1. Azərbaycan tarixi fənni üzrə ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (V-IX
siniflər) üzrə şagird:
• tarixi
hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini
izah edir;
• sivilizasiyaların
formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın
rolu və mövqeyi barədə mülahizələrini bildirir;
• tarixi
fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət
bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.
Tam orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:
• Azərbaycanın
tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş
etdirir;
• tarixi
hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah
edir və ona münasibət bildirir;
• tarixi
informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələri barədə
təqdimatlar hazırlayır;
• tarixi
hadisələrlə bağlı fərziyyə və mülahizələr
irəli sürür, proqnozlar verir;
• debatlarda,
diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə
çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət, azadlıq) həyatda
reallaşmasına münasibət bildirir.
2. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
Tarixi zaman Şagird:
• tarixi
hadisələri xronoloji əsasda təsvir edir və qiymətləndirir;
• tarixi
hadisələr arasındakı səbəb-nəticə əlaqələrini izah edir;
• sivilizasiyaların
formalaşmasında, dünya mədəniyyəti və
incəsənətinin inkişafında Azərbaycanın rolu barədə mülahizələrini şərh edir.
Tarixi
məkan Şagird:
• tarixi
məkana görə sivilizasiyaların formalaşmasında, dünya mədəniyyəti və incəsənətinin
inkişafında Azərbaycanın mövqeyini şərh edir, nəticələri təqdim edir.
Dövlət Şagird:
• Azərbaycanda
dövlətçilik ənənələrinin yaranması və inkişafı xüsusiyyətlərini qiymətləndirir;
• Azərbaycan
dövlətləri ilə bağlı müxtəlif tarixi mənbələrdən topladığı materialları təqdim
edir.
Şəxsiyyət Şagird:
• tarixi
şəxsiyyətləri dövr baxımından qiymətləndirir;
• mənbələri
araşdırmaqla Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair materiallar toplayır və
təqdim edir.
Mədəniyyət Şagird:
• Azərbaycan
sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və
mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir;
• Azərbaycan
xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim
edir.
Tam orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
Tarixi
zaman Şagird:
• mənbələr
əsasında Azərbaycanın keçmiş və müasir dövrlərini təhlil edir, onların oxşar və
fərqli cəhətlərini izah edir, mülahizələrini təqdim edir;
• tarixi
hadisə, proses və təzahürlərin mahiyyətini konkret dövrün xüsusiyyətləri
baxımından qiymətləndirir;
• tarixi
hadisə, proses və təzahürlərlə bağlı fərziyyə və mülahizələr irəli sürür,
proqnozlar verir, təqdimatlar edir.
Tarixi
məkan Şagird:
• müxtəlif
tarixi hadisə, proses və təzahürlərlə bağlı informasiyalar toplayır və qiymətləndirir;
• aqrar
(ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, Azərbaycan üçün
xarakterik cəhətləri izah edir.
Dövlət Şagird:
• dövlətlərin
yaranması və inkişafında konkret dövrün xüsusiyyətlərini dəyərləndirir;
• mənbələr
əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, nəticələrini
təqdim edir;
• dövlət
quruluşları və dövlət idarəetmə formalarına dair təhlillər aparır.
Şəxsiyyət Şagird:
• tarixi
hadisə və proseslərin gedişində şəxsiyyətlərin rolu və fəaliyyətini dəyərləndirir,
müqayisələr aparır, mülahizələrini bildirir;
• görkəmli
tarixi şəxsiyyətlər haqqında müxtəlif mənbələrdən materiallar toplayır, təhlillər
aparır, mülahizələr əsasında təqdimatlar edir.
Mədəniyyət Şagird:
• Azərbaycan
mədəniyyətinin dünya mədəniyyətinin inkişafında rolunu dəyərləndirir;
• Azərbaycan
mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar
aparır, nəticələrini təqdim edir.
3.
Siniflər üzrə təlim nəticələri və məzmun standartları
V
sinif V sinfin sonunda şagird:
• tarixi
zaman anlayışlarını fərqləndirir;
• maddi
və yazılı mənbələr əsasında sadə tədqiqatlar aparır;
• insanların
həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir;
• insan
və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm
tarixi abidələri xəritədə müəyyənləşdirir;
• Azərbaycan
dövlətləri haqqında sadə biliklər nümayiş etdirir və xalqın mənafeyinin
qorunmasında dövlətin rolunu dəyərləndirir;
• Azərbaycan
tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;
• Azərbaycanın
maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.
Tarixi zaman. Şagird:
1.1. Xronologiya ilə bağlı əsas
anlayışları fərqləndirir.
1.1.1. Tarixi zaman anlayışları
arasındakı əlaqələri müəyyənləşdirir.
1.1.2. Sadə xronoloji məsələləri həll
edir.
1.2. Tarixi mənbələri tanıdığını
nümayiş etdirir.
1.2.1. Maddi və yazılı mənbələri fərqləndirir.
1.2.2.
İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat
aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri
sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri
öz ailəsi nümunəsində təsvir edir.
2.
Tarixi məkan. Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi
şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. İnsan və cəmiyyətin həyatı üçün
əlverişli təbii amilləri təsvir edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini
və mühüm tarixi abidələri müəyyənləşdirir.
3. Dövlət. Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycan dövlətləri haqqında
sadə biliklər nümayiş etdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında
dövlətin rolunu dəyərləndirir.
3.1.3.
Kiçikhəcmli tarixi hekayə qurur.
4. Şəxsiyyət. Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr
baxımından qiymətləndirir.
4.1.1. Azərbaycan tarixində mühüm rol
oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara
xatun, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər
Əliyev, İlham Əliyev) müəyyən edir.
4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər
haqqında təqdimatlar hazırlayır.
5. Mədəniyyət. Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Mədəniyyət abidələrinin əhəmiyyətini
izah edir.
5.1.2. Milli-mənəvi dəyərləri fərqləndirir.
5.1.3. Azərbaycan mədəniyyəti ilə
bağlı sadə təqdimatlar hazırlayır.
VI sinif
VI sinfin sonunda şagird:
• mühüm
hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman
oxunda təsvir edir;
• maddi
mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar
aparır;
• insanların
birgə yaşayış formalarını fərqləndirir;
• qədim
insanların həyat tərzini Azərbaycan ərazisinin təbii- coğrafi şəraiti ilə əlaqələndirir
və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;
• Azərbaycanda qədim dövlətlərin yaranmasını, daxili və
xarici siyasətini izah edir;
• qədim
dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;
• Azərbaycan
mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələrini
izah edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman. Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi
anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin
xronoloji çərçivələrini müəyyənləşdirir.
1.1.2.
Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.
1.2.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrün öyrənilməsində maddi və
yazılı mənbələrin rolunu izah edir.
1.2.2. İllüstrasiya və yaxud muzey
eksponatları əsasında sadə tədqiqatlar aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri
sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların birgə yaşayışının
müxtəlif formalarını fərqləndirir.
2. Tarixi məkan. Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi
şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Qədim insanların həyat tərzini
və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisində
ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətlərin yerini müəyyənləşdirir.
3. Dövlət. Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycanda dövlət qurumları və
qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri
təsvir edir.
3.1.2.
Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.
3.1.3. Qədim Azərbaycan dövlətləri
haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayır.
4. Şəxsiyyət. Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr
baxımından qiymətləndirir.
4.1.1. Dövlətlərin yaranmasında,
inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys) rolunu dəyərləndirir.
4.1.2.
Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.
5. Mədəniyyət. Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Sivilizasiyayaqədərki və
sivilizasiya dövrünün mədəniyyət¬lə¬rini izah edir.
5.1.2. Azərbaycan mədəniyyətinin müxtəlif
xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
5.1.3.
Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.
VII
sinif VII sinfin sonunda şagird:
• mühüm
hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir, sxem və cədvəllər
hazırlayır;
• Azərbaycan
ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrə aid yazılı
və maddi mənbələr əsasında müəyyən edir;
• Azərbaycanda
təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafını onun təbii-coğrafi
şəraiti ilə əlaqələndirir;
• Azərbaycanda
feodal dövlətlərinin yaranması, müstəqilliyini itirməsi və bərpası səbəblərini
şərh edir, dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir;
• tarixi
şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini qiymətləndirir;
• mədəniyyətin
inkişaf mərhələlərini və milli-mənəvi dəyərlərin formalaşmasına dinlərin təsirini
dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman. Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi
anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin
xronoloji çərçivələrini müqayisə edir.
1.1.2. Tarixi zaman və hadisələr
arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir.
1.2. Mənbələr üzərində tədqiqat
bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid yazılı və maddi mənbələri
əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələr
üzərində işləyir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri
sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış
insanların həyat tərzi və məşğuliyyətində baş vermiş dəyişiklikləri müəyyənləşdirir.
2.
Tarixi məkan. Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi
şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və
təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin
inkişafı arasında əlaqələri izah edir.
2.1.2. Dövrə aid xəritə və xəritə
sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah
edir.
3. Dövlət. Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycan feodal dövlətlərinin
inkişafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini
şərh edir.
3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin
inkişafı xüsusiyyətlərini dəyərləndirir.
3.1.3.Azərbaycan feodal dövlətləri ilə
bağlı cədvəllər hazırlayır.
4. Şəxsiyyət. Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr
baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (Cavanşir,
Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, İbrahim Xəlilullah, Qara Yusif, Uzun Həsən)
oxşar və fərqli cəhətlərinə görə təhlil edir.
4.1.2.
Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər
hazırlayır.
5. Mədəniyyət. Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişaf mərhələlərini
dəyərləndirir.
5.1.2. Milli-mədəni dəyərlərin
formalaşmasına dinlərin təsirini dəyərləndirir.
5.1.3. Mədəniyyətin inkişaf mərhələlərini
əks etdirən təqdimatlar hazırlayır.
VIII
sinif VIII sinfin sonunda şagird:
• Azərbaycan
və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürləri əlaqələndirir
və tematik sinxron cədvəllər hazırlayır;
• Azərbaycanda
insanların həyat tərzində baş vermiş dəyişikliklərin səbəblərini mənbələr əsasında
araşdırır, nəticələri təqdim edir;
• Azərbaycanın
coğrafi mövqeyi və təbii amillərini ölkənin ictimai, iqtisadi və siyasi vəziyyəti
ilə əlaqələndirir;
• mərkəzləşmiş
dövlətin inkişaf xüsusiyyətlərini, dövlətlərarası münasibətdə Azərbaycanın
mövqeyini dəyərləndirir;
• Azərbaycan
dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir;
• yeni
ictimai-iqtisadi münasibətlər şəraitində Azərbaycan mədəniyyətinin inkişafına təsir
edən amilləri şərh edir, mədəni nailiyyətləri dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Tarixi zaman. Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi
anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Azərbaycan və dünya ölkələrində
baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir.
1.1.2. Hadisə və proseslərin zamana
görə əlqələndirilməsinə dair tematik-sinxron cədvəllər hazırlayır.
1.2.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri
verilmiş yazılı mənbələrlə əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələri
təhlil edir, nəticələrini təqdim edir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri
sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış
insanların həyat tərzi və məşğuliyyətlərin¬də
baş vermiş dəyişiklikləri izləyir və onların səbəblərini izah edir.
2.
Tarixi məkan. Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi
şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və
təbii amillərini təsərrüfatın, ictimai
münasibətlərin inkişafı və ölkənin siyasi vəziyyəti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdəki məlumatlara əsasən
sxem və cədvəllər tərtib edir.
3.
Dövlət. Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Mərkəzləşmiş dövlətin yaranması
və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin
xüsusiyyətlə¬rini şərh edir.
3.1.2. Dövlətlərarası münasibətlərdə
Azərbaycanın mövqeyini dəyərləndirir.
3.1.3. Dövrlə bağlı mənbələrdən əldə
etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur.
4.Şəxsiyyət. Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr
baxımından qiymətləndirir.
4.1.1. Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin
(Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı
Çələbi) fəaliyyətini dəyərləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında
müqayisəli sxem və cədvəllər hazırlayır.
5. Mədəniyyət. Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları
qiymətləndirir.
5.1.1 Yeni ictimai-iqtisadi münasibətlərin
mədəniyyətə təsirini dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətinin
inkişafına təsir edən amilləri şərh edir.
5.1.3 Azərbaycanın mədəni nailiyyətlərini
əks etdirən cədvəllər hazırlayır.
IX
sinif IX sinfin sonunda şagird:
• tarixi
inkişafı zaman baxımından qiymətləndirir və xronoloji cədvəllər hazırlayır;
• yazılı
mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, təqdimatlar hazırlayır;
• Azərbaycanda
insanların həyat tərzində baş vermiş dəyişiklikləri dövr və sivilizasiyalarla əlaqələndirir;
• Azərbaycanın
ictimai- iqtisadi, siyasi inkişafı ilə onun coğrafi mövqeyi və təbii şəraiti
arasındakı əlaqələri dəyərləndirir;
• müstəmləkə
rejimi və müstəqillik şəraitində Azərbaycanın daxili və xarici siyasətini dəyərləndirir;
• dövlətçiliyin
möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dövr baxımından
dəyərləndirir;
• Azərbaycan
və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisə edir, təqdimatlar
hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman. Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi
anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm tarixi hadisə, proses və
təzahürləri zaman baxımından qiymətləndirir.
1.1.2. Mühüm hadisə, proses və təzahürlərə
dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat
bacarıqları nümayiş etdirir.
1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki
fərqli yanaşmaları müqayisə edir.
1.2.2. Müxtəlif mənbələr
əsasında təqdimatlar hazırlayır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri
sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış
insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
2.
Tarixi məkan. Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi
şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı
arasında əlaqələri dəyərləndirir.
2.1.2. Mühüm tarixi
hadisə və prosesləri
kontur xəritələrdə təsvir edir.
3.
Dövlət. Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda
baş verən dəyişiklikləri təhlil edir.
3.1.2. Xarici dövlətlərin strateji
maraqları ilə bağlı Azərbaycanın
mövqeyini dəyərləndirir.
3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən
topladığı materialları təqdim edir.
4. Şəxsiyyət. Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr
baxımından qiymətləndirir.
4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd
Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir.
4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə
dair materiallar toplayır, təqdim edir.
5. Mədəniyyət. Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin
xarakterik əlamətlərini şərh edir.
5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin
xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri
ilə müqayisə edir.
5.1.3.Azərbaycan xalqının mədəni
nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.