Qəbələdə qazıntılar aparan beynəlxalq arxeoloji ekspedisiya tərəfindən qədim və erkən orta əsrlərə aid bir sıra vacib arxeoloji materiallar aşkarlanmışdır.
Bu ekspedisiyada AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Laçın Mustafayev də iştirak etmişdir.
Ekspedisiyada aşkarlanmış ikidişli dəmir döyüş yabası, iki ədəd dəmir bıçaq, tunc asma bəzək, tunc halqa hissəsi muzeyin müvafiq fonduna verilmişdir. Bu əşyalar Qəbələ rayonunun Çuxur-Qəbələ kəndi ərazisində antik şəhər yerində eramızdan əvvəl IV - bizim eranın III əsrlərinə aid qəbirdən tapılmışdır. Həmçinin Qəbələ antik şəhər yerinin IV qazıntı sahəsindəki son tunc-erkən dəmir dövrünə aid təsərrüfat quyusundan aşkarlanmış təxminən bir kiloqram dənli bitki qalıqları (arpa) da muzeyə verilmişdir. Onların öyrənilməsi qədim Azərbaycanda təsərrüfat həyatının tədqiqi baxımından böyük əhəmiyyət kəsb edir.
http://www.science.gov.az/az/index.php?id=5799