Musiqini notsuz təsəvvürümüzə gətirə bilmirik. Amma
muğamlarımızı, xalq mahnılarımızı adətən notsuz ifa edirlər. Çox zaman isə belə bir qənaət yaranır ki, Azərbaycan, eləcə də Şərq musiqisi notsuz inkişaf edib, not isə bizə Avropadan keçib.
Amma musiqi tariximizi öyrənən araşdırıcılar sübut etmişlər ki, Şərqdə də notlu musiqi olmuşdur. Lakin Şərq musiqiçilərinin istifadə etdikləri not işarələri bugünkündən fərqlidir.
Görkəmli alim Səfiəddin Əbdülmömin ibn Yusif ibn
Faxir əl-Urməvinin yaradıcılığı musiqimizin inkişafında yeni dövrün başlanğıcı hesab edilir. Şərq, eləcə də Azərbaycan musiqi folklorunn əsasını təşkil edən səs
komplekslərinin sistemləşdirilməsi məhz Səfiəddin Urməvinin musiqi nəzəriyyəsi sayəsində mümkün olmuşdur. O, musiqiyə dair nəzəri əsərlərində mükəmməl
tabulatura (not) vasitəsilə 12 əsas məqamın, 6 törəmə məqamın (avazın) səsdüzümünü, eləcə də bəzi melodiyalardan parçalar vermişdir. S.Urməvi həm də nüzhə və müğni musiqi alətinin yaradıcısı kimi incəsənət tariximizin parlaq səhifələrini yazmışdır. Bu ensiklopedik zəka sahibi musiqişünaslıqla, musiqi ifaçılğı ilə, bəstəkarlıq, xəttatlıq və ədəbiyyatşünaslıqla ardıcıl məşğul olmuşdur.
http://ali-shamil.tr.gg/U%26%23351%3Baq-ensiklopediyas%26%23305%3Bndak%26%23305%3B-m%26%23601%3Bqal%26%23601%3Bl%26%23601%3Br.htm