Əziz şagirdlər!Bəzən biz bir işi əlimizə götürürük və bunun nəticəsi bizim istədiyimiz kimi olmur.Biz də,"onsuzda alınmayacaq,mənim əlimdən heç nə gəlmir"deyir və bir daha cəhd etmirik.Bunun yalnış olduğunu yəqin ki valideynləriniz,müəllimləriniz sizə deyib.Onlara qatılıb mən də deyirəm,"heç vaxt təslim olmayın,çalışın və sizin zəhmətiniz öz bəhrəsini göstərəcək".İnanmırsınız...Onda bütün dünyanın artıq dahi kimi qəbul etdikləri şəxslər haqqında sizə maraqlı faktlar gətirəcəm.Onları oxuyun və mənim haqlı olduğumu görəcəksiniz.
Dahilərin uğursuzluqları haqqında maraqlı faktlar.
Məhşur bəstəkar Betxovenin müəllimi onu tamamilə istedadsız hesab edirdi...Lakin bu ona dünya şöhrətli bəstəkar olmağa mane olmadı.
Tibbi atan Darvinə atası deyirdi ki,səni it və sicovul tutmaqdan başqa heç nə maraqlandırmır.Bu gün bütün dünya Darvinin evolyusiya nəzəriyyəsini qəbul edib və onu dahi adlandırır.
Uolt Disneyi qəzetdən ideya azlığı səbəbindən işdən çıxartmışdılar.Bu gün hər bir uşaq və böyük onun adını bilir və onun cizgi filmlərinə həvəslə baxır.
Tomas Edisonun tərbiyyəçisi deyirdi ki,o kütdür və heç nə öyrənə bilmir.Lakin hamımız axşam hava qaralanda onun ixtira etdiyi elektrik lampalarından istifadə edirik.Hələ nənələrimizin ona rəhmət oxuduğunu demirəm.
Eynşteyn 4 yaşına qədər danışa bilmirdi.Onun müəllimi onu ağılda kəm kimi xarakterizə edirdi.Yəqin ki,Eynşteynin sonrakı taleyi haqqında deməyim artıqdır,çünki bu gün biz həddindən artıq savadlı insan görəndə bəzən "lap Eynşteyndir"deyə müqaisə edirik.
Rodenin atası oğlunu axmaq sayırdı,çünki 3 dəfə o incəsənət məktəbinə daxil ola bilməmişdir.Bu Rodenə məhşur memar olmağa mane ola bilmədi.
Ən dahi bəstəkarlardan biri olan Mosarta "Fiqaronun evliliyi"nə qulaq asdıqdan sonra imperator Ferdinand "səs-küy azdır,not isə çoxdur "demişdir.Hal bu ki,bütün dünya Mosartın əsərlərinə böyük istəklə qulaq asır.
Mendeleev kimyadan "3" alırdı,onun "Kimyəvi elementlərin periodik sistemi" bu gün bütün dünyanın kimya kabinetlərində və elmi labaratoriyalarında asılıb.
"Ford"avtomobilinə baxanda adama elə gəlir ki,Henri Ford həmişə varlı biznesmen olub.Əslinda çox az insan bilir ki,Ford bir neçə dəfə bonkrot olaraq müflisləşib.Lakin onun böyük imperiyasının artıq 100 tyaxın yaşı var.
Markoni кadionu fikirləşəndə dostlarına hava ilə uzaqlara sözləri çatdıracağını demişdi.Dostları isə onu dəli sanmış və psixiatra müraciət etmişdilər.Amma bir neçə aydan sonra onun radiosu çoxlu dənizçinin ömrünü xilas etmişdir.
Heç nə alınmayanda bunları yadınıza salın.Bəlkə siz də onlar kimi sonunda dahi olacaqsınız.Kim bilir...
Məqaləni hazırlayarkən bu saytdan istifadə edilmişdir.
http://copypast.ru/2011/06/22/pro_neudachnikov.html
Вспоминайте об этом, когда вам покажется, что у вас ничего не получается :) Может это самое время становится гением! ;)