24.07.2013

Eramızdan əvvəl IV-II əsrlərdə Albaniyanın siyasi həyatı, Albaniya dövlətinin meydana gəlməsi.

Yazılı qaynaqlar göstərir ki, Əhəmənilərin hakimiyyəti
Qafqaz silsiləsinə qədər uzanan bir ərazini əhatə edirdi. Lakin Zaqafqaziya, o cümlədən Şimali Azərbaycan sakinlərinin Əhəmənilərdən asılılığının demək olar yalnız adı vardı; yoxsa nə ilə izah etmək olar ki, məsələn, kadusilər, albanlar və sakasenlər Makedoniyalı Aleksandrın qoşunlarına qarşı farsların müharibəsində İran təbəələri kimi deyil, Mada satrapı Atropatın müttəfiqləri kimi ç ı x ı ş etmişdilər.Bununla birlikdə Əhəmənilərin hökmranlığı alban tayfalarının siyasi həyata qoşulmasına, onlarda sinifli cəmiyyətin və dövlətin meydana gəlməsi proseslərinin intensiv-ləşməsinə səbəb olmaya bilməzdi. Güman etmək olar ki, ilk vaxtlarda Kaspisahili tayfaların, o cümlədən albanların xeyli hissəsi ümumi bir ad -"kaspilər"
adını daşımışdır. Əgər belədirsə, Hellada üzərinə gedən Kserks qoşunlarının tərkibində adları çəkilən "kaspilər" sırasında, ola bilsin, albanlar da varmış.Albanların siyasət meydanına eramızdan əvvəl IV əsrin son sülsündən gec olmayaraq çıxması şübhə doğurmur.

Artıq eramızdan əvvəl III əsrin başlanğıcında Kaspi
sahillərini gəzən Patrokl başqa tayfalar sırasında albanların da adını çəkmişdi -Strabonun albanlardan danışanda Patrokla istinad etməsi də bunu təsdiqləyir. Arrianın əsərindən aydın olur ki, yunanlar düşmənlə üz-üzə gələndə albanları (silah və geyimlərindən) dərhal tanımışdılar. Farslar öz tarixinin böhranlı anında albanların qoşununu Əhəmənilər ordusunun sıralarının mərkəzində, İran şahının və onun qvardiyasının yaxın əhatəsində yerləşdirmişdilər. Albanları madalılar da, farslar da tanıyırdılar.Arxeoloji tədqiqat nəticələrindən göründüyü kimi, Albaniya əhalisinin hellinizm dünyası ölkələri ilə ticarət və mədəni əlaqələrinin yaradılması bilavasitə Makedoniyalı Aleksandrın yürüşlərinin ardınca gələn dövrə aid edilməlidir. Bunu, hər şeydən əvvəl, tapılmış sikkələr, eləcə də arxeoloji materiallardan göründüyü kimi,Albaniyada sırf yunanlara məxsus bir adətin olması - ölünün ağzına və ya başının altına sikkə qoyulması da aydın göstərir.Qafqaz Albaniyasına müxtəlif vaxtlarda soxulan tayfalar onun siyasi həyatında
və burada cərəyan edən etnik proseslərdə müəyyən rol oynamışlar. Onların arasında skiflərdən başqa saklar da vardı, saklar vaxtilə bir vilayəti işğal etmişdilər və bu
vilayətin adı "onların adlarına görə Sakasena qalmışdı" [St r a b o n ] . Saklar eramızdan əvvəl VII əsrdə Ön Asiyanın siyasi hadisələrində fəal rol oynayırdılar, onlar (sakesinlər) kadusilər və albanlar ilə birlikdə eramızdan əvvəl IV əsrin son sülsündə farsların Makedoniyalı Aleksandrın qoşunlarına qarşı müharibəsində Mada satrapı Atropatın müttəfiqləri kimi iştirak edirdilər.Eramızdan əvvəl son iki-üç əsrdə Şimali Azərbaycan sakinləri şimaldan soxulan massaget - sarmat tayfaları ilə üz-üzə gəlməli oldular, bir qədər sonra bu tayfalar Kaspi sahil zolağının bir hissəsində Mazkut (Massaget) çarlığı yaratdılar.Eramızdan əvvəl son əsrlərdə yuxarı aorslar deyilən sarmat-massaget mənşəli
tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında müəyyən rol oynayırdılar.
Göstərilən dövrdə aorslar Kaspisahili şimal-qərb vilayətləri üzərində hökmranlıq edən ən güclü birlik idi. Eramızdan əvvəl son iki-üç əsrdə onlar Ön Asiyadan gələn, Albaniyadan keçərək Şimali Qafqaza və daha uzaqlara gedən ticarət yolunu əllərində saxlayırdılar. Onlar, Strabonun dediyinə görə, "Kaspi dənizi
sahillərinin böyük bir hissəsinin sahibi idilər... ermənilərdən və midiyalılardan hind və Babil malları alır, dəvə karvanları ilə daşıyıb satırdılar".Orta Dağıstan vilayətlərinin hansı yerlərindəsə, "udi tayfasından... yuxarıda" yaşayan utidorslara, görünür, udilər ilə aorsların qarışması nəticəsində əmələ gələn
alban-sarmat tayfası kimi baxmaq lazımdır. Lakin ola bilər ki, "utidorslar" "uti (udi) aorsları" deməkdir, yəni udilər arasında yaşayan aorslardır (müqayisə et: lyko-syroi -"likiya suriyalıları", celto-ligures - "kelt liqurları", celto-sythae - "kelt skiflər" və başqaları).Böyük Dəhnə kəndinin (Şəki rayonu) yaxınlığında aşkara çıxarılmış yunan kitabəsində (I-II əsrlər) Evnon adına rast gəlinir. Bu adı I əsrdə aors hökmdarlarından biri daşımışdır.
Antik dövrdə Şimali Azərbaycan vilayətlərində yaşayan tayfalarda dövlətin sosial institut kimi meydana gəlməsi məsələsi indiyədək izah edilməmiş qalır. Daha sonralara aid mənbələrdə olan cüzi məlumat belə hesab etməyə imkan verir ki, eramızdan əvvəl I əsrdə Albaniyada dövlət artıq mövcud idi. Arxeoloji materiallar antik Albaniyada sinfi bölgünün olduğunu göstərməklə bu məsələnin həllinə kömək edir, sinfi bölgü isə, məlum olduğu kimi, dövlət qurumunun meydana gəlməsi üçün zəruri ilkin şərtdir. Arxeologiya məlumatı eramızdan əvvəl I minilliyin ikinci yarısında Albaniyanı xeyli inkişaf etmiş oturaq əkinçi-maldar təsərrüfatına malik olan bir ölkə kimi təsvir edir. Albaniyada suvarma əkinçiliyi vardı və o, yalnız təbii suvarmaya deyil, həm də geniş qol-budaq atmış irriqasiya qurğularına əsaslanırdı;belə irriqasiya qurğularının olması nəzərdən keçirilən dövrdə Albaniyada əməyin məqsədyönlü təşkilindən xəbər verir. Bütün bunlar, əlbəttə, müəyyən zor aparatı olmadan mümkün deyildi.Həmin materiallar eramızdan əvvəl son əsrlərdə və eramızın ilk əsrlərində alban cəmiyyətində nəinki çox dərin əmlak təbəqələşməsi baş verdiyini bariz şəkildə sübut edir, həm də sinfi təbəqələşmənin kifayət qədər aydın mənzərəsini yaradır.Yaloylutəpə qəbirlərinin, küp qəbirlərin avadanlığı bunu tam aydınlığı ilə göstərir.
Bununla əlaqədar olaraq, çoxsaylı qliptika abidələri - məsələn, xüsusi mülkiyyətin mövcud olmasını açıq-aşkar göstərən üzük-möhürlər xüsusi maraq kəsb edir.
Artıq eramızdan əvvəl I minilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və metal möhürlər yayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə
antik dünyada və Şərqdə də yaxşı məlum idi.Bütün bunlar təqribən eramızdan əvvəl I minilliyin ortalarında və ikinci yarısının başlanğıcında antik Albaniyanın sosial-iqtisadi münasibətlərində baş verən köklü dəyişikliklərə sübutdur. Qədim Albaniya vilayətlərində sənət yüksək inkişaf səviyyəsinə çatmışdı. Lap qədimlərdən məlum olan metallurgiya və metal emalından, dulusçuluq və toxuculuqdan əlavə, burada yarımqiymətli daşlar emalı, fil dişindən məmulat hazırlanması, balıq yapışqanı, müxtəlif məlhəmlər və i.a. istehsalı kimi yeni sahələr meydana gəlir. Keramika istehsalının, zərgərliyin inkişafı davam edir.Albaniyada dəmirişləmə, xüsusilə onun bir sahəsi olan silahsazlıq son dərəcə yüksək səviyyəyə çatmışdı. Alban ustaları qılınclar, xəncərlər, oxlar, nizələr, dəbilqələr
qayırırdılar.Alban dövrünün məskənlərində müxtəlif quruluşlu bir çox dulusçuluq kürələri aşkar edilmişdir. Qazıntılar nəticəsində böyük miqdarda sabit, ənənəvi formalı qabqacaq,xeyli bədii keramika əşyaları tapılmışdır. Keramika məhsullarının bir çoxunda
ustaların nişan-damğasına rast gəlinir. Hər usta eynitipli məhsulun müəyyən bir növünü hazırlayırdı ki, bu da nəinki dulusçuluğun müstəqil bir istehsal sahəsi kimi
ayrıldığını, həm də dulusçular arasında müəyyən ixtisaslaşma getdiyini göstərir.Son illərin qazıntıları hellinizm dövrü Albaniyasında damüstü kirəmit
istehsalından danışmağa imkan verir, kirəmit istehsalı isə şəhərlərdə əsaslı tikinti işləri aparıldığına dəlalət edir. Alban zərgərlərinin sənətkarlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. Bu dövrdə Albaniyada nəinki sənət əkinçilikdən ayrılmışdı, həm də sənətin öz daxilində əhəmiyyətli bir şaxələnmə və dar ixtisaslaşma vardı.
Albaniya beynəlxalq ticarət yollarından və quldarlıq sivilizasiyasının ən mühüm mərkəzlərindən kənarda deyildi. Arxeoloji materiallar alban tayfalarının
Zaqafqaziya, Şərqi Ön Asiya, Kiçik Asiya tayfaları və xalqları ilə, Suriya ilə, Misirlə, Egey aləmi ilə əlaqələrinin nisbətən sıx olduğunu sübut edir.Qəbələdə bulla hazırlamaq üçün biçilmiş xammalın olması, yerli məhsul olan, möhür basılmış, qaytan izləri qalmış onlarca bulla tapılması erkən hellinizm zamanından başlayaraq Albaniyanın iqtisadi həyatının, xüsusən ticarətinin
səviyyəsinə çox mühüm sübutdur. Həmin bullalar eramızdan əvvəlki son yüzilliklərdə və eramızın ilk əsrlərində Qafqaz Albaniyasının paytaxtında aparılan ixrac-idxal əməliyyatlarına bariz sübutdur.Yazılı qaynaqlar və arxeoloji materiallar aydın şəkildə göstərir ki, eramızdan əvvəlki son iki-üç yüzillikdə Albaniyada şəhərlər və şəhər həyatı nisbətən yüksək
səviyyəyə çatmışdı.Hellinizm dövrü Albaniyasının şəhərləri artıq siyasi-inzibati və strateji
mərkəzlər, ticarət-sənət və mədəniyyət mərkəzləri idi. Antik Albaniyanın urbanizasiyası əsaslı sosial-iqtisadi, siyasi və mədəni təbəddülatlarla yanaşı gedirdi.
Albaniya şəhərləri öz xarakterinə və quruluşuna görə qonşu vilayətlərin antik şəhərlərindən bir o qədər seçilmirdi. Artıq eramızdan əvvəl I min i l l i yin ortalarında sosial-iqtisadi münasibətlərdə baş vermiş böyük dəyişikliklər nəticəsində Albaniya şəhərlərində də əmlak bərabərsizliyi yaranmış, cəmiyyət sosial cəhətdən
təbəqələşmişdi. Hellinizm dövrü Albaniyasında azad əhalinin, yoxsullar və əyanların mövcud olduğu məlumdur. Kaspilər arasında "ən varlılar və əyanlar
(hakimiyyət başında duranlar)" vardı. Antik Albaniyada həm tacirlər, həm də kahinlər vardı, qulları olan məbəd vilayəti mövcud idi. Sosial-iqtisadi inkişafın nisbətən
yüksək səviyyədə olması, sənətin əkinçilikdən ayrılması, pul tədavülünün,zərbxanaların, əyanların, tacirlərin, qulların, şəhərlərin, şəhər həyatının olması - bütün
bunlar hellinizm dövrü Albaniyasında sinifli cəmiyyətin, dövlətin mövcud olduğuna parlaq sübutdur. Eramızdan əvvəl III əsrdən gec olmayaraq meydana gələn və artıq
eramızın hüdudundan uzaq Romada Albaniyanın "birinci" şəhəri kimi tanınan, kifayət qədər möhkəm-ləndirilmiş böyük və bütün əlamətlərdən göründüyü kimi, zəngin bir şəhərin - Qəbələnin mövcud olması faktının özü ölkədə dövlətin və çar hakimiyyətinin olduğuna sübutdur. Buna görə də Strabonun albanlarda "indi(seyrəltmə bizimdir - məsul red.) bütün tayfaları bir çar idarə edir" sözləri ən geci eramızdan əvvəl III əsrə aid edilməlidir.Makedoniyalı hökmdara qeyri-adi bir hədiyyə bəxş etmiş "Albaniya çarı" haqqında Yuli Solin də məlumat vermişdir. Ola bilsin ki, hələ eramızdan əvvəl IV
əsrin son sülsündə albanlarda "çarlar" varmış, çünki antik müəllif açıq-aydın yazır ki,"biz bu b a r ə d ə o x u m u ş d u q " , bu isə şübhəsiz, bizə gəlib çatmayan hansısa mənbəyə işarədir.Mada-Əhəməni ənənələri erkən hellinizm zamanında Albaniyada sinifli cəmiyyətin və dövlətin meydana gəlməsinə və təşəkkül tapmasına təkan verməyə bilməzdi. Görünür, Albaniya tayfaları bir sosial institut kimi dövlətlə ilk dəfə hələ Əhəmənilərin hökmranlığı zamanı rastlaşmışdılar.Atropat dövründə alban tayfalarının siyasi meydana çıxması Albaniyada
dövlətin meydana gəlməsinə xeyli dərəcədə təkan vermişdir, o zaman atropatenalıların hökmdarı ilə albanlar arasında müttəfiqlik münasibətləri, bəlkə də,
müttəfiqlik - xəracvermə münasibətləri vardı.



http://www.anl.az/el/Kitab/254453.pdf