09.06.2013

Sezarın ölümü haqqında bilmədiklərimiz...

Polkovnik Luçano Qarafanoyla birlikdə Harvard universitetinin bir qrup psixoloqları  Yuli Sezarın əsl ölüm səbəbini araşdırdılar. Müasir metodikadan istifadə edərək cox sayda  alim, psixiatr və patoloqoanatom ölüm səbəbinin təyiniylə məşğul olurdu. Son nəticələr isə italyan televiziyasında elan edilmişdi. Aşkar oldu ki,  senatorlar tərəfindən öz həyatına sui-qəsd hazırlanması haqqında Sezar bilirdi və hətta öz qətlini hazırlamağa onlara  kömək etmişdir. Qarafano  cinayət başında oldu və bütün mövcud sənədlərlə tanış olduqdan sonra istintaq sınağını keçirdi .



Sınağın keçirilməsi göstərdi ki, həmin o ölümcül zərbəni vurmağı olanlardan hər biri  bacarırdı. Onda Qarafano  böyük diktatorun həyatının sonuncu olan həmin günü təkrar canlandırmağa qərar verdi. O səhər arvadı Sezardan senata getməməyi xahiş edirdi,   demə  səhər ona hücumun olacağı haqqında qabaqcadan  deyilmişdi. Amma bütün bu xəbərdarlıqlar  nəzərə alınmadı və  bundan başqa o senata tək yola düşdü, mühafizəsiz. Bunun sübutu  Yuli Sezarın yumulmuş əlində tapılan kağızdakı yazıdır.

Bir çox psixoloqları diktatorun davranışı  təəccübləndirir, axı o həqiqətən öz ölümü haqqında bilirdi və onun görüşünə mətanətlə gedirdi. Müasirlər hesab etdiyi kimi qətlin səbəblərindən biri, , o fakt oldu ki,  senat  Sezarı ilahi varlıq elan edəndə belə o öz yerindən qalxmadı. Yuli Sezarın   epileptik zərbə  aldığı  haqqında məlumatlar var. Bu zaman da insan bir müddət öz bədəninə və yaddaşına hakim ola bilmir. Sezarın yaşını nəzərə alsaq, ( öləndə onun yaşı 56  idi) bu ehtimal edilən fərziyyə daha düzgün olar.


Hər cür ekspertizaları keçirib, psixoloji analizlər edən Qarafano araşdırılmaları nəticəsinda belə qərara gəldi ki, guya  Sezar beləliklə öz həyatına son verməyi qərar verdi. Özünü öldürəcək insanı ,o ,özü seçdi . Bu qərarı ona görə verdi ki,onun ölümündən sonra  hakimiyyət onun varisi Oktaviana keçsin. Bu bir növ saziş idi. Beləliklə, Yuli Sezar öz ölümüylə  yaşayarkən edə bilmədiyini etdi..