Abşeron dünyanın ən qədim insan məskənlərindən biridir. Burada rast gəlinən tairxi abidələr özündə köhnə sivilizasiyanın sirli izlərini qoruyub saxlayır. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. Abşeron ərazisində aparılan arxeoloji qazıntılar deyilənləri bir daha sübut edir.
Abşeron tarixi abidələrinin tədqiqatında mühüm mərhələni XX əsrin 60-cı illəri təşkil edir. Qardaşxan Aslanovun rəhbərliyi ilə aparılmış həmin arxeoloji qazıntıların nəticəsi Abşeron tarixinin erkən tunc dövrünə - eradan əvvəl III miniilliyə qədər gedib çıxdığını söyləməyə imkan verdi. Tədqiqatlar zamanı tapılan üzərində erotik səhnələr əks olunmuş daş petroqliflər tarixçiləri heyrətə gətirdi. O dövrün erotik mövzuda yeganə tapıntısı sayılan həmin petroqliflərdən yalnız elmi işçilər xəbərdar idilər. 1985-ci ildə Abşerondakı arxeoloji tədqiqatlar İdris Əliyev tərəfindən davam etdirilir. Arxeoloqun araşdırmaları yarımadanın mərkəzi hissəsində arxeoloji abidələrin yerləşmə qanunauyğunluğunu müəyyənləşdirməyə kömək etdi. Onların yayılma sıxlığı Abşeronun qədim insan məskəni olmasını bir daha sübut etdi. Minilliklər ərzində burada məişət mədəniyyətini formalaşdıran antropogenez prosesləri baş verib. Aşkar olunmuş yaşayış yerləri, məbəd və kurqanların memarlıq xüsusiyyətləri onların eramızdan əvvəl III-II minilliklərə aid olmasından xəbər verir. Tapıntıların ümumi kompleksi və materialı regionun Qafqaz və Yaxın Şərq sivilizasiyaları, həmçinin eramızdan əvvəl III-II minilliklərin mədəniyyəti ilə geniş əlaqələrinin olmasından xəbər verir. Deməli, e.ə. II minilliyin əvvəlinədək artıq Abşeronun özünəməxsus arxeoloji mədəniyyəti formalaşmışdı.
Daha nadir tapıntılar yarımadanın şərq hissəsində - Xəzər rayonu ərazisində yerləşən Bəndüstü yaşayış məntəqəsində aşkar olunub. Qədim dövrlərdə burada bütün şərqi Abşeron üçün mərkəzi məbəd kompleksi fəaliyyət göstərib. Aşkar edilmiş daş tikililər, əmək alətləri, bəzək əşyaları burada hər il məhsuldarlıq, ov və nikah rituallarının keçirildiyini isbatlayır.
Abşeronun petroqlifləri (qayaüstü rəsmlər)
Eramızdan əvvəl III-II minilliklərin ideologiya və mədəniyyətini öyrənmək baxımından qayaüstü rəsmlər kifayət qədər qiymətli tarixi mənbədir. Həmin rəsmlərin çəkilmə texnikası əcdadlarımızın yüksək ustalıq məharətindən xəbər verir. Petroqliflərin hər birinin öz mənası var. Bu günə kimi Qafqazda analoji abidə aşkar edilməyib. Qayaüstü rəsmlərin süjet xətti ibtidai-icma məişətinin reallıqlarını əks etdirir. Həmin nümunələrdə şumer mifologiyasının motivlərini açıq-aşkar görmək mümkündür. Bundan əlavə, ayrı-ayrı süjetlər yarımadanın Ön Asiya ilə əlaqələrinin olmasını təsdiqləyir. Dini ayinlərin təsvir olunduğu rəsmlər, açıq-saçıq səhnələr Abşerondan Şamaxı dağınadək ərazilərdə eyni mədəniyyətə və dini dünyagörüşə malik qohum qəbilələrin yaşadığı dövrü əks etdirir. Harada uyğun material tapılıbsa, həmin ərazidə yaşayan insanlar belə rəsmlər çəkiblər. Abşerondan bunun üçün əhəngdaşından geniş istifadə olunub. Asanlıqla bir şəkildən başqa şəklə düşən bu material sayəsində nadir petroqliflər yaraddılıb. Müxtəlif dövrlərdə nikahın müqəddəsliyi və bəşəriyyətin yararanışı ayrı-ayrı xalqların rituallarında öz ifadəsini tapıb. Abşerondakı rəsmlərin özəlliyi onların əks olunduğu abidələrin xüsusiyyətlərini əks etdirir.
Bir-birindən xeyli aralıda yerləşən abidələrin üzərindəki rəsmlər o qədər oxşardır ki, sanki onları eyni adam çəkib. Bütün bunlar Abşeronda vahid mədəniyyətin olduğunu sübut edir. Bəzi fərziyyələrə görə, o dövrdə əsas obrazlar hamının ciddi əməl etdiyi dini qayda-qanunlar əsasında yaradılıb. Qayaüstü rəsmlərdə başlıca yeri insan obrazı tutur. Əsas mövzu ilahi qadın və kişilərin iştirakı ilə keçirilən rituallardır. Maskalı cadugərlər, uşağın anadan olması, qurbanvermə mərasimləri qayaüstü rəsmlərdən ən maraqlılarıdır. Abşeronun original petroqlifi insan fiqurunun antropomorf təsviridir. Həmin heykəllər qədim insan obrazının mənəvi və dini dünyagörünüşünü əks etdirir. Abşeron bu günə kimi Cənubi Qafqazda e.ə. III-II minilliklərinə aid incəsənət nümənələrinin tapıldığı yeganə regiondur.
2003-cü ildə Türkandakı kurqanlardan birində hündürlüyü 250 sm olan monumental heykəl tapılıb.
Dumuzi haqqında əfsanə
İdeologiya və dinin yenidən bərpası yalnız yazılı mənbə və faktlar mövcud olduğu halda mümkündür. Belə mənbələr çox zaman miflərə əsaslanır. Dumuzi haqqında Ön Asiya xalqları arasında yaranmış əfsanələr həm xronoloji, həm də süjet baxımından Abşeron petroqlifləri ilə uyğun gəlir. Məsələn, barmağında üzük olan qadın təsviri şumer əfsanələrinin açarı hesab edilir. Dövrümüzə müxtəlif variantlarda gəlib çıxmış həmin mifoloji mətnlər dünya mədəniyyəti və elminin qiymətli sərvətidir.
İndi isə əfsanənin qısa məzmunu ilə tanış olaq: “İnanna yer üzündə ən gözəl və ən qüdrətli ilahə idi. Ona eyni vaxtda həm çoban tanrısı, həm də tarla tanrısı Enkimdu aşiq olmuşdu. Doğmaları İnannaya Dumuziyə ərə getməyi məsləhət görür. İlahə yaxınlarının məsləhətinə qulaq asıb, çoban tanrısının arvadı olmağı qəbul edir. O, Dumuzinin yanında çox darıxırdı. Günlərin birində bacısı Ereşkiqala baş çəkmək üçün onun yeraltı səltənətinə getmək qərarına gəlir. Həmin dünyadan hələ heç kim sağ çıxmamışdı. İnanna yaşadığı dünyanı tərk edib yeraltı aləmə yola düşür. Səfərə çıxarkən özü ilə birgə yeddi sehrli gözmuncuğu götürür. Həmin talisman sayəsində cəhənnəmin yeddi qapısından keçib, Ereşkiqalın hüzurunda dayanır. Ereşkiqalın bircə baxışı ilə İnanna cəsədə çevrilir. İlahəyə yalnız müdriklik tanrısı Enki kömək etməyə razılıq verir. O, güldən iki qəribə varlıq düzəldib, onları su və ot adlandırır. Ereşkiqaldan gözəl ilahənin cəsədini alıb, üzünə həmin ot və sudan səpir. İnnanna dirilir. Yeraltı dünyadan çıxmaq üçün zülmət aləmdə onun kiminsə əvəz etməsi ilə razılaşır. Saraya gələndə Dumuzinin arvadının ölümünə kədərlənməsi əvəzinə, onun taxtda dəbdəbəli şahlıq paltarında əyləşdiyini görür. Belə qərara gəlir ki, qaranlıq aləmə ərini göndərsin. Dumuzi məsələdən agah olanda günəş tanrısına yalvarmağa başlayır. O da Dumuzini ceyrana çevirir. Baş verənlərdən yalnız bacısı Geştinannanın xəbəri var idi.
İblislər Dumuzini tapırlar. Geştinanna qardaşını xilas etmək üçün onun əvəzinə zülmət dünyasına getməyə razılıq verir. Bunu eşidən İnanna razılaşmanı pozur. O, Dumuzi ilə Geştinannanın yeraltı dünyada növbə ilə yaşamasını istəyir. O vaxtdan etibarən Dumuzi ilin yarısını yerin üstündə, yarısını altında keçirməyə başlayır” (S.Kramer “Şumer mifologiyası”).
İnanna məhsuldarlıq, Dumuzi isə çoban tanrısı idi. Əfsanədən belə qənaətə gəlmək olar ki, müqəddəs tanrı öləndə yer üzündə həyat dayanır. Məhsuldarlıq tanrısı isə ərini yenidən diriltməklə müqəddəs nikah mərasiminin əsasını qoyur. Bu, qədim xalqlar arasında ən geniş yayılmış mövzudur. Misteriya və maskaradlar məhz həmin ritualın müasir variantıdır. Bu əfsanəni xatırlamağımız heç də təsadüfi deyil. Abşerondakı yaşayış məntəqələrində, xüsusilə də Bəndüstüdə düzbucaqlı tikililərdə vahid süjet xətti olan rəsmlər təsvir olunub. Bu rəsmlər müqəddəs nikah mərasimlərini əks etdirir. Bu səhnələrdə əsas obraz kimi ilahi qadın və kişi fiqurları çəkilib. Adi cütlüklərin isə barelyefləri hazırlanıb. Maskalı qadın barabana vurur.
İkinci daşda isə maral təsvir olunub. Aşağı cərgədə heyvan rəsmlərini, həmçinin iki bitki işarəsi və gül ləçəklərini görmək mümkündür. Aşağı sağ küncdə döyüş səhnəsi əks olunub. Üçüncü daşda şir, ceyran, iki it, qadın və kişi fiqurları çəkilib.
Ön Asiya xalqları arasında geniş yayılmış miflərdə Dumuzinin günəş tanrısı tərəfindən ceyrana və yaxud da kərtənkələyə çevrildiyi yazılır. Həmin mənbələrə görə, onun son sığınacağı mal-qaranın saxlandığı tövlə olub. Abşerondakı qayaüstü rəsmlərdə də Dumuzinin sığındığı yer məhz bu şəkildə təsvir olunub. Sürürünən heyvan başlı qadın rəsmi isə Ön Asiya mənbələrində kərtənkələ anlamına gəlir. Əfsanəyə görə, Durmuzinin ikinci adı “əjdahanın oğlu” olub. Qədim dövrdə Mesopotamiyada iri kərtənkələni məhz belə adlandırıblar. Maraqlıdır ki, Abşerondakı qayaüstü rəsmlərdə qadınlar kərtənkələ başını xatırladan maskada təsvir ediliblər. Onlar bütün səhnələrdə eyş-işrət məclisinin iştirakçısı kimi göstəriliblər. Burada məntiq var. Məlum olduğu kimi, Abşeronda kərtənkələ öldürməyin günah olması barədə qədim inanc mövcuddur. Ən maraqlısı isə xalq arasında kərtənkələnin kişi potensiyasının öldürməsi barədə fikirlərin olmasıdır.
Xaşaxuna yaşayış məntəqəsində aparılan qazıntılar zamanı da divarlarında rəsmlər çəkilmiş düzbucaqlı daş tikililər tapılıb. Onların arasında da analoji qadın fiqurlarına, maral, yanında buzov olan inək və başını dik tutmuş ceyran rəsmlərinə rast gəlinib. Ceyranın başı üzərində günəş təsvir olunub. Bütün səhnələr Dumuzi haqqında əfsanədəki süjetlə üst-üstə düşür.
Bütün bu tapıntılar Abşeron tarixinə başqa tərəfdən nəzər salmağa imkan verir. Şumer sivilizasiyasının Qafqazda yaranması, Ön Asiyada isə sonradan formalaşması fikrinə inansaq, qayüstü rəsmlər bizdə heç bir təəccüb doğurmaz.
Bu versiyanı təsdiqləyən tarixçilər çoxdur. Onlar Maykop mədəniyyət nümunələrini arqument gətirərək, Qafqazı şumerlərin vətəni olduğunu söyləyirlər.
Tədqiqatçılar Misir fironu Tutanhamonun Avropa kişiləri eyni kökə sahib olduğunu güman edirlər. O, təxnminən 9,5 min il bundan əvvəl Qafqazda yaşayıb. Firon qaploqruplarının Avropaya ilk miqrasiyasının e.ə. 7000-ci ildə baş verdiyi ehtimal olunur. Bunu da unutmayaq ki, Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Tarixçilər arasında onun yaşı ilə bağlı mübahisələr bu günə kimi davam edir. İngilis tarixçisi Flinders Petrinin fikrincə, Bakı hələ e.ə. 3-cü minillikdə mövcud olub. Petri bu faktı “Ölülər kitabı”nda da qeyd edib. Alim şəhərin adını “Bakhau” kimi göstərib. Son vaxtlar Abşeronun Maykop mədəniyyəti ilə bağlılığını isbatlayan kifayət qədər materiallar ortaya çıxır. Artıq qeyd etdiyimiz kimi, tunc üzük ilahə İnannanın hakimiyyətinin simvolu idi. Ön Asiyada barmağına üzük taxmış qadın təsviri olduqca geniş yayılıb. Bütün bunların təsadüf olduğunu düşünmək o qədər də inandırıcı səslənmir.
Abşerondakı son tapıntı 2011-ci il fevralın 20-də qeydə alınıb. Söhbət Dübəndi qəsəbəsində aşkarlanmış bir kişinin ətrafına toplaşmış kərtənkələ başlı çoxlu qadın təsvirlərindən gedir. Bütün bunlar Abşeronun “qara qızıl”la yanaşı, həm də qədim adət, kin, dostluq və sevgi anlayışları haqqında bir sıra sirli məqamları qoruduğunu sübut edir.
Lətif ABBAS http://bona-mente.az/az/index.php?newsid=263