E.ə.
II minilliyin axırı – I minilliyin əvvəllərində əhalinin yoxsullara və
varlılara ayrılması daha da artmış ibtidai-icma quruluşunun dağılması sürətlənmişdir.
Bu dövrdə Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri
tayfa ittifaqları mövcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başçıları rəhbərlik
edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı
olan ərazilərə yiyələnmişlər.
Tayfalar
daxilində də təbəqələşmə gedirdi. Güclü ailələr, tayfa başçıları və
ağsaqqalları, icma şurası üzvləri, nüfuzlu hərbçilər, kahinlər çoxlu var-dövlətə
sahib olurdular.
İcmanın
daha münbit əkin sahələrini, əsas otlaqlarını, mal-qarasını, at ilxılarını
varlı ailələr ələ keçirirdilər. Gəncə yaxınlığında, Qarabağda və s. ərazilərdə
belə ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir. Həmin binalar
bir neə otaqdan ibarət olub, həyətyanı sahə ilə başqalarından ayrılırdı.
Azərbaycanda
əhalinin belə təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə
(kurqanlar, daş qutular) yaxşı izlənilir. Yoxsul qəbirlərində ölünün yanına az əşya
qoyulmuşdur. Varlı adamların dəfn olunduğu kurqanlar həmçinin böyüklüyü, quruluşu
və qəbirə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir.
Sinifli cəmiyyyət
Azərbaycan ərazisinin hər yerində eyni vaxtda meydana gəlməmişdir. Bu da
ictimai, iqtisadi və sosial dəyişikliklərlə bağlıdır.
Bu dövrdə
Mesopotimayada baş verən dəyişiklər Azərbaycana da təsir edirdi. Bunun nəticəsi
olaraq artıq e.ə III minillikdə Azərbaycanın cənuunda erkən dövlət qurumları
meydana gəlmişdir.Cənubi Azərbaycanda eramızdan əvvəl III minilliyin I
yarısında İkiçayarası Şumer dövlətləri ilə ünsiyyətdə olan qədim dövlət
quruluşu mövcud idi. Şimali Azərbaycan qədim İkiçayarası sivilizasiyasından
xeyli kənarda yerləşmişdi. Buna görə də burada sinifli cəmiyyətin ruşeymləri
gec yaranmışdır. Şimali Azərbaycanda dövlət hakimyyətinin ruşeymi tunc dövrünün
sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında
Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir.
Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr
bir neçə şumer dastanında təsvir olunurdu. Aratta ölkəsi Urmiya gölünün cənub şərq
hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasıın Şumer şəhəri dövlətləri ilə
iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan
əvvəl XXVIII-XVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın
adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi
və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi
daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir),
sukkal (elçi), uqula (rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar.
Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə
orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti
özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək
niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta
hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu
qeyd edilir. En-Merkar Arattanı özunə tabe etməyə cəhd göstərmişdir. Lakin bu
münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı.
Bizim
eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda ikinci dövlət qurumu olan Lullubi
dövləti yarandı. Sosial cəhətdən azad lullubilər hürri və het dövlət idarələrinə
əşə cəlb olunurdular. Onlar muzdlu döyüşçü kimi orduda da xidmət edirdilər.
Lullubi
dövlət qurumuna hökmdar başçılıq edirdir. Lullubi hökmdarı Satuninin eramızdan əvvəl
III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı
müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi
hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud
imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda
hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar
Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala
çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə
iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi
İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı
sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti
parçalanır və yerində xırda hakimyyətlər yaranır.
Eramızdan
əvvəl III minillikdə Urmiya gölünün qərb və cənub-qərbində kuti tayfa birləşmələri
mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi
başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad
hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı
Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti
yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını
aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər.
Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və
cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən
əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində
İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm
qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti
hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar
da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı
Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun
hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin
İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük
hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan
sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan
əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq
xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin
əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr
idarə edirdilər.
Eramızdan
əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan
torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ
keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti
xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən
xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə
maçal tapmır, təkbə-tək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim
Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində
yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan
tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar
və s. yaşayırdılar.
Turukkilər
Urmiya gölünün cənubunda yaşamışlar. Onlar Lullubi və Kuti dövlətlərinin tərkibinə
daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları
müstəqil siyasət yürüdürdülər. Bu tayfalar Zaqros dağ keçidləri vasitəsilə
Mesopotamiyaya daxil olmuşlar. Lakin Mesopotamiyanın şimalında yerləşən
Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər müqavimət göstərərək öz torpaqlarını vermədilər, əksinə
assuriyaların nəzarəti altında olan Şuşarra vilayətini tutdular və bu ərazi
uğrunda onlar dəfələrlə Assuriya ilə mübarizə aparmağa məcbur oldular.
Erkən
dövlət qurumları gələcəkdə böyük müstəqil dövlətlərin yaranmasına şərait
yaratdı.