Əziz müəllimlər və şagirdlər!Məktəbimizin bu ilin (2013) "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmağı münasibəti ilə sizləri təbrik edirik.Bu bizim üçün çox şərəfli və qürurverici bir hadisədir.Bu münasibətlə xüsusi olaraq məktəbimizin direktoru Nəsirov Vüqara,dərs hissə müdiri Məmmədov Rəfaelə və məktəbimizə bu sevinci yaşatmaq üçün çalışıb əziyyət çəkən hər bir şəxsə öz dərin minnətdarlığımızı bildiririk.İnanırıq ki,gələcəkdə də,Kürdəmir 1 saylı tam orta məktəb öz nəaliyyətləri ilə bizləri daim sevindirəcək.
Məktəbimizin kollektivi adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Təhsil Nazirliyinə və Rayon Təhsil şöbəsinə öz dərin minnətdar-lığımızı bildiririk.
"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan,
Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir.
"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi (əvvəlki adı: "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi) — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə.
Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.