24.02.2017
20.02.2017
Bermud üçbucagında tapıntı.
Bermud üçbucağında yaşı 200 000 olan nəhəng sualtı kompleks aşkar edilib.Alimlərin fikrincə bu kompleks 50 000 il əvvəl batıb.Ən maraqlısı odur ki ,bu qurğunu kim yaradıb.Professor-okeanoloq doktor Robetr Ballard dümişdir:"Əyər bu qurğu insan əli ilə düzəldilibsə bu halda biz bu səviyyəyə çatmalıyıq.Müasir texnologiyalar belə bunu yaratmağa qadir deyil."
18.02.2017
Dərs nümunələri:Neft sənayesi və onunla bağlı olan sahələr
Ən yaxşı müəllimin dərs nümunəsi
Şirincan MƏMMƏDOVA,
Bakı şəhəri T.Heybətov adına 126 nömrəli tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015) qalibi
Ümumtəhsil məktəblərində tədris olunan hər bir fənnin
özünəməxsus imkanları və qarşıda duran vəzifələri vardır. Bu baxımdan, gələcək
nəslin hərtərəfli vətəndaş kimi formalaşmasında tarix fənninin üzərinə daha
böyük vəzifələr düşür. Bu, bir tərəfdən fənnin öz məqsədləri ilə bağlıdırsa,
digər tərəfdən ölkəmizin geosiyasi və geocoğrafi məkandakı yeri ilə əlaqədardır.
Belə ki, şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşən, xarici maraqların
toqquşduğu bir bölgənin ayıq düşünən vətəndaşını yetişdirmək biz müəllimlərdən
ikiqat məsuliyyət tələb edir. Təsadüfi deyil ki, Abasqulu ağa Bakıxanov
yazırdı: “Tarix elə bir danışmayan natiqdir ki, gələcəkdə baş verə biləcək
hadisələri keçmişin libasında bir ibrət kimi insanların nəzərinə çatdırır”.
Ona görə də mən tarixdən keçdiyim hər bir mövzuya
şagirdin dərketmə fəallığı baxımından yanaşıram. Axı həqiqəti dərk etməyin
praktik yolu konkret müşahidədən mücərrəd təfəkkürə, ordan da praktikaya keçid
hesab olunur. Bu baxımdan, şagirdlərin vaxtaşırı muzeylərə, tarixi yerlərə
ekskursiyaya aparılması xeyli kömək edir. Belə ki, ibtidai siniflərdə şagirdlər
daha çox nağıl, hekayə və şeir öyrənirlər. Yuxarı siniflərə keçdikdə isə
onlarda çox vaxt hadisələri tarixi fakt, gerçəklik kimi deyil, bir nağıl kimi
qavramaq meyli hiss olunur. Elə buna görə də inteqrasiya imkanları şagirdləri məhz
bu tendensiyadan uzaqlaşdırır, həyati düşüncəyə təhrik edir.
Mən dərslərimi müasir metodlarla, interaktivlik əsasında
keçməyə çalışıram ki, şagirdlərin biliklərə yiyələnməsində yüksək nəticə əldə
edə bilim. Bu baxımdan X “b” sinfində keçdiyim “Neft sənayesi və onunla bağlı
sahələr” mövzusunda dərsin icmalını təqdim edirəm:
Metodika:Tarix dərslərində şagirdlərin yazılı nitq bacarığının inkişaf etdirilməsi imkanları
İlhamə MƏMMƏDOVA,
Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta
məktəbin tarix müəllimi
Yazı savadının şüura təsirindən bəhs edən alimlər təsdiq
edirlər ki, danışıq dilini yazıda ifadə etmək bacarığı təfəkkür qabiliyyətinə
böyük təsir göstərir. Lurianın məşhur nəzəriyyəsinə görə, yazı mədəniyyəti
olmayan xalqlar dünyadan xəbərsiz, dar düşüncəli, yalnız işlətdikləri dil çərçivəsində
fikirləşməyə qabil olan insanlar olur. Oxuyub-yazmağı bacaran xalqlar isə, əksinə
öz fikirlərini yazıb saxlaya bilir, onları müzakirə edir, təkmilləşdirir. Beləliklə,
düşüncə və təfəkkürün yeni inkişaf səviyyələrinə qalxırlar.
Dərs nümunəsi:Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.
İlqar
ABDULLAYEV,
Bakı
şəhər Məktəb-lisey kompleksinin tarix müəllimi
VIII
sinif
Mövzu:
Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.
Standart:
3.1.2.
Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
4.1.1.Azərbaycan
dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, şah I Təhmasib,
şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.
Məqsəd:
1.
Quba xanlığının xarici siyasətini Azərbaycanın mövqeyindən dəyərləndirir.
2.
Qubalı Fətəli xanın Azərbaycan dövlətçiliyində oynadığı rolu və fəaliyyətini dəyərləndirir
İş
forması: Kollektiv və qruplarla iş.
İş
üsulu: Beyin həmləsi, müzakirə, mühazirə.
Resurslar:
Dərslik, iş vərəqləri, marker, İKT vasitələri, xəritə, göstərici.
İnteqrasiya:
Ümumi tarix, standart 1.1.3;
Coğrafiya, standart 3.2.1.
Dərsin gedişi:
Salamlaşmadan sonra şagirdlərdə fəallaşma və
araşdırılacaq problemə maraq yaratmaq üçün motivasiya qurulur.
Motivasiya:
Motivasiya zamanı şagirdlərə Quba ilə bağlı slayd
vasitəsi ilə müxtəlif şəkillər təqdim edilir. Öncə xanlığın yerləşdiyi yerə aid
suallar verilərək coğrafiya fənninə inteqrasiya olunur. Sonra isə şagirdlərə
ümumiyyətlə Quba xanlığının yaranma tarixi haqqında suallarla müraciət edilir.
Motivasiya şagirdlərlə dialoq şəraitində və slaydların nümayişi ilə keçir.
Bu zaman Qubanın və Fətəli xanın şəkilləri göstərilir
və sinfə sualla müraciət edilir:
– Bura haradır?
Подписаться на:
Сообщения
(
Atom
)