24.10.2012

Monqolların Azərbaycana  I yürüşü (1220-1222)



1220 - ci ildə Cəbə və Subutayın rəhbərliyi ilə monqollar Azərbaycana kəşfiyyat yürüşü etdilər. Monqolların birinci yürüşü ərəfəsində Azərbaycanda:
Feodal dağınıqlığı hökm sürürdü;
Ara çəkişmələri güclənmişdi;
Marağada Ağsunqurilər hakimiyyəti hökm sürürdü;
Eldənizlər dövləti xeyli zəifləmişdi;
Əhalinin sosial-iqtisadi vəziyyəti ağırlaşmışdı;
Şirvanşahlar dövləti zəifləmişdi;
Feodal özbaşınalığı hökm sürürdü;
Vahid mərkəzləşmiş dövlət yox idi.

Monqollar I yürüşü zamanı:
Zəncan, Ərdəbil və Sərab şəhərlərini talan etdilər;
Təbriz şəhərindən üç dəfə xərac aldılar;
Marağanı,Beyləqanı talan etdilər;
Gəncə şəhərindən xərac aldılar;
Şamaxı şəhərini talan etdilər.




XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin qonşu ölkələrə yürüşləri bu ölkələri böyük təhlükə qarşısında qoydu. Monqollar arasında tatarlar, noymonlar, kareitlər, mer-kitlər, tayciutlər, onkutlar adlanan tayfa birləşmələri var idi. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiş monqol feodal dövləti qonşu vila-yətləri zəbt etməyə başladı. Bu ölkələrdə feodal pərakəndəliyinin (Çin, Xa-rəzm,İran) olması monqolların işğalları üçün əlverişli şərait yaratdı.

Monqollar 1215-ci ildə Pekini, 1219-cu ildə isə Xarəzmi işğal edərək qərbə doğru yürüşə başladılar.

Monqol yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acına-caqlı idi. Bu dövrdə Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda 3 dövlət –Atəbəylər, Şirvanşahlar və Marağada Ağsunqurilər (1108-1227) dövlətləri mövcud idi.

Artıq XII əsrin sonlarında Eldənizlər dövləti əvvəlki qüdrətini itirmiş-di.Sülalə arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Atəbəylərin son nü-mayəndəsi Atəbəy  Özbək feodalların əlində bir oyuncağa çevrilmişdi.


Belə bir vəziyyətdə monqollar ilk dəfə 1220-ci ildə Azərbaycana yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subatay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan edərək Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Lakin Atəbəy Özbək ehtiyat edərək monqol-larla danışıqlar aparmağı lazım bildi. Monqollar çoxlu xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan da Gürcüstana basqın etdilər.

1221-ci ilin əvvəlində Cəbə və Subutay Azərbaycana dönərək, yenidən Təbrizə hücum etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi yenə xərac ver-məklə şəhəri talandan qurtardı. Bundan sonra monqollar qəflətən Marağaya hücum etsələr də xalq şəhəri qəhrəmanlıqla müdafiə etdi. Lakin çox çəkmədi ki, şəhər təslim oldu və yerlə-yeksan edildi. Bundan sonra monqollar Həmədan və Ərdəbili yenidən talan edərək üçüncü dəfə Təbrizə hücum etdilər. Bu zaman Atəbəy Özbək Naxçıvana qaçaraq orada gizlənir. Şəhər hakiminin başçılığı altında xalq şəhərin müdafiəsinə qalxdı. Şəhəri ala bil-məyəcəklərini görən monqollar xərac almaqla kifayətlənib oradan uzaq-laşdılar.


Monqollar Azərbaycanın şimal torpaqlarına soxuldular. Onlar Beyləqanı alaraq yandırdılar.1221-ci ildə Gəncəni mühasirəyə aldılar, xərac alaraq   yenidən Gürcüstana yollandılar və oranı qarət etdilər.

1222-ci ildə Şirvana soxulan monqollar Şamaxını mühasirəyə aldılar. Şəhərin mərd müdafiəçiləri düşməndən qorxmayaraq, ölümü üstün tutub doğma şəhərlərini müdafiəyə qalxdılar. Lakin sayca üstün olan monqollar şəhərə daxil oldular, şəhərdə əhalinin kökünü kəsdilər.(İbn əl-Əsir)

Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf yönəldilər. Onlar Dərbənd keçidindən keçərək, 1223-cü ildə Kalka çayı üzərində rus-qıpçaq qoşunlarını məğlub etdilər. Monqollar Xəzərin şimalı ilə Monqolustana qayıtdılar.