22.02.2014

YEDDİİLLİK MÜHARİBƏ VƏ RUSİYANIN AVROPA SİYASƏTİ


      
           Beynəlxalq münasibətlər üçün ciddi nəticələrə səbəb olan hadisələr XVIII əsrin birinci  yarısında Avropanın sərhədlərindən kənarda da baş verirdi, burada iri müstəmləkəçi və dəniz dövlətləri olan Fransa və İngiltərə arasında mübarizə genişlənirdi. Onların hər ikisini yer kürəsinin eyni əraziləri cəlb edirdi – Hindistan (Ost – Hind) və Amerika.Fransızlar Müqəddəs Lavrenti çayının vadisini, Böyük Amerika gölləri hövzəsini, həmçinin Missisipi çayını zəbt edə bilmişdilər. Beləcə, fransız torpaqlarının arası kəsilməyən xətti Atlantik okeanı sahili boyunca uzanan ingilis müstəmləkələrini qövs kimi əhatə etmişdi. Bu, ingilislərin Şimali Amerikanın içəri tərəflərinə yolunu qapayan fransızlara böyük üstünlük verirdi. İngilis hökuməti ya Şimali Amerika genişliklərinin ələ keçirilməsində birinciliyi fransızlara verməli idi, ya da yaranmış vəziyyəti öz xeyrinə dəyişməyə nail olmalı idi. Onlar geri çəkilmək istəmirdilər. Buna görə də Şimali Amerikada Fransa ilə İngiltərə arasında toqquşmanın baş verməsi yalnız zaman məsələsi idi. Çünki Fransa ilə İngiltərə arasındakı XVII əsrin sonu – XVIII əsrin birinci yarısında baş verən bütün hərbi konfliktlər, o cümlədən, İspaniya və Avstriya mirası üstündə baş verən müharibələr hamısı müstəmləkələrdə qızğın toqquşmalarla müşayiət olunurdu.





Həm Böyük Britaniya, həm də Fransa qüdrətli müttəfiqlər əldə etməyə çalışaraq gələcək müharibənin diplomatik hazırlığına çox böyük əhəmiyyət verirdilər.  XVIII əsrin birinci yarısında Böyük Britaniya Habsburqlar monarxiyası ilə dostluq münasibətləri saxlayırdı. Hətta İngiltərə 1740 1748– ci illərdə Avstriya mirası uğrunda gedən müharibədə bu monarxiyanın tərəfində çıxış etmişdi. Bu dostluq daha çox hər iki dövlətin Fransa ilə düşmən olmasından irəli gəlirdi. Amma 1714-cü ildən İngiltərədə hakimiyyətdə olan Hannoverlər sülaləsinin kralları Avropa qitəsində siyasi ittifaqlara yenidən baxılmasının zəruri olduğu qənaətinə gəldilər. Onları buna Almaniyadakı ərazilərinin təhlükəsizliyinə etibarlı zəmanət yaratmaq cəhdi vadar edirdi. Avstriya mirası uğrunda gedən müharibə onlara başa saldı ki, Habsburqlar hətta öz ölkələrini layiqincə müdafiə etmək iqtidarında deyildirlər. Buna görə də İngiltərə hökuməti bu ölkə ilə müttəfiqlik münasibətlərindən imtina etməyi qərara aldı və Habsburqlar monarxiyası ilə müharibədə  özünü çox yaxşı göstərmiş güclü və nümunəvi ordunu quran Prussiya ilə əlaqələr qurmağa başladı. 16 yanvar 1756-cı ildə Böyük Britaniya Prussiya ilə Almaniyanın neytrallığı haqqında obyektiv olaraq Habsburqlar monarxiyasının əleyhinə  müqavilə imzaladı. Habsburqlar qitənin iki digər ölkəsi Rusiya və Fransa ilə yaxınlaşmağa məcbur oldular. Habsburqların Rusiya ilə öncədən də dostluq əlaqələri var idi. Onlar unutmamışdılar ki, Avstriya mirası uğrunda gedən müharibədə Rusiya onların tərəfində çıxış etmişdi. Hələ 22 may 1746-cı il müdafiə ittifaqı haqqında Rusiya – Avstriya müqaviləsində məxfi bir bənd var idi, həmin bəndə görə, Prussiyanın Avstriya, Polşa və ya Rusiya üzərinə hücum etməsi halında Vyana sarayının Sileziya üzərindəki itirilmiş haqları bərpa olunurdu. Habsburqlar monarxiyası kimi, Rusiya da Prussiyanın genişlənməsindən və qüdrətinin artmasından narahat olduğunu ifadə edirdi. Amma iki yüz illik rəqabət nəticəsində Fransa ilə Habsburqların yaxınlaşma yollarının üstündə o qədər maneə əmələ gəlmişdi ki, bir – birinə əl uzatmaq istər bu, istərsə də digər tərəf üçün həqiqətən siyasi cəsarət aktı idi. Ənənəvi müttəfiq münasibətlərini pozub Böyük Britaniyanın tərəfinə keçən Prussiyanın “xəyanətinin”  Fransaya çox dərin təsir etdi. 1753-cü ildə Habsburqlar monarxiyasının diplomatik idarəsinin rəhbəri təyin olunmuş  tanınmış avstriyalı diplomat qraf Kaunits Fransa ilə yaxınlaşmanın aktiv tərəfdarı idi. Demək olar ki, onun cəhdləri sayəsində hər iki saray tərəfindən  1 may 1756-cı ildə neytrallıq aktı və Versal müdafiə müqaviləsi imzalandı; Habsburqlar monarxiyası öhdəsinə götürürdü ki, Fransa ilə Böyük Britaniya arasında müstəmləkələr üstündə münaqişə yarandığı zaman neytrallığını saxlayacaq, amma hər iki monarxiya Avropadakı torpaqlarının müdafiəsində bir – birinə yardım etməyə təəhhüd etmişdi. İngiltərər və Fransa mütəmləkəçiləri arasında hərbi əməliyyatlar faktiki olaraq dayanmadı və 1756-cı ildə nizamlı orduların rəsmi müharibəsinı çevrildi. II Fridrix Saksoniyaya hücum etməklə qabaqlayıcı müharibə başladıçorani tutdu və xarabaya çevirdi. Bu şəraitdə Rusiya da Versal müqaviləsinə qoşularaq öz qəti seçimini etdi. 31 dekabr 1756-cı ildə o, Habsburqlarla Peterburq ittifaq müqaviləsini imzaladı. Nəticədə iki koalisiya yarandı: bir tərəfdə - Prussiya, Böyük Britaniya (Hannoverlə birlikdə) və bir neçə alman dövləti (Hessen – Kassel, Braunşveyq, Şaumburq – Lippe və  Saksen – Qota), digər tərəfdə isə - Habsburqlar monarxiyası, Fransa, Rusiya, İsveç, Saksoniya və Müqəddəs Roma imperiyasının tərkibinə daxil olan və 6 yanvar 1757-ci il Rebensburqda imperiya seyminin qərarı ilə  müharibəyə qoşulan alman dövlətlərinin əksəriyyəti var idi.Onun diplomatik hazırlıq gedişində diplomatik inqilabadını alan diplomatik ehtirasların kardinal(köklü)dəyişməsi baş verdi.Avstriya səltənəti özünün II Fridrixlə qarşıdurmasında Prussiyaya qarşı yeni koalisiya hazırladı.Avstriya diplomatiyası qarşısında ora yüzillər ərzində Avstriyanın keçmiş barışmaz opponenti olan Fransanı cəlb etmə vəzifısi dayandı.Bu vəzifəni Mariya Tereziyanın birinci naziri,Avstriyanın xarici siyasət rəhbəri qraf Vansel Yozef fon Kaunits həll etdi.1759-cu il  1 avqustunda Kunersdorf yaxınlığında Prussiya daha böyük bir məğlubiyyətə uğradı. Kral II Fridrix özü isə aradan çıxmaqla canını qurtara bildi və əsir düşməkdən güclə qurtuldu. 1760-cı ildə rus qoşunları qısa müddətə Berlini aldılar. Prussiyanı qaçılmaz məğlubiyyətdən 1761-ci ildə imperatriçə Yelizavetanın ölümü və III Pyotrun hakimiyyətə gəlişi ilə Rusiyanın müharibədən çıxması xilas etdi. Düzdür,  III Pyotrun hakimiyyəti uzun sürmədi, bir ildən sonra saray çevrilişi nəticəsində onun yerinə II Yekaterina gəldi, buna baxmayaraq Rusiya müharibəyə yenidən qayıtmadı.Rusiya xarici siyasətinin istiqamətini kəskin surətdə dəyişdirdi.

Amma müharibənin taleyi təkcə Avropada döyüş meydanlarında, həm də müstəmləkələrdə həll olunurdu. . Britaniya müstəmləkə qoşunlarına kömək edən kolonistlərin qarşısına fransızlar ancaq müttəfiq hindu qəbilələrini çıxara bilərdilər.15 Fevral 1763-сü ildə Avstriya və Saksoniyanın Prussiya ilə statuskvo əsasında Qubertusburq sülh müqaviləsi bağlandı.Avstriya Prussiya kralının torpaqlarından iddiadan  imtina etdi və Seleziya Prussiyaya verildi.Prussiya sakson kürfürstünə onun torpaqlarını qaytardı. Bu müqavilə Avropada müharibəyə  “qansız” yekun vurdu,halbuki dəniz ölkələrinin əsas qarşıdurması daha dramatik həll olundu.Aralıq dənizində fransızlar ingilislərdən Menorkanı qopardılar və onu ilk sahibinə -İspaniyaya-İngiltərəyə qarşı dəniz dövlətlərindəki köməyə görə geri qaytarmağı vəd etdilər.Madrid Londona müharibə elan etdi,bunun nəticəsində ingilislər Havananı götürdülər.1758-ci ildə Şimali Amerikada Fransa Kanadanı itirdivə o,ingilislərin əlinə keçdi.Qüvvələr balansı açıq-aşkar İngiltərənin xeyrinə pozuldu.Onun üçün qitə dövlətlərinin antiingilis koalisiyasında yenidən birləşməsi təhlükəsi yarandı.Bu şəraitdə 10 noyabr 1763-cü ildə Versalda bir tərəfdən İngiltərə,digər tərəfdən isə Fransa və İspaniya arasında Paris sülh müqaviləsi bağlandı.Paris sülh müqaviləsi Qubertusburq sülh müqaviləsi ilə yanaşı Yeddillik müharibəni başa çatdırdı.


Bu Sülh müqaviləsinə görə :

  • İngiltərə Fransadan Şimali Amerikada Kanadanı,Keyp-Breton,Şərqi Luiziyan(Yeni Orleansın)adalarını ,Afrikada-- demək olar ki,butun SeneqalıHindistanda –beş şəhərdən başqa,praktiki olaraq bütün fransız mülklərini aldı,Menorka da ona qaytarıldı;
  • İngiltərə tərəfindən Sen-Pyer və Mikelon adaları Fransaya qaytarıldı;
  • İspaniya Floridanın İngiltərəyə verilməsinə görə Fransadan Qərbi Luiziyanı pul kompensiyasını aldı;a

Yeddiillik müharibədən ən çox zədə alan Fransa oldu. Onun müstəmləkə, hərbi və hərbi-dəniz qüdrəti çox ciddi zərbə aldı. Böyük Britaniya isə, əksinə, dünyanın ən iri, heç bir layiqli rəqibi olmayan müstəmləkə və dəniz dövlətinə çevrildi. Bu dövrdən etibarən o, dünyanın sahibi oldu. Prussiya İmperiyanın onun üzərinə saldığı kölgənin altından birdəfəlik olaraq çıxdı. İri Avropa dövlətləri artıq onu bərabər səviyyəli ölkə kimi qəbul edirdilər. Yeddiillik müharibədə Rusiya və Habsburqlar monarxiyası heç nə əldə edə bilmədilər. Buna görə də onlar öz diqqətlərini Şərqi məsələyə yönəltdilər. Mənim fikrimə görə,yeddillik müharibənin əsas yekunu ondan ibarət idi ki,Fransa 150-200 il ərzində zəhmətlə qurduğu müstəmləkə imperiyasını itirdi.Rusiyanın xarici siyasətindəki qeyri – sabitlik xarici ölkələrə Peterburqda açıq – aşkar intriqalar aparmağa və Rus imperiyasının daxili işlərinə qarışmağa imkan verirdi. Məlumdur ki, Yelizaveta Petrovnanı 1741–ci ildə taxta Rusiya ilə Fransanın yaxınlaşmasına ümid edən səfir Şetardinin aktiv yardımı ilə qvardiya əyləşdirdi. Şetardi çevrilişi maliyyələşdirirdi və ilk zamanlar sarayda böyük nüfuza malik idi. Amma o, kansler Bestujevin simasında çox ciddi  və ağıllı bir rəqiblə rastlaşdı. Şetardi Rusiyada olmadığı vaxt fransız həmkarının uğurundan həvəslənmiş Avstriya səfiri Botta – Adorni rus zadəganları arasında taxtdan salınmış İoann Antonoviçin yenidən taxta qaytarılmasının mümkünlüyü barədə söhbət saldı. Bestujevdən xilas olmaq üçün düşmənləri onun bu sui–qəsddə iştirak etməsini istəyirdilər,lakin bu mümkün olmadı. 1774–cü ildə Şetardi Rusiyanın Fransa və Prussiyanın tərəfində müharibədə iştirakını təmin etmək missiyası ilə Peterburqa döndü; o açıq surətdə bildirdi ki, kansleri uzaqlaşdırmaq istəyir. Bu işdə böyük knyaz Pyotr Fyodoroviçin nişanlısı, gələcək II Yekaterinanın anası II Fridrixə sadiq olan şahzadə Anqalt – Serbtskaya  Şetardi ilə əlbir idi. Bestujev özünə xas qətiyyətlə davrandı; Şetardinin məktublarını ələ keçirdi ki,həmin məSSSktublar da ona fransız səfirini ifşa etməyə böyük kömək oldu və səfir bu səbəbdən Rusiyadan qovuldu. Sonra, 1756 –cı ildə ingilis səfir Çarlz Vilyams Yelizaveta Petrovnanın ölümündən sonra hakimiyyəti ələ keçirməsi üçün böyük knyaginya Yekaterina Vasilyevna ilə plan hazırlayırdı. Xarici diplomatların Peterburqda bu cür cəsarətli oyunları onunla izah olunur ki, Rusiyada XVIII əsrdə bir dəstə qvardiyaçının köməyi ilə çox asanlıqla çevrilişlər baş verirdi. Rus hökuməti bu məsələlərdə o qədər də zirək deyildi. O yalnız İsveçdə böyük intriqalar aparırdı, çünki aristokratiya ilə kral hakimiyyəti arasında gedən  daimi mübarizə buna imkan verirdi. Fransız hökumətinin ciddi vəsait sərf edərək müdafiə etdiyi qruplaşmaya qarşılıq olaraq rus hökuməti İsveç zadəganları arasında rus partiyası qurmaq üçün çoxlu vəsait xərcləyirdi. İngilis diplomatiyası bu sahədə 40–cı illərdə rus diplomatiyası ilə əl - ələ çalışırdı və məsrəflərin böyük bir hissəsini də öz xəzinəsindən ödəyirdi. Məsələn, 1740–cı ildə rus və ingilis səfirləri müvafiq məqsədlər üçün 50 min yefimk vermək barədə razılaşdılar. 1746-cı ildə seymin deputatlarına rüşvət vermək üçün Peterburq 20.000 rubl pul ayırmışdı; həmin pulları alası olan “patriotlar” “xoş niyyətli deputatların” stollarının saxlanması üçün 100 min rubl tələb edirdilər, amma tövsiyə edirdilər ki, “pullarla ehtiyatlı davransınlar, hər öz xoş niyyətliliyini satışa çıxarana yox, yalnız vətənpərvərlər partiyasının rəhbərlərinin məsləhət bildiyi adamlara pul versinlər”. İsveç hökuməti Peterburqda rus səfiri baron Korfun İsveçin daxili işlərinə qarışması haqda rəsmi şikayət etmiş və onun geri çağırılmasını tələb etmişdi. Peterburqdan isə antirus partiyasından şikayətlənməklə cavab verirdilər. Növbəti il yeni rus səfiri N. İ. Panin rus kanslerinə göndərdiyi məktubda xəstələnmiş isveç kralının ölümü zamanı yerinə yetirilməsi vacib olan fəaliyyət proqramı tərtib etmişdi. Onun sözlərinə görə, Rusiyanın qarşısında üç məsələ dururdu: İsveçdə mütləqiyyətin qurulmasına imkan verməmək, hazırkı nazirləri devirmək və onların yerinə xeyirxah “vətənpərvərləri” əyləşdirmək. Panin fransız partiyasının hər hansı bir nüfuzlu üzvünü Rusiyanın tərəfinə çəkməyi təklif edirdi, amma bununla birlikdə hərbi müdaxilə olunmasını da təkid edirdi: “pulun paylanması heç bir fayda verməyəcək”.Həmin hərbi müdaxilə ilə birlikdə rüşvət sistemi Reç Pospolitayada da, Kurlandiyada da tətbiq edilirdi. XVIII əsrin ortasında bütün Avropada xarici dövlətlərdə nüfuz uğrunda gedən arasıkəsilməz mübarizədə nəinki fərdi adamlara, həm də nazirlərə rüşvət verilməsi geniş vüsət almışdı. Məsələn, 1737 – ci ildə Peterburqdan İsveç kralının qofmeysteri Qorna çox bahalı hədiyyələr göndərilmişdi; o bir müddət imtina etsə də, axırda hədiyyələri böyük ehtiyatla almış; guya alınan malların pulunun ödənməsi barədə bank çeki alaraq qəbz vermişdi, səhəri gün isə rus səfiri həmin qəbzi geriyə aparmışdı.Xarici hökumətlər rus nazir və əyanlarına rüşvət vermək üçün böyük miqdarda pullar xərcləyirdilər. 1725-ci ildə fransız səfiri Kampedona hökuməti tərəfindən qüdrətli Menşikovdan, kansler Qolovkindən, Ostermandan və başqalarından tutmuş ta I Yekatiranaya yaxın olan xanımlara qədər bütün şəxslərin “məxfi və aşkar hədiyyələri” üçün 60 min çervon xərcləməyə icazə verilmişdi. Rusiya xarici siyasətinin rəhbərlərinə müntəzəm illik təqaüdlər verilməsi adətə çevrilmişdi və həmin dövrün ən tanınmış dövlət xadimləri belə mükafatları eyni vaxtda bir neçə xarici saraydan almağa utanmırdılar. Oxşar epizod barədə səfir Vilyams yumorla nəql edir. 1756–cı ilin avqustunda o yazırdı: “Artıq bir müddət idi ki, kansler Bestuyev məndən xahiş edirdi ki, kralın onun üçün ayırdığı iri məbləğdə pensiyanı ona çatdırım və deyirdi ki, burada ona ildə cəmi 7 min rubl verirlər, bu pulla isə o öz mövqeyinə görə keçinə bilmir; və ona öz ölkəsinin İngiltərə ilə bağlı maraqları məlumdur və buna görə də kim Rusiyaya yaxşı xidmət edirsə, o, İngiltərəyə də xidmət edir; beləliklə, o, krala vicdanının əleyhinə heç bir hərəkət etmədən və öz ölkəsinə heç bir ziyan vermədən xidmət edə bilər... Amma həftənin birinci günü mən ona: “kral sizin üçün ömürlük ildə 12 min rubl pensiya təyin edir” - deyəndə o çox təəccübləndi. Onun qanı qaralmışdı və əslində heç mənə inanmamışdı. Mənə təşəkkürünü bildirdi və mən çıxıb gedərkən o öz pensiyasına əhəmiyyət belə vermədi”. Yalnız bankir Volf ona məlumatın doğru olduğunu bildirəndən sonra kansler tələsə - tələsə Vilyamsın yanına gedib ona təşəkkür etmişdi. “Ona deyin ki, biz birlikdə daha yaxşı yaşayacağıq və mən bunun üçün əlimdən gələni edəcəyəm”. Amma Rusiya xarici siyasətinin rəhbərləri bütün xarici saraylardan pul almaqlarına baxmayaraq öz ölkələrinin maraqlarını özgə maraqlara qurban vermədən öz xətlərini yürüdürdülər. Bütün hökumətlər çalışırdılar ki, xarici ölkələrdə agentləri olsun və onların vasitəsilə zəruri informasiyalar toplansın. Rus kəşfiyyatı pis qurulmamışdı. Təkcə bunu demək kifayət edər ki, Anna İoannovnanın dövründə Rusiyanın Türkiyədəki səfiri Neplyuyevin Fransa səfirinin müşayiətçilərinin arasında agenti var idi və ondan öz rəqibinin bütün addımları barədə məlumat alırdı. Hətta 1747–ci ildə İsveçdə dəftərxana məktublaşma sistemini dəyişmək lazım oldu, çünki rus səfiri baron Korf bütün məxfi dövlət işləri haqqında məlumat əldə edə bilirdi. 1726–cı ildə məlum oldu ki, prussiyalı müşavir Ferber Peterburqa öz kralının intim söhbətləri haqqında məlumat çatdırır; Ferber edam edildi. Rusiyanın o dövrdəki düşmənləri İngiltərə və Prussiya məxfi kəşfiyyatdan daha həyasızlıqla istifadə edirdilər. Bu məqsədlə onlar hətta gələcək imperatriçədən, böyük knyaginya Yekaterina Alekseyevnadan, alman əsilli şahzadədən belə istifadə etdilər. Üstəlik, onun anası imperatriçə Yelizaveta tərəfindən Rusiyadan qovulana qədər II Fridrixin agenti idi. İngilis səfiri Vilyams Yekaterinaya həm öz katibi Stanislav Ponyatovski (gələcək Polşa kralı) vasitəsi ilə, həm də ingilis kralın vəsaitlərindən ona verilən iri məbləğdə borclar vasitəsi ilə yol tapmışdı. Xülasə, bu dövrün spesifik xüsusiyyətlərindən biri xarici siyasətə rəhbərlik etməli olan rəsmi nümayəndəliklərdən və orqanlardan əlavə məxfi diplomatiyadır. Məsələn, imperatriçəYelizaveta Petrovna və fransız kralı XV Lüdovik öz nazirlərindən xəbərsiz gizli məktublaşmalar aparırdılar. Diplomatik intriqaların və qonşu ölkələrin siyasətinə təsir yollarının başgicəlləndirən şəbəkəsi, 1789–cu il Fransa burjuaziya inqilabı, milli dövlətlərin tam və qəti formalaşma mərhələsi ərəfəsində Avropada beynəlxalq vəziyyətin mürəkkəbliyini aydın surətdə göstərir. Həmin dövrün rus diplomatiyasının şərəf səhifəsinə təkcə I Pyotr zamanı əldə olunmuş uğurları möhkəmləndirmək deyil, həmçinin Qərbi Avropanın işlərində həlledici rol oynamaq bacarığını da yazmaq lazımdır.  Qərbi Avropa ilə müqayisədə geridə qalmış XVIII Rusiyası, iqtisadi inkişafın daha yüksək mərhələlərində olan ölkələrə əzab verən feodal və burjua quruluşları arasındakı ziddiyyətdən qonşularına nisbətən daha az əziyyət çəkirdi. Bu səbəbdən  hökumət taxtda baş verən dəyişikliklərə baxmayaraq daha qətiyyətli siyasət yeridə bilirdi. Rusiyanın beynəlxalq uğurlarının səbəblərindən biri də hökumətin tərkibində görkəmli diplomatların olması idi. Andrey İvanoviç Osterman belə şəxslərdən idi. O, karyerasını I Pyotrun vaxtında İsveçlə gedən sülh danışıqlarında iştirakçılardan biri sifəti ilə başlamışdı; məhz onun inadkarlığı və zirəkliyi sayəsində Rusiya Niştadt sülhünə nail oldu. Təcrübə və fitri istedad bu şəxsdə tamamilə qeyri – adi diplomatik keyfiyyət formalaşdırmışdı. Mayşteyn onun haqqında yazır: “Çox olur ki, xarici nazirlər iki saat ərzində onunla söhbət edirlər və onun kabinetindən çıxarkən ora daxil olanda bildiklərinə heç nə əlavə olunmur. O nə yazsa idi, nə desə idi, ikibaşlı anlamaq olardı. İncə və hiyləgər idi, öz duyğularını idarə edə bilirdi və lazım olanda göz yaşına qədər kövrəlirdi. O heç vaxt heç kəsin gözlərinə baxmazdı ki, gözləri ona xəyanət etməsin, onları hərəkətsiz tutmağı bacarırdı”. Osterman haqqında deyirdilər ki, bir təhlükəli sənədə imza atmaq lazım olanda həmişə onun əlində podaqra əmələ gəlirdi. Bestujev _ Ryumin başqa tipli insan idi. Şöhrətpərəst və hiyləgər olan bu şəxs diplomatik uğurların bütün sirlərini bilsə də, Osterman kimi öz hisslərini gizlətməyi bacarmırdı. Bestujev ardıcıl həyata keçirdiyi konkret siyasi sistemin yaradıcısı idi; bu sistemin əsasında qüdrəti günü – gündən artan Prussiyaya qarşı durmaq və Türkiyəyə hücum etmək üçün Rusiya – Avstriya sülhü dayanırdı.