04.04.2014

Azərbaycan tarixi və ümumi tarix dərslərində rollu oyunlardan istifadə təcrübəsindən

Rüstəmova Gültəkin S.Bəhlulzadə adina Xarici Dillər  Təmayüllü gimnaziyanın  müəlliməsi
2008-2009 cu dərs ilindən respublikamızda milli kurikulum tətbiq edilir. Hal hazırda kurikulumla dərs keçməyə başlayan ilk siniflər artıq 6-ci siniflərdə biliklərə yiyələnirlər.
Adətən ibtidai sinifləri bitirmiş şagirdlər orta siniflərdə keçərkən ilk zamanlar əsasən beşinci sinifdə müəyyən çətinliklərlə qarşılaşırlar. Həmişə yəni dörd il eyni sinif otaqinda bir müəllimdən təlim alan şagirdlər V sinifdə ayrı ayrı fənn kabinələrini gəzməli, müxtəlif müəllimlərdən dərs almalı olurlar. Beşincilər bu dövrdə məktəbə adaptasiyası müəyyən vaxt tələb edir. Tərcümə göstərir ki, şagirdlərin bu dəyişikliklərdə reaksiyası eyni olmur. Bəziləri tez, bəziləri gec adaptasiye edir.
Bəs fənn müəllimləri uşaqların bu gərginliklərini necə aradan qaldıra bilərlər, bu zaman hansı metodlara əl almaq daha formanı alar. Fikirmizcə uşaqların bu yaş dövründə daha çox biruzə çıxan xüsusiyyətlərinə diqqət yetirmək prosesini onlar üçün marağlı olan şəkildə qurmaq daha yaxşı nəticələr berər. Məlumdur ki, bu yaş dövrlərundə bütün uşaqlar hələ öz oyuncaqlarından və oyunlardan ayrıla bilmirlər. Odur ki, onlara yeni bilikləri öyrədərkən verilən materiala mövzulara onların gözü ilə baxmaq onları maraq dairəsindən çıxış edərək şagirdləri yeni-yeni biliklərlə silahlandırmaq olar. Uşaqlar oynamağı sevir. Onların uşaqlıq dunyasına rəng qataraq, dərsi elə bir şəkildə təqdim etmək lazımdır ki, onlar həm mövzünun imkan verdiyi şərtlər daxilində müəyyən oyun oynaya həm də, qarşıya qoyulan təlim məqsədinə yiyələnə bilsinlər. 

V sinifdə tədris edilən Azərbaycan tarixi fənni bu cür yanaşma üçün çox əlverişlidir. əsrlərdən bəri formalaşan şifahi ədəbiyyat nümunələrmiz bir növ tarixin yaşanmışları ilə yoğrulu. Nağıllar, əfsanələr, dastanlar uşaqlar üçün maraqlı olduğu üçün tarix fənninin tədrisində bu janrların qəhrəmanlarını didaktik oyunlara gətirmək faydalı olar. Bu yaş dövründə uşaqlar özlərini nağı və dastanların qəhrəmanlara bənzətməyə meyl edirlər. Məhz bu xüsusiyyətlərini nəzərə alaraq şagirdlərin gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir etmək məqsədilə dərslikdə verilən materiallara bir növ yeni bir oyun kimi yanaşmaq olar. Bu cür yanaşma şagirdi həm öyrədir, həmdə tərbiyə edir, onda bilik və bacarıqların formalaşmasına şərait yaradır, yüksək əhval- ruhiyyə aşılayır. Ən əsası isə şagird öyrənməkdən həzz alır və təlimə daha həvəslə yanaşır. Azərbaycan tarixi dərslərində müəllim şagirdlərin yaş xüsusiyyətini nəzərə alaraq dərsi maraqlı təşkil etmək məqsədilə təxəyyülünü işə salaraq belə didaktik oyunlar düşünüb tapır və tətbiq edir. Mən V – VI siniflərdə bir çox mövzuları sujetli-rollu oyunların təşkilindən istifadə etməklə tədris edirəm.
Yüxarı siniflər hal-hazırda kurikulum proqramı ilə deyil ənənəvi üsulla dərs keçirlər. Lakin bu siniflərdə də interaktiv təlim metodlarınin tətbiqi sinifdə ən passiv şagirddə belə dərsə maraq oyadır. Yuxarı siniflərdə ənənəvi dərs quruluşu ilə yanaşı mövzudan asılı olaraq dəyirmi masaların təşkili, öyrənilən mövzunun əks tərəflərdən təhlili və müzakirəsi, tarixi hadisələrin dəyərləndirilməsi və yadda saxlanılması fənnin tədrisi prosesində müsbət nəticələr verir. Bu həmçinin şagirdlərdə faktları düzgün təhlil etmə və sərbəst fikir formalaşdırma bacarığının inkişafına müsbət təsir göstərir. Azərbaycan tarixi və ümumi tarix fənlərindən didaktik oyunlar təşkil edilərkən aşağıdakı metodiki suallara cavab verilməlidir:
Oyun prosesində tarixi baxımda yiyələnəcəkləri bilik və bacarıqlar;
Oyunu təşkil etmək üçün tələb olunan resurslar;
Mövzuya uyğun oyunun qaydalarını daha səlist və az vaxt ərzində şagirdə izah etmək:
Oyunun keçirilməsi zamanı şagirdlərin fəallığına nəzarət;
Oyuna ayrılan vaxt və qiymətləndirmənin təşkil edilməsi;
Sadalanan prosesi düzgün təşkil edərkən əldə etdiyim nəticə;
Proqramda verilən mövzunun tam mənimsənilməsi;
Təlim standartlarını yerinə yetirən dərsin təşkili;

Şagirdlərin intelektual səviyyəni yüksəltməklə onlarda məntiqi yanaşma, müstəqil fikir yürütmə və yaradıcı imkanlara yol açmanın ikişaf etdirilməsi;
Dərsin mənimsənilməsinə gərgin proses kimi yanaşmadan, onu əyləncə dolu maraq dünyasında reallaşdırmaq:
Aərbaycan tarixi fənnindən V sinifdə aşağıdakı aşağıdakı mövzunun tədrisi zamanı həyata keirdiyim oyun və metodlar:
Mövzu: Erkən şəhərlər, Üzərliktəpə, II Kültəpə.
Standartlar:
1.2.1. dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
1.2.2. illüstrasiya şəkil və sənədli materiallardan istifadə etməklə tarixi tədqiqat aparır;
2.1.1. insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
2.1.2. xəritələrdə Azərbaycan ərazisində mühüm tarixi abidələri müəyyənləşdirir:
Təlimin məqsədi:
1. Azərbaycanda orta tunc dövrünə aid maddi mənbələrin tariximizdə rolunu izah etmək;
2. Illüstrasiyalar istifadə etməklə o dövürdə insanların həyatını təsvir etmək;
3. Qədim dövrlərdə insanların Azərbaycan ərazisində yaşaması üçün coğrafi mövqein xüsusiyyətlərini və əlverişli şəraiti müəyyənləşdirmək;
4. Azərbaycan ərazisindəki ilk insan məskənlərinin, erkən şəhərlərin yerini xəritədə müəyyənləşdirmək.
Təlim forması: kollektiv və kiçik qruplarla iü
Təlim üsulu: didaktik oyun, diskussiya
Inteqrasiya: C 3.1.2.: Ü-t 3.1.2.: 2.1.2
Resurslar: İKT, xəritə, dərslik, illustrasiyalar, marker, iş vərəqləri, flipçat, yapışqanlı lent və s.
Şagirdləri lazım olan vəsaitlərlə təmin edirəm.

Motivasiya (3dəqiqə):
Dərsin bu mərhələsində şagirdlərə mürəciət edirəm, əgər siz o dövrdə yaşasaydınız və yaxud da bir “zaman maşınınız” olsaydı və sizi keçmişə apara bilsəydi, o dövrə getsəydiniz .... cümləni tamamlamadan onların üzündə necə maraq dolu ifadələr yarandığının şahidi oldum. Və proses başlanır...
Proyektor vasitəsi ilə qədim dövrə aid maddi mənbələrdən nümunələr və qədim şəhərlərin qalıqlarının görüntüləri ekranda canlandırılır, şagirdlər illustrasiyalar əsasında öz fərziyyələrini söyləyirlər, xəritədə qədim yaşayış məskənlərinin yerini müəyyənləşdirirlər. Sonra Azərbaycan tarixinin qədim dövr elektron materialı (orta tunc dövrü) nümayiş etdirilir.
Təlimin məqsədinin izah etdikdən sonra şagirdləri qruplaya ayırıram. Təbii ki indiki texnaloji inkişafın əhatəsində olan şagird birdən birə özünü uzaq keçmişdə təsəvvür edə bilmir. Onlarda bir qədər təsəvvür oyatmaq üçün audiovizual tədris vəsaitindən istifadə edirəm. Uyğun mövzu ilə əlaqəli görüntüləri şagirdlərin diqqətinə çatdırıram. Burada həm coğrafiya, həm də ümumi tarix fənnlərindən əldə etdikləri bilikləri də xatırlamağı tövsiyyə edirəm.
Tədqiqat sualı: İlkin şəhər mərkəzəri hansı şəraitdə meydana gəldi?
Tədqiqatın aparılması: Qrupların hər birinə sual və tapşırıq verilir, iş vərəqləri paylanılır. Bundan əlavə hər qrupa ayrı-ayrı xronoloji tapşırıq verilir: oyun xarakteri daşıyan bu tapşırığın mahiyyəti şagirdlərin əvvvəkli dərslərdə keçdiklərini necə qavramasını təyin etmək üçündür. Qruplardan ikisinə müxtəlif illər yazılmış vərəqlər paylanılır, burada şagirdlər o illərdə baş verən hadisələri müəyyənləşdirməlidirlər. Digər iki qrupa isə müxtəlif hadisələr yazılmış vərəqlər paylanılır, burada isə şagirdlər hadisələrin baş verdiyi illəri tapmalıdırlar. Dərsin sonunda tapşırığın hansı qrupda daha tez və düzgün yerinə yetirildiyi elan edilir və şagirdlər bu oyunun qalibi olaraq rəğbətləndirilir.
Tədqiqatın başlanğıcında bir şagird şəhər hakimi secilir, o tacirlərin, sənətkarların, əkinçilərin, dulusçuların nümayəndələrini yanına çağırır. Onlara tapşırır ki, Üzərliktəpəyə və II Kültəpəyə getsinlər, ordan öz sənətlərinə uyğun məlumatlar əldə edib gətirsinlər. Ən yaxşı və düzgün məlumat verənlər hakimin ənamını alacaq. Hakimin yanından çıxanlar öz tapşırıqlarının dalınca yollanırlar. Tapşırıqlar bunlardan ibarət olur:
I qrup: Tacirlər- İlkin şəhər mərkəzləri harda salınıb? O yaşayış evlərinin xüsusiyyətlərini sadalayın. Xəritədə ilkin şəhər mərkəzlərinin yerini müəyyən edin.
II qrup: Sənətkarlar -qədimdə əhalinin yaşayış tərzini o dövrə aid maddi nümunələrin şəkli əsasında təsvir edin. Üzərliktəpə yaşayış yerinin xəritədə yerini tapın və haqqında bilgilər nümayiş etdirin.
III qrup: Əkinçilər -Xəritədə qədim yaşayış yerini müəyyənləşdirin. Orada qədim əhalinin yaşayış tərzini tapılmış maddi nümunələr əsasında təsvir edin.
IV qrup: Dulusçular - şəhər tipli yaşayış yerlərinin xüsusiyyətlərini venn dioqramında işləyin, xəritədə onların yerini müəyyən edin. Onların tarixini zaman oxunda qeyd edin.
Məlumatın mübadiləsi: qruplar ayrılmış vaxt ərzində suallara cavab hazırlayır. Tapşırıqları yerinə yetirirlər.
Informasıyanın müzakirəsi: cavablar müzakirə olunur yönəldici suallara şagirdlərə informasiya mübadiləsi üçün şərait yaradılır. Şəhər hakimi hər bir nümayəndəni ayrı-ayrılıqda dinləyir və onları topladığı məlumatlara görə rəğbətləndirir.
Qruplar
Mənbələrdən düzgün
Istifadə və təqdimetmə Tapşırıq vaxtında yerinə yetirilib əməkdaşlıq Ümumi nəticə


Nəticə və ümumiləşdirmə:
Orta tunc dövründə insanların həyatında baş verən dəyişiklik. Ikinci böyük əmək bölgüsü sənətkarlıqla məhsul istehsalındakı dəyişikliklər. Uzaq şəhərlərə ticarət əlaqələrinin yaranması və mal mübadiləsi.
Ev tapşırığı: internet resurslarından istifadə etməklə Azərbaycanda erkən dövr şəhərləri mövzusunda esse yazmaq.
Orta tunc dövrü maddi mənbələrinə aid şəkillər əsasında slayd hazırlamaq.
Qiymətləndirmə meyarları
1) Izahetmə
2) Müəyyənetmə
Formativ qiymətləndirmə:
Zəif
Orta Yüksək
Erkən şəhərlərinöyrənilməsində
maddi mənbələrin rolunu
müyyən edir

Maddi mənbələrin rolunu sualların köməyi ilə izah edə bilir
Maddi mənbələrin rolunu əsaslandıraraq izah edir

Erkən şəhərləri tanıyır, xəritədə yerini göstərə bilmir Xəritədə erkən şəhərlərin yerini çətinliklə müəyyən edir
Xəritədə erkən şəhərlərin yerini müəyyənləşdirir

Dərsin yekununda şagirdlər həm meyarlara, həm də əlavə verilən tapşırığı daha tez və düz yerinə yetirdiklərinə görə qiymətləndirilir. Dərs prosesində oyunun mahiyyəti şagirdlərdə düşüncə tərzini formalaşdıraraq, onların keçmişə bir xəyali səyahətindən tarixi hadisələrə baxışı müzakirələrdə dinlənilir. Əlavə tapşırıqda birincilik qazanmış şagirdlər xüsusi qeyd edilir, onların sualları və verilən cavablar dinlənilir.
Tarix maraqlı hadisələrlə, görkəmli şəxsiyyətlərin həyatından örnəklərlə zəngin fənndir. Bundan istifadə edərək şagirdlərə müsbət keyfiyyətlər aşılamaq olar. Gənclərimizin şəxsiyyət kimi formalaşmasında tarix fənninin rolu danılmazdır.
Məqalənin elmi yeniliyi: ondan ibarətdir ki, burada ilk dəfə didaktik oyunlardan rollu oyunlardan istifadə etməklə tarix fənninə marağın artırılması rolları göstərilmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan, didaktik oyun metodlarından tarix fənninin mənimsədilməsində bütrün fənn müəllimləri, eyni zamanda yuxarı məktəbəqədər yaşlı uşaqların dünyagörüşünün formalaşdırılmasında tərbiyəçilər faydalana bilərlər.
Nəticə etibarilə deməliyik ki, təlim prosesində İKT və digər interaktiv təlim üsullarından istifadə etməklə təlim keyfiyyətini yüksəltmək, didaktik oyunlar metodundan istifadə edərək təlimə şagirdlərin marağını artırmaq olar.