Məqaləni 8"s"sinfinin şagirdi Məmmədov Ənvər hazırladı.
Bütün mirasını son quruşuna qədər kitaba xərcləyən
elm aşiqi və yazarı, üzərinə əyildiyi hər bir elmi tezliklə qavrayan böyük bir
qabiliyyət sahibi olmuşdur.Buna görə də tarix, bioqrafiya, maliyyə və dənizçilik
kimi bir-birinə yad elmlərin hamısında qələbə çalmışdır. Ərəbcə, farsca və
latıncanı ana dili kimi bilmişdir.Əsərləri sağlığından başlayaraq zamanımıza qədər
bütün Avropa dillərinə çevrilmişdir. Osmanlı imperatorluğu təşkilatından bəhs
edən “Mizanül haqq” adlı əsəri 1961-ci ildə Amerikada çap edilmişdir. Yazdığı
30-a qədər əsər 300 sənədir hələ də dəyərini qoruyur.
Fəqət qəribədir ki, mədrəsəni bitirmədi,- deyə bu böyük alimə heç bir
rütbə vermədilər. Dövlət xadimlərindən də dostları var idi. Əlindəki-ovcundakı
pulları kitaba verdiyi üçün dolanışığı çox çətin olub. Buna görədə dövlət
adamlarının uşaqlarına dərs deyirdi ki, dolansın. Ancaq Şeyxülislam Əbdür-rəhman
Əfəndi imdadına yetişmişdi.
İstanbulda doğulmuşdur. Atası Abdullah adlı bir silahdardı. Bir çox
döyüşlərdə olub, sipərlər arasında ordunun qeydiyyatını aparmışdı. Həccə də
getmişdir.
6 oktyabr 1658-ci ildə qəhvə içərkən ölmüşdür. Qərb anlayışıyla yazılan
30 əsərindən ən qiymətliləri bunlardır:
1-ci “Kəş-üz Zünun”-ərəbcə
yazılmışdır. On min islam yazarının tərcümeyi halını əhatə edir.
2- “Cahannuma-türkcə yazılan əsərlərinin
ən qiymətlilərindəndir. İbrahim Mütəfərrikə tərəfindən çap edilən xatirədir.
3 “Fəzləkə”-1592-1654-cü illəri əhatə edən bu 2 cildlik tarix Qərb dillərinə
də çevrilmişdir.
4- “Tüxfət-ül kibar fi əfsər il
Bihar”- Dənizçiliyə və dənizçilik təşkilatına dair dəyərli əməldir.
5- “Mizan-ül haqq”,
6- “Düstur-ül əməl”,
7- “Təqvim-ül Təvarih” dünya tarixinin
xronologiyasıdır. Qərb dillərinə də çevrilmişdir.