AMEA-nın Milli Azərbaycan
Tarixi
Muzeyinin arxeologiya fonduna dörd arxeoloji tapıntı
daxil olub.
Tapıntılar
muzeyə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi,
tarix üzrə
fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən təqdim edilib.
Tapıntılar
pastadan hazırlanmış
üç ədəd
silindrik möhürdən
və bir tunc toppuz başından
ibarətdir.
Nümunələr eramızdan əvvəl II minilliyin sonlarına aiddir. Silindrik möhürlərdən biri 1985-ci ildə Mərdangöl nekropolunda, ikisi 2013-cü ildə III Plovdağ nekropolunda qazıntılar zamanı tapılıb. Toppuz başı isə 2007-ci il arxeoloji qazıntılar zamanı II Plovdağ nekropolunda aşkarlanıb. Hazırda tapıntıların inventarlaşdırılması və pasportlaşdırılması istiqamətində işlər aparılır.
Arxeologiya fonduna daxil olmuş bu materiallar ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda, xüsusilə təmsil etdikləri dövrün sosial-iqtisadi münasibətləri, hərb işi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında dəyərli mənbədir.

Mənbə:http://medeniyyet.az/new/?name=content&content=25663