Məktəb 1898-ci
ildə 5 nəfər müəllim və
3 sinif komplekti ilə fəaliyyətə başlamışdır. Məktəb
Kürdəmirdə dünyəvi təhsil verən ilk dövlət məktəblərindən biri olmuşdur. Kürdəmir
şəhərində ilk orta təhsil müəssisəsi kimi 114 ildən çox tarixə malik, Kürdəmir
şəhəri 1 saylı tam orta məktəbi öz yüksək
nailiyyətlərini daim davam etdirir.
Məktəb 40 sinif otağı, 8 fənn kabineti, 3
laborotoriyası, 24500 kitab tutumlu kitabxanası, idman zalı, akt zalı,
emalatxanası və 3 internet şəbəkəli
kabinetləri ilə fəaliyyət göstərir.
Məktəbdə 144 müəllim və 29 texniki işçi fəaliyyət
göstərir.
Onlardan:
Ali təhsilli müəllim - 76 %
Orta ixtisas təhsilli müəllim - 24%
Əməkdar müəllim - 1 nəfər
İlin ən yaxşı müəllimi - 2 nəfər
“Tərəqqi” medalı
alan müəllim - 1 nəfər
Qabaqcıl iş təcrübəsi
yayılan müəllim - 15 nəfər
İnteraktiv təlim metodları ilə işləyən müəllim
- 79 nəfər
Məktəbdə1195 nəfər şagird təhsil alır.
Onlardan:
İbtidai sinif komplektlərinin sayı - 26
V-IX sinif komplektlərinin
sayı - 28
X-XI sinif komplektlərinin
sayı - 9
Siniflərin sayı – 63
Şagird sıxlığı - 18.
Məktəb 2011 ildə cari təmir olunmuşdur.
2006-cı ildə Təhsil Nazirliyi tərəfindən məktəb
müasir
avadanlıqlar və İKT ilə təmin olunmuşdur.
39 komplekt kompyüter və lokal şəbəkə ilə təmin
olunmuş 3 Informatika kabineti
yüksək sürətli internetlə təmin olunmaqla İnternet
Kompyuter Mərkəzi kimi
müəllim və şagirdlərə xidmət göstərir.
2005-ci ildə yeni tədris korpusu tikilib istifadəyə
verilmişdir.
2009-cu ildə məktəbdə müasir tipli istilik sistemi
istifadəyə verilmişdir.
İbtidai sinif otaqları interaktiv təlim metoduna
uyğun olaraq yeniləşdirilmişdir.
Məktəbin 79-dək müəllimi və 300-dən çox şagirdi www.Hotmail.com,
www.Yahooo.com,
www.Rambler.ru, www.mail.ru, www.odnoklassniki.ru və
sair saytları, eləcə də MSN Messenger, İCQ, Aqent çatları vasitəsi ilə ABŞ, Türkiyə, Avropa, MDB ölkələrinin müəllim və şagirdləri
ilə mütamadi olaraq informasiya mübadiləsi aparırlar.
2013-cü ildə cənab Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Bu məktəbimizin ən böyük uğurudur.
2013-cü ildə cənab Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Bu məktəbimizin ən böyük uğurudur.