11.03.2014

VI sinif Azərbaycan tarixi fənnindən “Atropatenanın qonşu dövlətlərlə münasibətləri” mövzusunda dərs nümunəsi.

Standartlar: 1.1.1. ; 3.1.2.

Məqsəd: 1. Mühüm tarixi hadisələrin xronoloji çərçivələrini müəyyənləşdirir.

2. Atropatenanın daxili və xarici siyasətini izah edir.

İnteqrasiya: Ü-t. 3.1.1; Az-d. 2.2.3.

İş forması: Kollektiv və qruplarla iş

İş üsulu: Beyin həmləsi, BİBÖ.

Resurs: Dərslik, marker, xəritə, kompyuter, slaydlar, iş vərəqləri, rəngli kağızlar,

Dərsin gedişi.
Motivasiya: Bu mərhələdə şagirdlərin diqqətini mövzuya cəlb etmək üçün beyin həmləsindən istifadə edərək lövhədən Azərbaycanın qədim dövrünün xəritəsi asılır və sual verilir: “Bu xəritə haqqında nə deyə bilərsiniz?”


Şagirdlərdən gözlənilən “Atropatenanın qonşu dövlətlərlə münasibətləri” cavabını aldıqdan sonra bütün sinif rəngli kağızlara Atropatena haqqında “nəyi bilirəm və nəyi bilmək istəyirəm” yazaraq cədvəlin üzərinə yapışdırırlar.

BİBÖ – nün ilk iki sütunu doldurulduqdan sonra şagirdlərə tədqiqat sualı verilir.



Tədqiqat sualı: Sizcə, Atropatenanın qonşu dövlətlərlə münasibəti necə idi?

Tədqiqatın aparılması: Şagirdlər 3 qrupa bölünür və onlara A4 formatlı vərəqlərdə suallar paylanılır:

I qrup - Manna:-Atropatenanın Parfiya ilə münasibətini izah edin:


II qrup – Atropatena: – Atropatena qonşu dövlətlərdən necə asılı vəziyyətə düşdü?


III qrup – Albaniya: – Roma – Parfiya müharibələrini və nəticələrini xronoloji ardıcıllıqla söyləyin:
Şagirdlərə isə söylənilir ki, hər tapşırığın sonunda şagirdlər və qruplar vaxtında tapşırığı yerinə yetirdiklərinə, qrupda əməkdaşlığa və fəallığa görə qiymətləndiriləcəklər. Məlumatın mübadiləsi: Müəyyən olunmuş zaman çərçivəsində hər qrupdan 1 nəfər öz qrupunun işini lövhədən asaraq təqdimat edir. Hər qrupun işinə digər qrupun, həmçinin öz qrupunun nümayəndəsi əlavə və düzəlişlər edə bilər.

Məlumatın müzakirəsi: Söylənilən fikirlər müzakirə edilir təqdimata əsasən qruplar bir – birini qiymətləndirirlər.

Məlumatın müzakirəsindən sonra hər qrupa iş vərəqləri paylanılır.

I qrup – Manna: Atropatena dövlətinin ərazisini xəritədə rəngləyin:


II qrup – Atropatena: Verilmiş şəkillərdən Atropatena hökmdarlarını seçin və adlarını yazın:


III qrup – A
Albaniya: Atropatena və Albaniya dövlətinin paytaxtını xəritədə müəyyən edib adlarını yazaraq rəngləyin:


Qruplara paylanmış iş vərəqləri yoxlanılır şagirdlər fərdi şəkildə və qrup halında qiymətləndirilir.

Nəticə və ümumiləşdirmə: Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək özü hazırladığı slaydlarla cavabları ümumiləşdirir.

Şagirdlər yenə rəngli kağızlara öyrəndiklərini yazıb, BİBÖ cədvəlinin Öyrəndim sütununu da doldururlar.

Ev tapşırığı: “Atropatena dövlətinin hökmdarı olsaydım, qonşu dövlətlərlə necə münasibət saxlayardım?” mövzusunda kiçik hekayə yazmaq.

Qiymətləndirmə:

Ülviyyə İsmayılova,
Bakı şəhəri, Xətai rayonu 55 nömrəli tam
orta məktəbin tarix müəllimi