Fevralın 25-də Ağdaş Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə Xocalı faciəsinin 21-ci il dönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin aparıcıları Səfərov Taleh və Bağırova Cəmilə 21 il öncə fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, o vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı göstərdiyi biganəlikdən danışdılar, qırğının miqyasını, nəticələrini əks etdirən dəhşətli statistikanı diqqətə çatdırdılar.
Məktəbin 8"a" və 8"s" sinfinin şagirdləri Xocalı hadisələrinə, həmin kütləvi qırğın zamanı düşmən əli ilə faciəli şəkildə həlak olmuş yüzlərlə insanın acı taleyinə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər.
Tədbirdə Rayon Ağsaqqllar şurasının sədr müavini Hacıyev Vaqif və Rayon Təhsil Şöbəsinin əməkdaşı Qasımov Seyidhüseyn,məktəbimizin direktoru Nəsirov Vüqar və Dərs hissə müdiri Məmmədov Rəfayıl də çıxış etdi.Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açaraq torpaqlarımızın düşməndən tezliklə azad olunacağına və bu qisasın yerdə qalmayacağına əminlik ifadə etdilər.
Tədbirin sonunda Xocalı faciəsini əks etdirən film nümayiş olundu.
Tədbiri hazırladıqlarına görə məktəb rəhbərliyi və müəllimlər şagirdlərə:
Səfərov Taleh,Qasımova Aytac,Bağırova Cəmilə,Şıxaliyeva Aytac,Ağarəhimova Almaz,Rüstəmova Səbinə,Abduləzizli İlahə,Mürşüdova Nərmin,Məmmədova Şəbnəm,Mirzəyeva Fidan,Cəmilə,Aytaca,Məmmədov İsmayıl,Məmmədov Ənvərə və Dərs hissə müdiri Məmmədov Rəfayıla və Məmmədov Məhəmmədəliyə təşəkkür etdilər.