16.12.2012

Köprülü Məhmət Paşa


 Məqaləni hazırladı :
Məmmədov Ənvər

Sədi Boraq:"100 böyük türk"kitabından

       Osmanlı imperatorluğu XVI əsrin ortalarında içindən çürüməkdəydi. Sosial ədalət artıq pozulmuşdu. Bütün Avropanın xərac verməyə məcbur etdiyi və sümürdüyü o parlaq dövrlər artıq geridə qalmışdı. Rüşvət, oğurluq, yaltaqlıq ölkəni başdan-başa çulğamışdı. Məmurlar rüşvətə satılırdılar. Kim daha çox pul verirdisə valiliklərə onlar atılirdılar. Rüşvətin belə ayaq aldığı bir zamanda pulla vəzifəyə keçənlər verdikləri pulun əvəzini min qat çıxarmaq üçün xalqı qəddarcasına soyurdular. Dövləti ən çox xocalar və qadınlar idarə edirdilər. Qərbdəki texnika da durmadan inkşafdaydı. Xalqı sümürənlər və dini sözlərinin gəlirləri üçün dayaq edənlər hər bir yeniliyə “gavur icadı” deyib baltalayırdılar.

        Taxta gətirilənlər tez-tez dəyişirdilər, hətta bir gündə taxa iki nəfər təyin edirdilər.

        Bu zaman Osmanlı taxtında 14 yaşında olan Ovçu Məhmət oturmuşdu. Osmanlı taxtına 6 yaşından çıxarılan Ovçu Məhmət həm yaşının kiçikliyi, həm də bütün vaxtını ovçuluqda keçirdiyi üçün dövləti saray qadınları idarə edirdilər.

       Köprülü Məhmət Paşa Osmanlı imperatorluğuna ölkənin çox ağır vaxtında, 78 yaşında taxta çıxarılmışdı. O, ölkəni bürümüş xəstəliyin köklərini bilirdi, bu xəstəliyin mualicəsini də yaxşı anlayırdı. Gözü qaralmış idarə ediciləri ancaq cəza tədbirləri ilə susdururdu. Ölüm tədbirləriylə nə qədər rüşvətçi, vətən xaini varsa hamısını aradan götürmüşdü. Bu işində heç bir mərhəmət hissinə qapılmamışdı. Ancaq bu şiddətli, enerjili təmizləmə nəticəsində ölkəni gəmirən parazitləri əzmiş və yaxşılığa doğru tədbirlər görmüşdü.

        Digər tərəfdən hərbi sahədə də qələbələr qazandı, Venedikləri Egey dənizindən qovdu. əldən çıxarmağa bir barmaq qalmış Transilvaniyanı düşmən əlindən qurtardı 5 il taxta oturduqdan sonra, 83 yaşında Ədirnədə həyata gözlərini yummuşdur. Ölürkən hakimiyyətə böyük oğlu Fazil Əhməd Paşanı vəsiyyət etmişdi.

          
                     Mənbə: Yüz BÖYÜK TÜRK KİTABI