Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur.
Heydər ƏLİYEV
Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyırıq. Adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən müəllimlərimiz az deyil. Bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird - əsl insan yetişdirməyə çalışır.
Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir"
sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini
yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları,
nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə
tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər
qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək
üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə
vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini
bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü
hiss edən insan olmalıdır".
Təkcə məktəbimizin
deyil,rayonumuzun və respublikamızın fəxri olan Məhəmmədəli müəllim də məs belə
müəllimlərdəndir.Əgər məktəbimizdə şagirdlər arasında “Ən çox sevdiyiniz müəllim kimdir? “sorğusu
aparılsaydı,sözsüz ki, Məhəmmədəli müəllim bu cədvəlin birincisi olardı.
Məhəmmədəli müəllim 1956-cı
ildə Kürdəmir şəhərində anadan olmuş,1974-cü ildə Kürdəmir 1 №li məktəbi bitirmiş,1979-cu ildə isə BDU-nin
Coğrafiya Fakultəsini bitirmişdir.
Ali məktəbi bitirdikdən
sonra 1979-cu ildən 1981-ci ilədək rayonumuzun Qarabucağ kəndində ilk müəllimlik
fəaliyyətinə başlamışdır.1982-1992-ci illər XDS İK-nin müavini və sədri vəzifəsində
işləyib.
Məhəmmədəli müəllim Qarabag müharıbəsi dövründə də kənarda qalmamış,cəbhəyə yollanmışdır.
Məhəmmədəli müəllim Qarabag müharıbəsi dövründə də kənarda qalmamış,cəbhəyə yollanmışdır.
1992-1994-cü illər Kürdəmir
şəhər 1 №li orta məktəbdə coğrafiya müəllimi işləyib.
1994-1998-ci illər Atakişili
Kənd İcra nümayəndəsai vəzifəsində çalışıb.
1999-cu ildən bu günə kimi
Kürdəmir 1№li məktəbdə coğrafiya müəllimi işləyir.
Azərbaycan Kooperativlər
Qurultayının və ATƏT-in keçirdiyi “Yaşıl paket” tədbirinin iştirakçısı olub.
Gənc nəslin təlim tərbiyyəsində
göstərdiyi əməyə və nəaliyyətlərə görə 2005-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Məhəmmədəli müəllimə gələcək
fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.