15.12.2012

Mövlana


Məqaləni  hazırladı :
Məmmədov Ənvər 

Sədi Boraq:"100 böyük türk"kitabından


       Gəlib keçmiş ulular içində yol göstərənlər çox olmuşdur. Bunlar “izim” lə bitən bir çox düşüncə və davranış yolları göstərmişdir. Zaman-zaman bütün dünyanı saran bu “izim” lərin yaradıcıları Gözlərini qapayır-qapamaz sabun köpüyü kimi dağılmış,uçub getmişlər. Fəqət elə ulular da gəlmiş ki, ölümləri üzərində neçə yüz illər keçdiyi halda fikirləri bir din kimi yayılmış, köklənmiş və dünyanı sarmışdır.

Mövlana kimi.O, islam fəlsəfəsinin ən böyük təmsilçilrindəndir.  Ondan öncə eyni mövzuda əsər yazmış onların adları nə üçün Mövlana kimi əbədiləşməmiş , adları nə üçün onun kimi dünyanı sarmamış? Mövlananı özündən əvvəlkilərdən ayıran nələrdir? Bunun cavabını Abdulbağı Çölpinaroğlu vermişdir: “Mövlanadan əvvəlki dini fəlsəfə donmuş, qəlibləşmiş, (İbni Arabi kimi) tamamilə xəyali bir şəklə bürünmüşdür. Röya kimi şeylərlə göylərə çıxmaq, merac etmək,əski ərənlərin ruhlarıyla görüşmək, ağlın almayacağı kəramətlər benların bir şüarı olmuşdur. Mövlana, əsas baxımdan idealist bir fəlsəfəyə dayanmaqla  bərabər varlığın birliyi inamına bağlı olaraq dini fəlsəfəni təmamilə sosial və mənavvi bir hala gətirmişdir.
       Mövlananın dini fəlsəfəsi tamamilə əxlaqi və həyatidir. O, sufinin özündən keçməsini dilər. Bu özündən keçeid fərdiyyədən və mənlikdən keçiddir.Nəfsi azaltmaq üçün riyaziyyatı, dilənməyi qətiyyən qəbul etməyib. Hər kəsin bir işlə məşğul olmasını, özündən başlayaraq bütün insanlığa və insanlara xidmət etməsini arzulayıb. Mövlana hər hansı bir işi anladarkən röyalara, xəyallara baş vurmayıb. Anladacağı şeyi hekayələrlə, atalər sözləriylə xalqın anlayacağı şəkilə bir salıb.Bu surətlə Mövlana dini fəlsəfəni adətən yenidən qurmuş, yeni bir yol göstərmişdir.
       Musiqini, rəqsi, şeiri ilahiləşdirmişdir. Beləcə dində tamamilə nir reforma etmişdir. Mövlavlararasında xəttatlar, şairlər, musiqiçilər, oymaçılarda yetişdirdi ki, bu gün muzeylərimiz bunların əsərləriylə doludur.
       Xülasə, Mövlana müsəlmanlığı yeni bir insanlıq halına gətirmişdir. Bu sözü hər kəs həzm edəmməz, amma doğrusu da budur.
       Böyük türk düşünürü və şairi Mövlana 1207-ci ildə Belh şəhərində doğulub.1273-cü ildə Konyada ölmüşdür. Əsl adı Məhmət Cəlalləddindir. İkinci vətəni Anadoluya görə “Rumi” deyə anılmışdır. “Mövlana” ona verilmiş bir hörmət mənasıdır, əfəndimiz, böyüyümüz mənasındadır. Atası “Sultanülüləma” (elmlərin sultanı) Bahəddin Vələdir.
       Mövlana ilk savadını atasından alıb. Atası öldükdən sonra doqquz il də oxuyaraq biliyini genişləndirmişdir.
       1244-cü ildə təbrizli Şəms ilə tanışlıqdan sonra tamamilə dəyişmişdir. Şəms onu “duyğu və düşüncə aləmlərinin geniş və möcüzəli üfüqlərinə doğru” çəkib apardı.