07.04.2014

Mete və onun Pinçen qələbəsi

Əslində Türklər həm gündoğar, həm də günbatarda eyni vaxtda “Vura!” sədaları ilə tarixin ilk səhifələrini açmışlar. Bunlar Hun və Şumer türkləridir Şumerlərin ulu qədimlərin zülmətində məşəl kimi yanan sivilizasiyası daşa dönmüş gil lövhəciklərdə bizim günlərə kimi gəlib çıxdığı halda, Hunların dəri və taxta üzərində yazılan mədəniyyət və tarixi zamanın tozu altında çürüyüb getmişdir.
Lakin, ulu Tanrı böyük əməllər sahibini yaradanda onun ölməzliyi qayğısına qalmağıda unutmur. Kimin ağlına gələrdi ki, eramızdan əvvəl 145-ci ildə-Metenin ölümündən cəmi 30 il sonra Hun-Çin müharibələrinin ən qızğın bir dövründə Çinin Xançen əyalətində bir oğlan dünyaya gələcək və öz xalqının düşmənlərinin tarixini olduğu kimi, bəzəksiz-düzəksiz əks etdirib gələcək bütün türkdilli xalqlar üçün misilsiz xidmət göstərəcək. Bu, Sıma Syan idi.

Başqa-başqa adlarlada olsa, Hunlar haqqında Çin məxzələrində hələ eramızdan əvvəl III minilliyin ortalarından soraq gələr. Təəccüblü və heyratamizdir ki, türklər, deməli, eyni bir ərazidə, eyni bir məqsəd, yəni azadlıq və müstəqillik uğrunda, eyni bir düşmənlə dörd min ildən artıqdır ki, mübarizə aparmaqda davam edirlər.

Böyük Çin tarixçisi Sıma Syan yazır ki, Hunlar (syunnilər) öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəyifləyib ayrı-ayrı xanlıqlara parçalanmışlar.Məsələn eramızdan əvvəl III əsrin əvvəllərində Hun kaqanlığının Çinin Sin sülaləsinin 37-ci hökmüdarı Cjou Vanın dul anası Syuan Qay Xoudan hətta iki oğlu da olmuşdur.


Hunların Çin imperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Şin Xyan Çinin şimal sərhədləri boyu 4000 km uzunluğunda, 4 m enində və 10 m hündürlüyündə sədd çəkdirmək əmri verdi. Həmin sədd bu günə kimi durur. Əslində bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhramanlığına qoyulan abidədir.


Nəhayət eramızdan əvvəl 238-ci ildə Çin imperiyasına, hətta digər qonşularına belə xərac verən Hun kaqanı Bumının heç yuxusunada girməzdi ki, evində yenicə dünyaya gələn körpə nəyinki, yaxın uzaq qonşularından, hətta böyük Çin imperiyasının özündən xərac alacaq.

Metenin qırmızıyanaq bi ögey qardaşı da vardı. Təcüblü olsada Bumın böyük oğlu Meteni deyil onu taxt-tac varisi etmək istəyirdi. Qəddar ata hələ bununla kifayyətlənməyib Meteni düşmən tayfalarına girov göndərib sonrada onların üstünə hücum etmək istəyirdi ki, düşmənlər Meteni öldürsünlər. Lakin, bunu hiss edən Metenin at belində əsirlikdən qaçıb gəldiyini görən Bumın ona on min atlı bağışlayıb uzaq əyalətlərdən birinə vali göndərdi.
İllər keçdi. Mete qəddar və qorxaq atasının taxt-tacı kiçik və iradəsiz oğluna verməsinə razı olmayıb, Hun səltənətində nizam-intizamı və döyüş ruhunu bərpa etdi.
Onun düşmən qəbilə və tayfaları ilə, yaxın və uzaq xalqlarla mübarizəsi e.ə 202-ci ilə kimi davam etdi. Və o xəzər sahillərindən sibirə qədər, Çin sərhədlərindən sakit okiana qədər ərazilərdə yaşayan 26 xalqı xərac verməyə məcbur etdi.
Nəhayət şərqin ən güclü, mütəşəkkil və döyüşkən ordusuna və möhkəm dövlət sturukturuna hökmuranlıq edən Mete üzünü Çinə tutdu. Çində bu zaman xan sülaləsi ağalıq edirdi. Bu o qədər güclü səltənət idi ki, hətta indiyə kimi çinlilər özlərini həmin sülalənin adıyla, yəni xan milləti adlandırır. Bu sülalənin başçısı keçmiş çay qayıqçısı Lyu Ban idi.
Meye öz əyan və köməkçilərini məsləhətə çağırdı. Hun imperiyasını idarə edən 24 vali kaqanın solunda və sağında oturub Metenin sanki daşdan yoğrulmuş üzünə baxırdılar. Heç kim onun nə deyəcəyini, hara yeni hucuma başlayacağını bilmirdi.
Nəhayət, kaqan sözə başladı:
-Mən nə vaxt idi ki, qonşularımızla döyüşmək üçün səbəb axtarırdım. Göylər özü bu səbəbi bizə göndərdi. Lyu Ban xan Sini böyük bir qoşunla üstümüzə göndərib. Yəqin ki, qoyun sürülərimizi və at ilxılarımızı qənimət aparmaq istəyir. Fikiriniz nədi?
Kaqan dönüb sol tərəfinə baxdı. Çünki birinci söz onların idi. Əmrlər bir nəfərə kimi səsləndilər:
-Qana qan!
-Bəs siz nə fikirdəsiniz?
-Qana qan
-Doğrudur. Çünki, əgər ilk həmləyə layiqli cavab verməsək, Lyu Banın ayaqları yer tutar.
Mete sərkərdələrdən birini Xan Sini qabaqlamağa göndərdi. Xan Sin əvvəcədən bu yüyrüşün tərəfdarı deyildi. O, Hunların döyüş rəşadətinə və qələbə əzminə bələd idi. Buna görə ordusunu əbəs yerə qırğına vermək istəməyib Man qalasına çəkildi. Çin paytaxtı uzaqda idi. Qalada ehtiyat azuqəsi az idi. Buna görə çin sərkərdəsi bir neçə danışıqdan sonra qoşunu ilə bərabər təslim olub Hunlara xidmət etməyə razı oldu.
Bu xəbəri eşidən Çin imperatoru elə qəzəbləndi ki, böyük qoşunla öz keçmiş sərkərdəsinə qarşı yeridi. Rəqiblə Tanyuan əyalətində üz üzə gəldi. Təbbi ki, imperator qalib gəldi, ancaq öz keçmiş sərkərdəsini tuta bilmədi. Xan Sin Hunların yanına gəldi və öyrəndiklərini Meteyə danışdı.
Bu zaman sərhəddən xəbər gəldi ki, imperator saysız-hesabsız ordu ilə Ordosa tərəf gəlir. Hun sərkərdələri, əyanlar qorxub əl-əyağa düşdülər. Mete onları sakitləşdirdi. Qoşun toplamaq əmrini verib Xan imperatorun qabağına yeridi.
202-ci ilin qış ayları şaxtalı keçirdi. Qobi Altayının sonsuz düzənlərində acı küləklər vıyıldayırdı.
Qoşunların ön dəstələri üz-üzə gələndə birdən-birə gözlənilməz hadisə baş verdi. Hunların qara atlı suvariləri günbatana tərəf dönüb ağır-ağır uzaqlaşmağa başladılar. Bu xəbər Lyu Bana catanda böyük və həlledici döyüşə hazırlaşan imperator bütün ümüdlərinin boşa çıxdığını və Hunları təqib etməyi əmr etdi.
Mete niyə geri çəkildi. Heç kim bilmirdi. Dahi ona görə dahidir ki, Tanrı ən gərgin anlarda ən doğru qərarı onların ürəyinə pıcıldayır.
Lyu Ban Hunları təqib edib özüdə qoşunun önündə Pinçenə gəldi. Qoşun Bayden dağının ətəyində ikən birdən xəbər gəldi ki, uzaqdan hunlar görükür. Sonra başqa bir cinahdanda eyni xəbər gətirdilər…
Üç yüz minlik ac, yorğun qoşun hərəkətə gəlməmiş Metenin ildırım sürətli dörd rəngli altlı qoşunları Çin ordusunu İmperatorla birlikdə mühasirəyə aldı. Onlar heç kimə toxunmurdular. Sadəcə onsuzda yorğun olan Çin əsgərlərinin taqətdən düşməsini, beləliklə bir nəfəri qurban vermədən qələbə çalmaq taktikasını seçmişdilər. Eyni zamanda Çinlilərə rahatlıqda vermirdilər.
Beləliklə yeddi gün-yeddi gecə Çin qoşunları ac-susuz, yuxusuz qalmağa məcbur oldular.

Bu Çinin tarixində ən ağır fəlakət, ən acı məğlubiyyət idi. Ağlamaqdan impertorun gözləri şişmişdi. Nəhahayət O, məktub yazıb Meteyə elçi ilə göndərdi. Bu yalvarış və iltimas məktubu idi.
Xan imperatoru əsirlikdən, böyük ordusunu isə məhv olmaqdan heç nə xilas edə bilməzdi.
Mete məktubu oxuyub xeyli fikirə getdi. Sonra çadırdan çıxıb ata mindi. Əli ilə işarə verib Çinlilər üçün dağın gündoğan tərəfindən Hunların içindən dar bir cığır açıldı.
-Qoy yavaş-yavaş getsinlər!
Ürəklərində narazı olsalarda heç kim etiraz edə bilmədi və ucsuz-bucaqsız qoşun bitib-tükənməz sıra ilə ağır-ağır keçib getdi.
Dünya müharibələri tarixində bu görünməmiş bir alicənablılıq idi.
Mete uzun zaman Çini sakit buraxdı. Bundan sonra qılınca əl atmadı. Çünki, ona baş əyməyən bir xalq qalmamışdı. O, eramızdan əvvəl 174-cü ildə vəfat etdi. Onun səltənəti düz üç yüz il-daxili qırğınlar ölkəni dağıdana qədər yaşadı.


Müəllif:Əlisa Nicat