1. Xəritələrlə iş
Tarixi məlumatın şagirdlərin yaddaşında möhkəmləndirilməsində mühüm vasitələrdən biri də xəritələrlə işdir. Xəritələrlə iş mühüm hadisələri məkanla (hadisə yeri ilə), həmçinin müasir dövrlə əlaqələndirməyə imkan verir.
Şagirdlərə müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar verilir:
1. Xəritədə dünyanın hansı hissəsi təsvir olunur?
2. Öyrənilən ölkənin ən şimal, cənub, şərq və qərb nöqtələrini müəyyənləşdirin.
3. Xəritə üzrə öyrənilən ölkənin və ya yerin təbii şəraitini təsvir edin.
4. Ərazinin təbii şəraitinə əsasən buranın yerli əhalisi üçün hansı fəaliyyət növü
daha sərfəli olardı?
5. Mühüm ticarət yollarının, hərbi yürüşlərin, dəniz ekspedisiyalarının və s.
marşrutların hansı ölkələrdən keçdiyini xəritədə müəyyən edin.
6. Problemin həlli üçün xəritələrin müqayisəli təhlilindən istifadə edin.
7. Müqayisədə öz mövqeyinizi xəritənin köməyi ilə əsaslandırın.
8. Göstərilən ərazidə hansı müasir ölkələrin yerləşdiyini müəyyənləşdirin.
Bu prosesdə fəallıq növləri: qruplarda xəritə üzrə fikir mübadiləsi, xəritə haqqında rəy, kontur xəritələrlə iş, xəritənin yaradılması (əgər proqramda xəritə yoxdursa) və s. ibarətdir.
2. «Zaman oxu» ilə iş
«Zaman oxu» ilə işin təşkili tarix fənninin şagirdlərə öyrədilməsində ən əhəmiyyətli məsələlərdən biridir. Şagirdlərə müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar verilir:
1. «Zaman oxu»nda hansı tarixlər qeyd olunub?
2. Niyə görə orada məhz bu tarixlər göstərilib?
3. Bu tarixlərdən hansı ən ilkindir (sonuncudur)?
4. Ən ilkin (son) tarixdən bu günə kimi neçə il keçib?
5. Zaman oxunda göstərilən bir hadisə ilə digəri arasında neçə il ötüb?
6. «Zaman oxu»nda bir neçə hadisədən hansı ən tez (və ya gec) baş verib.
Dərslikdə yoxdursa «Zaman oxu»nun ilk mənbələr, ədəbiyyat, xəritələr və digər sənədlərdən götürülmüş tarixlər hesabına tərtib edilməsi və onunla işin təşkili vacib məsələlərdən biridir.
«İşgüzar hay-küy» nə üçün lazımdır
Müəllimin uzunmüddətli çıxışından sonra dərsin tempini dəyişmək üçün «ümumi hay-küy» məsləhət görülür. Bu üsül şagirdlərə iki-üç nəfərlik qruplarda söhbət aparmaq imkanı verir.
Şagirdlərə bildirilir ki, onların indicə eşitdikləri və ya gördükləri haqda fikirlərini söyləmək üçün beş dəqiqə vaxtları var. Onlar hansı hisslər keçirdiklərini, nə düşündüklərini söyləyə, başa düşmədiklərini isə biri-birindən soruşa bilirlər. Bundan sonra qrup və ya cütlüklərdən fikirlərini bütün siniflə bölüşməyi və ya suallar verməyi xahiş etmək olar. Bu fəaliyyət iştirakçıları eyni zamanda fəal işə qoşmağın ən səmərəli modelidir.
İştirakçılar üçün stullar iki dairəvi cərgədə düzülür. Daxili cərgədə - şagirdlər arxaları dairənin mərkəzinə doğru otururlar. Kənar cərgədə - şagirdlər üzləri dairənin mərkəzinə doğru yerləşir. Müəllimin işarəsi ilə kənar cərgənin bütün şagirdləri sağdakı stula keçir və qarşılarında yeni rəqib olur. Şagirdlər cütlüklərdə eyni zamanda diskussiya aparırlar. Onlar yeni rəqiblə qarşılaşmaqla yeni-yeni dəlillər eşidirlər, deməli yeni cavablar axtarmalı olurlar. Dövrə sona çatana kimi şagirdlərin dəlillər sistemi, bir qayda olaraq «itilənir», eləcə də onlar müxtəlif tərəfdaşlarla ünsiyyət təcrübəsi qazanmış olurlar.
3. Debat “Müzakirə” dərs modeli
İki rəqib komanda iştirak edir-dəqiq müəyyənləşdirilmiş tezis, məsələn: “Gələcəkdə Azərbaycanın çiçəklənməsi labüddür” və ya “Azərbaycan neftin çıxarılmasından zərər görmüş və gələcəkdə də yalnız zərər görəcəkdir” tezislərindən birini təsdiq edən və inkar edən tərəflər.
Hər komandadan üç spiker çıxış edir: təsdiq edən tərəfdən T1, T2, T3 spikerlərin hər biri öz tezisinin müddəalarını müdafiə və təsdiq etməlidir; inkar edən tərəfdən isə İ1, İ2, İ3 spikerləri həmin tezisi inkar etməlidir.
Debatda çıxışların ardıcıllığı və vaxt cədvəli:0000
Debatlarda şagirdlərdən bir nəfər taym-kiper(vaxt ölçən) rolunu ifa edir. O, vaxta nəzarət edir və vaxtın sonuna yarım dəqiqə qalmış, üstündə “30 saniyə” yazılmış vərəqə və ya lövhəni qaldırır. Sinfin qalan şagirdləri debatlarin gedişini müşahidə edir və tərəflərin dəlillərini aşağıdakı cədvəldə qeyd edir:
Debatların sonunda dəlillərin inandırıcılığı, spikerlərin mübahisə aparmaq qabiliyyətləri müzakirə edilir və nəticədə qələbə tərəflərdən birinə verilir. Debat formasında dərs üçün münsiflər heyətinin əvvəlcədən seçilməsi məqsədəuyğundur. Münsiflər heyəti komandaların iştirakçılarını qiymətləndirir və debatların nəticələrini yekunlaşdırır.
4. Mənbələrin öyrənilməsi üzrə dərslər
Mənbələrin öyrənilməsi və onlar əsasında tarixi hadisənin müəyyənləşdirilməsi olduqca vacib əhəmiyyətə malikdir. Mənbələrin öyrənilməsi üzrə dərs müxtəlif bilik mənbələri ilə işi təşkil etməyə, şagirdlərə tarixi faktların təhlili, təsnifatı və sistemləşdirilməsi üsullarını, onların ümumiləşdirilməsini və öz mövqeyinin əsaslandırılmasını öyrənməyə təkan verir. Belə dərslər şagirdlərin tədqiqat fəaliyyətini stimullaşdırır.
Bunun bir modelini – «Biz tarix dərsliyi yazırıq» formasında göstərək.
Şagirdlərə müəyyən mövzu üzrə mənbələr kompleksinin öyrənilməsi əsasında müstəqil şəkildə dərsliyin bir paraqrafını və ya kiçik bir hissəsini yazmaq təklif olunur:.
1. Müəllim dərsin mövzusunu, problemi söyləyir və tapşırığı izah edir.
2. Şagirdlər kiçik təlim quruplarına bölünürlər və ilkin məlumatların tədqiqi əsasında “tarix dərsliyi” üçün material seçirlər.
Qrupların iş qaydası aşağıdakı kimi ola bilər:
a) paraqrafın başlığını və ya planını dürüst ifadə etmək, mövzunun açılması üçün hansı yarımbəndlər nəzərdən keçirilməlidir?
b) qisa müəllif mətni yazmaq;
c) xronoloji-hadisə sırasını açmaq;
d) məqsədəuyğun sayılsa, mənbələrdən parçalar götürmək;
e) xəritə, illüstrasiyalar tapmaq;
ə) «zaman oxu»nu tərtib etmək;
3) Hər bir qrup işin yekunlarını sinfə təqdim edir.
5) İllüstrasiyalarla iş
İllüstrasiyalar dərslik və ya dərs üçün yaraşıq deyil, həm də şagirdlər üçün əlavə məlumat mənbəyi olmalıdır. Buna görə də illüstrasiyalarla iş üçün suallar və tapşırıqlar təklif edilməlidir.
6) İllüstrasiyanın təsviri və ondan məlumat alınması
Müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar:
1. İllüstrasiyaya əsasən tarixi dövrü və məkanı (hadisə yerini) müəyyən et.
2. Göstərilmiş tarixi hadisələri və onların iştirakçılarını, şəraiti, mühiti təsvir et.
3. İllüstrasiyada əks olunan tarixi dövrün tipik nümayəndələrini müəyyənləşdir (geyim, davranış xüsusiyyətləri).
4. Süjet və detallara görə əsər müəllifinin əsas fikrini aydınlaşdır.
5. İlllüstrasiya materiallarınınn növünü və onun müəllifinin əsas ideyasına müvafiqliyini müəyyənləşdir.
6. Şəkilaltı mətni (əgər varsa) illüstrasiyanın məzmunu ilə tutuşdur.
7. İllüstrasiya üzrə hekayə hazırla.
İllüstrasiyalarla iş zamanı şagirdlərin fəallıq növləri:
1. İllüstrasiya üzrə ümumi söhbət.
2. İllüstrasiyaya imza toplamaq.
3. «Bərpaçının» vərəqəsinin tərtib olunması.
4. Cütlərdə «rəssamla» müsahibə.
5. Cütlərdə sualların qoyuluşu.
b) İllüstrasiyaların dərk olunması və tətbiqi.

1. Sizcə illüstrasiya naturadan çəkilib, yoxsa sonradan yaradılıb?
2. Əgər o sonradan yaradılıbsa, onun mənbəyi nə olub?
3. İki və daha artıq eyni planlı illüstrasiyaları müqayisə et.
4. Müxtəlif tip illüstrasiyalarda hadisələrin obrazlı əksini müqayisə et.
5. Müxtəlif illüstrasiyalarda məzmunu və dəyərləndirici əlaqələri təyin et.
6. İllüstrasiyanın dəyərlər sistemini və subyektivlik səviyyəsini müəyyən et.
7. Müxtəlif planlı illüstrativ materialları qiymətləndir və nəticə çıxar
8. Problemin həlli üçün illüstrasiya və mənbələrin müqayisəli təhlilindən istifadə et.
9 Öz mövqeyini illüstrasiyanın köməyi ilə əsaslandır.
Fəallıq növləri:
1. Qruplarda illüstrasiyalar üzrə fikir mübadiləsi aparmaq.
2. Cütlüklərdə mübahisə etmək.
3. Şəklin yaranması haqqında hekayə tərtib etmək.
4. İllüstrasiyalar haqqında rəy yazmaq.
6. «Beyin həmləsi»
Bu, kollektiv müzakirənin əhəmiyyətli üsuludur. Onu pedaqoji ədəbiyyatda bəzən «Əqli hücum», «Beyin fırtınası» üsulu da adlandırırlar. Problemin həlli bütün iştirakçıların öz rəylərini bildirməsi yolu ilə tapılır.
«Beyin həmləsi» hər hansı problemə aid ideyaların birgə axtarışıdır. Şəxsiyyətin inkişafı üçün bu üsul ən əhəmiyyətli üsullardan biridir. Bu üsuldan Azərbaycan tarixi dərslərində düzgün istifadə olunduqda, şagirdlərin yaradıcı təfəkkürünün inkişafına gətirib çıxarır.
«Beyin həmləsi»nin əsas prinsipi çox sadədir. Müəllim sinfin qarşısında məsələ qoyur və bütün iştirakçılara bu məsələ barədə öz fikirlərini bildirməyi təklif edir. Bu mərhələdə heç kimin başqasının ideya və ya fikirlərini tənqid etməyə, yaxud da onları qiymətləndirməyə hüququ yoxdur.
Təcrübə göstərir ki, «Beyin həmləsi»nin köməyi ilə bir neçə dəqiqə müddətində onlarla yeni ideyalar əldə etmək olar. İdeyaların çoxluğu bu üsul üçün əsas məqsəd deyil, lakin bu problemin ən optimal həllinin tapılması, yaxud sadəcə olaraq ən səmərəli qərarın çıxarılması üçün şərait yaradır.
Bu üsulun tətbiqi zamanı şagirdlər bəzən müəllimin ağlına belə gəlməyən orijinal ideyalar irəli sürə bilərlər. «Beyin həmləsi»nin keçirilməsi üçün bir sıra qaydalara əməl etmək lazımdır:
irəli sürülən ideyalar qiymətləndirilmir və tənqid olunmur;
məqsəd keyfiyyət deyil, kəmiyyətdir: nə qədər çox ideya olsa, o qədər yaxşıdır;
istənilən ideyanı inkişaf etdirmək olar;
ən orijinal, qeyri adi ideyalar xüsusilə dəstəklənir;
bütün ideyalar lövhədə və ya vatman kağızında müəllim tərəfindən qeyd olunur.
«Beyin həmləsi» qoyulmuş problemin çıxılmaz həllini tapmağa imkan verir. Bu üsul öz qüvvələrinə əmin olmayan şagirdlərin stimullaşdırılması üçün əhəmiyyətli vasitədir.
7. Diskussiya
Diskussiya müsahibənin spesifik forması olub kollektiv müzakirə deməkdir. Müəllim və şagirdlər üçün əlverişli olan bu üsul onların tarixi hadisə, təzahür və proseslərə münasibətlərinin necə olduğunu öyrənməyə imkan verir. Bu zaman şagirdlərin diskussiya mədəniyyəti (danışanı dinləmək, sözünü kəsməmək, çıxış etmək istədikdə icazə istəmək və s.) aşkara çıxır. Qrup formasında keçirilən diskussiyalar zamanı aşağıdakı vəzifələr həyata keçirilir:1.diskussiya iştirakçıları tərəfəindən real şərait təhlil edilir;
2. qoyulmuş problem ətrafında bacarıqlar formalaşdırılır;
3. digər iştirakçılarla əlaqəli fəaliyyət vərdişləri inkişaf etdirilir;
4. müxtəlif problemlərin həllinə dair çoxvariantlı qərarlar qəbulu nümayiş etdirilir.
Azərbaycan tarixinin tədrisində diskussiya üsulunu müxtəlif formalarda tətbiq etmək olar:
dəyirmi masa ( mövqelər öz fikirlərini sərbəst söyləyirlər);
ekspertlər qrupu (mikroqruplarda müzakirələrdən sonra nəticələrin qrupların müzakirəsinə verilməsi);
forum (qrup auditoriya ilə fikir mübadiləsi aparır);
debat;
mühakimə-dərs;
Diskussiya zamanı şagirdlərin riayət etməli olduqları qaydalar:
- danışanı dinləmək;
- eyni zamanda bir nəfər danışa bilər;
- çıxış etmək istədikdə əlini qaldırmaq;
- danışanın sözünü kəsməmək;
- bir kəslə razılaşmadıqda fikir söyləmək deyil, fikri tənqid etmək;
- hamını diskussiyada iştiraka həvəsləndirmək.
8. Layihə hazırlığı
Layihə-şagirdlərin müxtəlif mövzularla bağlı məyyən müddət ərzində hazirladığları və sonra təqdim etdikləri müstəqil tədqiqatlarıdır. Azərbaycan tarixinin tədrisində layihələr çox faydalıdır, çünki:
- ayrı-ayrı tarixi faktlar və hadisələrin digər məktəb fənləri və ətraf aləmlə əlaqəsini göstərməkdə şagirdlərə yardımçı olur;
- hər hansı bir fəaliyyətin həyata keçirilməsində, vaxtların və işlərinin qrafik üzrə müəyyənləşdirilməsi şagirdlərin daxilən təşkilatlanmasına şərait yaradır;- müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə şagirdlərə imkan verir;
- şagirdlərin həm biri-biriləri, həm də başqaları ilə məktəbdənkənar qarşılıqlı fəaliyyətinə imkan yaradır;
- tarixi hadisə və təzahürlərin hər hansı bir məqamını dahada dərindən öyrənməyə şərait yaradır, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir, sosial və yaradıcı tədqiqat vərdişləri aşılayır;
- şagirdlərə geniş mənada vərdişlər qazanmağa, tədqiqatlarını və öz fikirlərinin nəticələrini müzakirə etməyə yardımçı olur ki, bu da müstəqil düşüncəli şəxs üçün mühüm keyfiyyətdir.
9. Mühazirə
Tarix dərslərində geniş istifadə olunan üsullardan biri də mühazirə dərslərdir. Mühazirə məlumatın şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması üçün istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir:
- mühazirənin məqsəd və vəzifələrinin dəqiq müəyyənləşdirməsi;
- plan tərtib edilməsi və onu şagirdlərə paylanması (və ya lövhədə yazılması);
- əyani və texniki vasitələrdən istifadə edilməsi;
- mühüm mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimlənməsi.
Sorğu vərəqləri və müsahibə
bu üsüllar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən
qrupların ictimai rəyini öyrənmək məqsədi ilə aparılır,
sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar
qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur,
müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır, bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi
məqsədəmüvafiq hesab edilir:
problemi müəyyən etmək;
işi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq);
məlumatları toplamaq (Sualların cavablarını toplamaq);
əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək.
Müəllimlər təklif olunan metodik üsullara və dərs modellərinə istinad edərək, onları tədrisdə tətbiq edə və ya tarix dərsi üzrə öz dərs modellərini hazırlaya bilərlər. Qeyd etmək lazımdır ki, müasir didaktikada digərlərinin zərərinə hər zaman və hər yerdə tətbiq edilə biləcək yeganə üsul və tədris modeli yoxdur. Buna görə də dərs aparılmasında üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən asılı olur. Buradan belə bir nəticə çıxır ki, verilən tövsiyyələrə bir qədər yaradıcı yanaşılmalıdır.