Dərsdə vaxt bölgüsü
1. Sinfin təşkili – 2 dəq.
2. Keçmiş dərsin frontal sorğusu – 4 dəq.
3. Keçmiş dərsin fərdi sorğusu – 10 dəq.
4. Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqələndirmə – 3 dəq.
5. Yeni mövzunun izahı – 20 dəq.
6. Yeni mövzunun möhkəmləndirilməsi – 2 dəq.
7. Yeni dərsin yekunu və ev tapşırığının verilməsi – 2 dəq.
8. Şagirdlərin biliklərinin qiymətləndirilməsi – 2 dəq.
Fənn: Tarix
Sinif: VIIId
Mövzu: Qaraqoyunlu dövlətinin yaranması
Məqsəd:Qaraqoyunlu dövlətinin yaranması haqqında məlumatı şagirdlərə çatdırmaq və mənimsətmək.
Üsul: Müşahidə xarakterli dərs.
Təchizat: Dərslik, plakat, xəritələr.
Dərsin gedişi.
1. Sinfə daxil olub, şagirdlərlə salamlaşdıqdan sonra dərsdə iştirak etməyənləri jurnalda qeyd edirəm. Ev tapşırıqlarını yoxlayıram. Frontal sorğuya başlayaraq şagirdlərə keçmiş mövzu ilə bağlı suallar verirəm. Başa düşülməyən mövzuları başa salıram.
Müəllim: Qaraqoyunlu tayfası neçənci əsrdə yaranmışdır?
Şagird: Qaraqoyunlular XIV əsrin 70-ci illərində Ərzincanda, Sivasda, Şərqi Anadolunun Şimal Şərq torpaqlarında möhkəmlənmişdir.
Müəllim: Çapaqcur döyüşü nə vaxt olmuşdur?
Şagird: 1387-ci ilin baharında olmuşdur.
Müəllim: XIII-XIV əsrlərə aid tarixi abidələr hansılardır?
Şagird: Mərədəkan qalası, Nardaran və Ramana qalaları inşa edilmişdir.
Müəllim: Bərdə türbəsi neçənci ildə inşa olunmuşdur?
Şagird: 1322-ci ildə inşa olunmuşdur.
Qarauzanın hansı islahatları keçirmişdir?
Keçmiş dərsin sorğusu üçün qruplarla iş.
Şagirdləri 4 qrupa bölürəm:
Hər qrupa 3 sual təqdim edirəm və sonda sualların ətrafında müzakirələr aparıram.
Suallar
1) Oğuz tayfalarından olan Qaraqoyunlulara kim başçılıq etmişdir və onlar hansı ərazidə məskunlaşmışdır?
2) Qaraqoyunlu tayfa ittifaqının əsasının qoyulması haqqında məlumat.
3) Qaraqoyunluların rəqibləri kimlər idi, Qara Məhəmməd onlarla necə mübarizə aparmalı oldu?
4) Çapaqcur döyüşü neçənci ildə olmuşdur və nəticəsi nədən ibarət oldu?
5) Qaraqoyunlularla Cəlairlərin münasibəti.
6) Qaraqoyunlularla Teymurilərin münasibətləri.
7) Bağdad döyüşü haqqında məlumat.
8) XIV əsrin 80-90-cı illərində Qaraqoyunlu tayfa İttifaqının uğur qazanmamasının səbəbləri.
Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqələndirmə – 3 dəq.
Uşaqlar, biz keçən dərsimizdə Qaraqoyunlu tayfa İttifaqının meydana gəlməsi və hansı əraziləri əhatə etməsi haqqında öyrəndik.
Biz bu gün Qaraqoyunlu dövlətinin yaranması haqqında öyrənəcəyik.
Yeni mövzunun izahı
Əmir Teymurun ölümündən sonra Qara Yusif və Sultan Əhməd Azərbaycana qayıdır.
Qara Yusif Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər olan ərazilərdə feodal həmlələrini dəf edir. Xnusun hakimi Məlik Şəmsəddinlə ittifaqa girir. 1406-cı ilin iyununda Sultan Əhməd və qara Yusif Bağdaddan Təbrizə gələrək şəhər yoxsullarını öz ətrafına çəkməyə çalışırlar. Bu zaman Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpası haqqında fərman verir. Sultan vergilərin azaldılması haqqında vəd versə də buna əməl etmir. Bu da təbii olaraq əhali ondan narazı qalır.
1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi-Qazanda Əbubəkirlə Qara Yusif arasında birinci döyüş baş verir və Teymurləng bu döyüşdə məğlubiyyətə uğrayırlar. Bundan qəzəblənən Miranşah yenidən 1408-ci ilin aprelində Sərdrud adlı yerdə Qaraqoyunlularla döyüşə girir və bu döyüşlərdə onların Azərbaycandan qovulması baş verir.
Qara Yusif uğurlarından qorxuya düşən Sultan Əhməd 1410-cu ildə ikinci Şənbi-Qazan döyüşündə Qara Yusiflə döyüşə girərək ağır məğlubiyyətə uğrayır. Bununla da Cəlairlərin Azərbaycanda hakimiyyətinə son qoyulur.
1410-cu ildə Qaraqoyunlu dövlətinin əsası qoyulur. Paytaxt təbriz şəhəri olur. Şirvanşahlar dövlətindən başqa bütün Azərbaycan Şərqi Anadolu Qaraqoyunlu hakimiyyətinin altına düşdü.
Yeni dərsin möhkəmləndirilməsi.
1) Qaraqoyunlu dövləti neçənci ildə yaranmışdır?
2) I Şənbi-Qazan döyüşü neçənci ildə oldu?
3) Sərdrud döyüşü neçənci ildə olmuşdur?
Səadət Rüstəmova,
Bakı şəhəri Qaraçuxur
qəsəbəsi, 318 nömrəli tam orta məktəbin tarixi müəllimi