Z.Veysova "FƏAL İNTERAKTİV TELİM "muəllimler üçün vəsait Yüklə.
Z.A.Veysova 13 noyabr 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin psixologiya fakultəsinin məzmunudur, psixologiya elmləri namizədidir. 1980-1990 ci illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogika kafedrasında, 1989-cu ildən bu vaxta qədər Bakı Dövlət Universiteti nəzdində “İnkişaf” Elmi-Praktik Mərkəzinin aparıcı elmi işçisi, 1993-cü ildən Bakı Avropa Liseyinin elmi rəhbəri, 2005-ci ildən bu vaxta qədər isə Liseyin direktorudur.
Z.Veysova 1989-cu ildən istedadlı uşaq və gənclərin seçilməsi, təhsili və inkişafı sahəsində elmi araşdırmalar həyata keçirir. Eyni zamanda o fəal-interaktiv təlim üzrə 1991-cü ildən təqiqatlar aparır. Uşaq inkişafı və təhsildə şəxsiyyətə yönəlmiş yanaşma üzrə tədqiqatların nəticəsində təlim prosesi üzrə xüsusi model və “Fəal-interaktiv təlim” konsepsiyasını və metodologiyasını hazırlayıb. 1999-2001-ci illərdə Z.Veysova Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Təhsil İslahatı Layihəsində Layihəni İdarəetmə Qrupun təhsil üzrə mütəxəssisi kimi çalışıb. 2002-ci ildən bu vaxta gədər müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, kurikulumun hazırlanması sahələrində və erkən yaşı dövründə üşaqların inkişafı üzrə UNİCEF-in, Dünya Bankının milli məsləhətçisi, Asiya İnkişaf Bankının və Avropa Komissiyasının beynəlxalq eksperti kimi Azərbaycanda və digər ölkələrdə müxtəlif təhsil layihələrdə fəaliyyət göstərib, yerli məsləhətçilər grupunun rəhbəri olub. Z.Veysova Azərbaycanda ilk dəfə Bakı Avropa Liseyində fəal-interaktiv təlim metodologiyasının tətbiqinə başlamışdır. O, fəal-interaktiv təlim üzrə bütün təhsil təbəqələrində işləyən müəllim heyəti üçün onlarla treninqlər keçirib və fəal-interaktiv təlim üzrə ölkədə aparıcı olan, səriştəli təlimçilər hazırlayıb. “Fəal-interaktiv təlim” müəllimlər üçün vəsait ilə yanaşı çoxlu sayda fəal-interaktiv təlim üzrə metodik materiallar, dərs vəsaiti və topluları, treninq proqramları, treninq vəsaitləri və materialları hazırlamış və onlar UNİCEF-in, Dünya Bankının, Norvec Qaçqınlar Şurası tərəfindən dərc olunmuş və treninqlərdə istifadə olunmuşdur. Z.Veysovanın fəal-interaktiv təlim üzrə yanaşması yeni fənn kurikulumlarında təlim strategiyalarının əsasını təşkil etmişdir. Z.Veysova həmçinin ibtidai siniflər üçün “Ana dili” dərsliklərinin və müəllimlər üçün metodiki vəsaitlərin müəllifidir.
Zülfiyyə Veysovanın xüsusi peşə maraqlarından biri istedadlı uşaq və gənclərin inkişafı və təhsilidir. O, Bakı Avropa Liseyinin “İstedadlı uşaq” təhsil modelinin və Liseydə həyata keçirilən bir sıra təhsil üzrə innovasiyaların müəllifidir. 1993-cü ildən Z.Veysova Bakı Avropa Liseyində Azərbaycanda yeganə olaraq istedadlı uşaqlar üçün fənlərarası təlim innovativ inkişafedici proqramını tətbiq edir. O, həmçinin ümumi təhsil məktəbləri üçün 2 orijinal qiymətləndirmə sistemlərinin müəllifidir. Zülfiyyə Veysova 2005-ci ildə “Tərəqqi” medal ıilə təltif olunmuş , 2008-ci ildə isə Azərbaycan
Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüşdür.
Evlidir, 2 uşağı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1975-1980-ci illlərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsində, psixoloq, müəllim psixoloq ixtisas üzrə oxumuşdur.
1982- 1985 illərdə ADU-nin pedaqogika və psixologiya kafedrasının aspiranturasının əyani şöbəsində oxumuşdur.
1988-ci ilin fevral ayında Tiflis şəhərində Uznadze adına Psixoloji İnstitutunda müdafiə olunub, psixologiya elmləri namizədi adına layiq görülmüşdür.
ƏMƏK FƏALİYYƏTİ
1980 – Azərbaycan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur.
Yanvar 1986-iyun 1990 – ADU-nin pedaqogika və psixologiya kafedrasdında çalışırdı.
Iyun 1990- dekabr 1999- ADU-nin nəzdində fəaliyyət göstərən “Yaradıcı istedad” Respublika Elmi-Praktik Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışırdı.
1999 cu ildən Təhsil Sahəsində İslahat Proqramında iştirak etməyə başlamışdı: əvvəl milli məsləhətçi vəzifəsində, sonralar isə 1999-cu ilin sentyabr ayindan Layihəni İdarəetmə Qrupunun təhsil üzrə mütəxəssisi kimi fəaliyyət göstərmişdi.
1999 cu ildən – bu günədək Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinidə aparıcı elmi işçi vəzifəsində ictimai əsaslarla işləyir.
2001-ci ilin avqust ayından noyabr ayınadək Müasir Təhsil Kompleksinin İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışırdı.
1993 – 2005 Bakı Avropa Liseyində ictimai əsaslarla elmi rəhbər vəzivəsində çalışırdı.
12 yanvar 2005– bu günədək Bakı Avropa Liseyində direktor vəzivəsində işləyir.
TƏDQİQAT SAHƏSİ
Psixologiya və pedaqogika
Beynəlxalq məsləhətvermə
Avropa komissiyasının “Turkmənistanda təhsil sisteminin müasirləşdirilməsinin dəstəyi” layihəsi çərçivəsində təhsil işçilərinin ixtisasının artırılması məsələlər üzrə beynəlxalq məsləhətvermə - 2013
Kurikulum və Standartlar komponenti üzrə Dünya Bankı Partnyorluq Proqramı : İbtidai siniflərdə kurikulumun tətbiqinə hazırlıq. Müəllimlərin Peşəkar inkişafını nəzərdə tutan təlim kurikulumları üzrə Beynəlxalq – beynəlxalq məsləhətçi, Küveyt, Küveyt ölkə ofisinin Dünya Bankı 2013
Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası – (həmmüəllif, işçi qrupunun üzvü ) 2012
Avropa komissiyasının “Turkmənistanda təhsil sisteminin müasirləşdirilməsinin dəstəyi” layihəsi çərçivəsində təhsil işçilərinin ixtisasının artırılması məsələlər üzrə beynəlxalq məsləhətvermə. 2011
Türkmənistanda Təhsil Sisteminin müasirləşdirilməsinə dayaq – Avropa Komissiyası, İBF üzrə və Beynəlxalq məsləhətçi, baş ekspert 2010
EYNƏLXALQ SEMINAR, SIMPOZIUM VƏ KONFRANSLARDA IŞTIKAKI
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Bakı Avropa Liseyi-Azərbaycanda ilk innovativ məktəb-“Kurikulum” Elmi-Metodik Jurnal, 145-150s.Bakı, 2012 №4
2. School-based continious teacher professional development - Education, Sport and tourism in the prosperous epoch of the powerful state (Abstracts of the International exhibition and Scientific Conference 5-7 November 2012), Ashgabat
3. “Students first” Preparatory Phase for Curriculum Implementation in Primary Education – Training Manual, Kuwait, 2013,I hissə, 136 səh.
4. “Students first” Preparatory Phase for Curriculum Implementation in Primary Education – Training Manual, Kuwait, 2013 , II hissə, 55 səh
5. Dərs üçün fəal metodu necə seçmək olar: Fəal/ibteraktiv metodların təsnifatına yeni yanaşma- “Kurikulum” Elmi-Metodik Jurnal, 145-150s.Bakı, 2012 №4
“Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumların tətbiqi və fəal təlim” kursu I hissə- UNİCEF və Dünya Bankı, Bakı, 2012, 88səh.
“Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumların tətbiqi və fəal təlim” kursu II hissə- UNİCEF və Dünya Bankı, Bakı, 2012,44 səh.
Классификация методов активного обучения и ее практическое значение- Современные методы совершенствования системы образования в эпоху могущества и счастья (Ашгабат, 2012)
9. “Ümumi orta təhsil səviyyəsi üzrə yeni Fənn Kurikulumlarının tətbiqi” (xarici dil fənni üzrə) - müdavimlər üçün vəsait-“MBM” nəşriyyat, 2013, 120 səh
Fəal – İnteraktiv təlim üçün tapşırıqların hazırlanması. Tapşırıq halqaları modeli- “Kurikulum” Elmi-Metodik Jurnalı, №2, səh 62-78