaq dənələrini təmizləyən təsvrini yaratmışdır.Lissipin heykəl fiqurları daha qamətli, təbii, hərəkətli və müstəqildir.
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü nümunələrin tikilməsi xüsusi bir janr kimi təşəkkül tapdı. Qəbirüstü relyeflər Attikada Fididən sonra canlanmağa başladı.Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi.Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun ayrı-ayrı çağlarının çox böyük rolu vardır.