Çaldıran - Maku şəhəri yaxınlığında düzənlik. 1514-cü il avqustun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları arasında döyüş olmuşdur. Qızılbaş qoşunları sayca osmanlılardan az idilər.Qızılbaşlardan fərqli olaraq osmanlıların topları və tüfəngləri var idi.
Döyüş ərəfəsində I Şah İsmayılın yaxın adamları məsləhət gördülər ki, osmanlıların artilleriya sahəsindəki üstünlüklərini heçə endirmək məqsədi ilə gecə ikən düşmən üzərinə hücum etsinlər, lakin İsmayıl bundan imtina etdi. Çaldıran vuruşması amansız və böyük itkili oldu.Fədakarlıqla vuruşan qızılbaşların süvarisi osmanlıların piyadalarını sıxışdırsa da, özləri düşmənin güclü top atəşinə məruz qalıb məğlub edildilər. Qızılbaşlardan 5000 nəfər öldürüldü, osmanlıların da itkisi ağır idi. Savaşda yaralanan I Şah İsmayıl mühasirəyə düşsə də, onu yarıb Təbrizə qaça bilmişdir. Sultan Səlim onu təqib etmək əmri verdi, lakin onun hərbi hiylədən qorxuya düşən qoşunları geriyə qayıtdılar. Sultan Səlim əmr etdi ki, Çaldıran düzündə öldürülmüş qızılbaşların başından piramida ucaldılsın. Səfəvilərin Çaldıran savaşında məğlubiyyəti nəticəsində Kürdüstanın xeyli hissəsi itirildi və osmanlılar Təbrizə daxil oldular