10.06.2013

Misir kahinlərinin qida rasionu.

  Mənbə:"Tarix jurnalı"2013 il  № 2
   Qədim Misirin ən yüksək sosial təbəqəsini təşkil etmiş  kahinlərin qidalanma rasionu müasir "Makdonalds" yeməklərini xarırladırdı. Belə yemək kahinlərdə ürək-damar xəstəliklərinə səbəb olurdu .  Mançester universitetinin Britaniya alimləri bu nəticəyə qədim misir məbədlərindən kahinlərin  mumiyalarının analizinə əsasən  gəldilər.
Buradakı yazılarda  məbədlərə gətirilən məhsullar sadalanırdı  ki, adətən  Allahlara qurban gətirilirdilər, və  sonra kahinlər tərəfindən və onların ailə üzvləri tərəfindən yeyilirdilər. Alimlər  sarkofaqlarda yazılara əsasən kahinlərə aid edilən  22 mumiya tədqiq etdilər . Onlardan 16-ında alimlər qan damarların izlərini tapmağı və onları tədqiq etməyi bacardı. Doqquz mumiyada damarlar kalsiumun qalıqları ilə tıxanmış  oldu, bu da yağ mübadiləsinin pozulmasına görə yaranan ateroskleroz əlamətidir.     Bu o haqda məlumat verir ki,onlar yüksək miqdarda yağlı yeməklər yeyirlərmiş. Professor Devid Səid izah edir, qədim misir mərasimlərinə əsasən, gündə  Allahların heykəllərinə üç dəfə qida məhsulları şəklində hədiyyələr  gətirilirdi. Mərasimləri bitirdikdən sonra kahinlər  məhsulları evə aparırdılar, orada onları ailə masasının arxasında yeyirdilər. Yazılara əsasən, Allahlara qurban yüksək kalorili qida  gətirilirdi, bu xüsusilə qiymətləndirilirdi. Onların"rasionunda" çox piyli ət var idi, xüsusilə qaz əti, heyvanlar piyinin əlavə edilməsiylə bişirilmiş çörək, yumurtalar, yağlar, həmçinin yağda  hazırlanmış şirnidənlər. Bundan başqa, alkoqollu içkilər Allahlara bol-bol bağışlanırdı, ona görə misir kahinləri müasir elmlə məsləhət görüləndən daha çox içki içirdilər. Bundan başqa, qida duzlu idi, çünki duz məhsulların konservasiyası üçün istifadə olunurdu. 


Müəllif:V.Morozova.

http://www.history-illustrated.ru/article_8283.html