8 Mart Qadınlar bayramı təkcə bu müqəddəs insanlara göstərilən hörmət və ehtiramın deyil,eyni zamanda qadınların ictimai-siyasi həyatdakı fəallığının,analıq şərəfinin,ana müqəddəsliyinin daha bir göstəricisidir.Bu tarixi bayramın məna və əzəməti qadınlar bayramı münasibəti ilə Kürdəmir rayonunda keçirilən təntənəli mərasimdə bir daha öz təsdiqini tapdı.
Bayram mərasimində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını,analarını təbrik etdi,onlara xoşbəxtlik və sadət arzuladı.Böyük fəxrlə və qürur hissi ilə qeyd edildi ki,Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO-nun xoşməramlı səfiri,Millət vəkili Mehriban xanım Əliyevanın mənalı həyat və çoxşaxəli fəaliyyəti əsil nümunədir.
Həmçinin qeyd olundu ki, ölkənin birinci xanımının fədakarlığından ilham alan Kürdəmir rayonunun qadınlarıda uşaqların tərbiyyəsində,sosial-iqtisadi həyatda, sosial və mədəni quruculuq tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edirlər.
Bayram mərasimində Qəhrəman ana Ağxanım Mahmudovaya və Azərbaycan Bayrağı Ordenli şəhid Tahir İslamovun anası Elmira İslamovaya rayon İcra Hakimiyyəti Başçısının adından tər çiçək dəstələri və qiymətli hədiyyələr , eləcədə tədbirdə iştirak edən qadınlara təzə-tər gül dəstələri təqdim olundu.
Maraqlı keçən mərasimdə anaların,qadınların şərəfinə şeirlər,mahnılar səsləndi.Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini dahada rövnəqlədirdi.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara ,analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və onun xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.