19.05.2013

Kərim Kərimov

Sovet kosmonavtlarının uçuşdan qayıtmalarını göstərən tele və kinokadrlara diqqətlə baxsaq görərik ki, kosmonavtlar general paltarında olan bir şəxsə yaxınlaşır və ona tapşırığı yerinə yetirmələri, uçuşu başa vurmları haqqında raport verirlər. O isə kosmonavtları dinləyib onları uğurlu uçuşla təbrik edir. Bu general Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri Kərim Kərimovdur. Azərbaycan tarixinə Kərim Kərimov kosmik tədqiqatlar sahəsində general-leytenant rütbəsinə ucalan ilk azərbaycanlı, kosmik tədqiqatlar sahəsində bir çox yeniliklər etmiş ixtiraçı və alim kimi daxil olmuşdur
Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur