▼
23.11.2012
18.11.2012
17.11.2012
Babək
(816-838)
Azərbaycan VIII əsrin əvvəllərində
Ərəb xilafətinin tərkibinə daxil edilir. İlk vaxtlar mülayim siyasət yürüdən əsərb
xəlifələri artıq VIII əsrin ortalarında xalqa sözün əsl mənasında zülm etməyə
başlayırlar. VIII əsrin II yarısından etibarən xalq ayağa qalxır, üsyanlar
edir. Ardı-arası kəsilməyən üsyanlar tədricən iri xalq azadlıq hərəkatına çevrilir.
Xürrəmi xalq-azadlıq hərəkatı ərəblərə qarşı yönələn ən iri müqavimət hərəkatı
olmuşdur. Hərəkatın başına Babək gəldikdən sonra o daha da mütəşəkkil şəkil almış,
tədricən azadlıq müharibəsinə çevrilmişdir. Güclü ordu yaradan Babək ərəblərə
qarşı 20 il mübarizə aparmışdır. Sonda Babək tutulub edam edilsə də, onun səyləri
hədər olmamışdır: bir müddət sonra Azərbaycanda ərəblərin hakimiyyəti devrilmiş
və onun yerində müstəqil dövlətlər yaranmışdır.
15.11.2012
Lüdviq van Bethoven
Lüdviq van Bethoven (Ludwig van Beethoven) (17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarından biri, Avropa klassik musiqisində klassizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.
Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərlərı naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.
12.11.2012
Atropat
E.ə. IV əsrin 30-cu illərində bütün Şərqdə
yeni fateh - Makedoniyalı İsgəndər güclü ordu ilə Əhəməni İran dövlətinə qarşı
hücuma keçmiş və bir neçə döyüşdə bu dövlətin qoşunlarını sarsıdıcı məğlubiyyətə
uğradaraq, Şərqə doğru yürüşünü davam etdirmişdir. İsgəndər qısa müddət ərzində
Aralıq dənizinin Hind çayına qədər ərazilərini zəbt etmişdir. Bütün Şərq
hökmdarları arasında təkcə Atropat adlı şəxs onunla dil tapa bilmişdir. Vaxtilə
Əhəmini qoşunları ilə birgə makedoniyalılara qarşı vuruşmasına baxmayaraq, İsgəndər
onu yerli hakim kimi tanımış və onun iran torpaqlarına, indiki Cənubi Azərbaycan
ərazisinə toxunmamışdır. Atropat öz torpaqlarını iqtisadi və mədəni baxımdan
inkişaf etdirmişdir. E.ə. 323-cü ildə İsgəndər vəfat edəndə və onun dövləti
parçalananda Atropat öz dövləti – Atropatenanın müstəqilliyini bəyan edir və
tezliklə Atropatena regionun ən qüdrətli dövlətinə çevrilir.
09.11.2012
Tomris (e.ə. VI əsr)
E.ə. VII əsrdən başlayaraq Azərbaycan
ərazisinə şimal tərəfdən kimmer, skit, sak tayfaları köçməyə başlmışlar. Onlar
burada məskunlaşmış və yerli əhaliyə qaynayıb-qarışmışlar. Bu zaman Şimali Azərbaycanda,
Araz çayı sahilində massaget tayfaları yaşayırdı. E.ə.VI əsrdə İran Əhəməni
dövlətinin başçısı II Kir bu tayfaları bu tayfaları tabe etmək məqsədi ilə şimala
yürüş edir. Massagetlər tayfa başçıları Tomrisin (bəzi mənbələrdə - Tomris) başçılığı
ilə inadlı müqavimət göstərirlər. E.ə. 530-cu ildə həlledici döyüşdə II Kir məğlub
edilir və öldürülür. Azərbaycan tarixinə Tomris ölkənin azadlığı uğrunda
mübarizə aparan sərkərdə-qadın kimi daxil olmuşdur.
06.11.2012
04.11.2012
İranzu
Azərbaycan
ərazisində yaranmış ilk dövlət Manna dövləti hesab olunur. Manna bir dövlət
kimi e.ə. IX əsrdə formalaşmağa başlasa da onu mərkəzləşmiş dövlətə çevirən İranzu
olmuşdur. Ciddi tədbirlər və keçirdiyi islahatlar nəticəsində İranzu ölkədə
separatçılığın qarşısını almış, daxili sabitliyi təmin etmiş, iqtisadi inkişafa
təkan vermiş, güclü ordu yaratmış və bütün bu tədbirlərin öz dövlətini regionun
ən qüdrətli dövlətlərindən biriinə çevirmişdir. Onu adı Azərbaycan tarixinə mərkəzləşmiş
dövlər tərəfdarı olan siyasi xadim kimi yazılmışdır.
İranzu
Azərbaycan
ərazisində ilk dövlətçilik ənənələri Urmiya gölü ətrafında yerləşən vilayətlərdə
formalaşmağa başlamışdır. Bu vilayətlərə qonşular hələ e.ə. XIV əsrdən yürüşlər
etmişlər. İşğal təhlükəsi ilə üzləşən Urmiyaətrafı vilayətlər - Zamua, Gilzan,
Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andiya, Zikertu, Sanqibudu
və Puluadi birləşmək məcburiyyəti qarşısında qalmışlar. Vahid dövlət yaratmaq cəhdini
ilk dəfə Zamua vilayətinin başçıları həyata keçirmişlər. E.ə. 881-ci ildə tayfa
başçısı Nur-Adad Zamua vilayəti daxilində bütün tayfaları birləşdirmişdir.
Vahid dövlət "Manna dövləti" adını almışdır.
03.11.2012
Tarixi şəxsiyyəti tapın №1
Hörmətli tarixsevərlər.Sizlərə tarixi dərindən öyrənmək üçün yeni bir viktorina təqdim edirəm.Bu viktorinanın şərti belədir:verilmiş köməklərdən istifadə edərək tarixi şəxsiyyəti müəyyən etmək lazımdır.Cavabları qeydlər qrafasına daxil edin.Düzgün cavab dərc olunduqdan 1 gün sonra qaliblər müəyyənləşdirildikdən sonra bildiriləcək.Xoşunuz gəlsə bu viktorinanın davamlı olaraq dərs edərəm.Uğurlar olsun.Beləliklə 1-ci sual.
1)O,öz dövrünün görkəmli şəxsiyyəti olub.
2)İordanın yazdığına görə o,alçaqboylu,enlikürək,iri başlı ,xırda gözlü,seyrək ağarmış saqqalı olan bir adamdır.
3)Ziyafətlər verilən zaman qonaqların gümüş boşqabdan yemək yeməsinə baxmayaraq o,taxta boşqabda yemək yeyərdi.
4)Çoxlu sayda arvadı olmuşdur.
5)Taleyində Krum xanla oxşarlıq var.
Buyurun,onun kim olduğunu müəyyən edin.Uğurlar.
1)O,öz dövrünün görkəmli şəxsiyyəti olub.
2)İordanın yazdığına görə o,alçaqboylu,enlikürək,iri başlı ,xırda gözlü,seyrək ağarmış saqqalı olan bir adamdır.
3)Ziyafətlər verilən zaman qonaqların gümüş boşqabdan yemək yeməsinə baxmayaraq o,taxta boşqabda yemək yeyərdi.
4)Çoxlu sayda arvadı olmuşdur.
5)Taleyində Krum xanla oxşarlıq var.
Buyurun,onun kim olduğunu müəyyən edin.Uğurlar.
Tarixi şəxsiyyətlərin ölümdən öncə dediyi son sözlər
Sezar: Sən də mi Brut?
Oktavian: Oyun bitdi.
Neron: Dünya böyük bir sənətkarı itirir.
Vespasianus (Ayağa qalxaraq): İmperator ölümü ayaq üstə qarşılamalıdır.
Viktor Hüqo: Qara bir işıq görürəm.
Karl Marks: İşinizlə məğul olun.Yalançı adamlar son söz deyir, yalnız axmaqlar.
Motsart: Ölümün dadı dilimin ucundadı.Bu dünyada olmayan bir şey hiss edirəm.
Nikolay Vasilyeviç Qoqol: Bir nərdivan, tez bir nərdivan gətirin.
Bayron: Hər şey bitdi.Artıq çox gec.
Oskar Vild: Ya divar kağızı gedir, ya da mən.
Albert Eynşteyn: Mən işimi burda bitirirəm.
Çörçil: Hər şey canımı sıxır.
Çarli Çaplin (Bu vaxt Pedro deyirmiş: Tanrı ruhunu bağışlasın): Niyə də olmasın?Nə də
olsa öz malıdır.
Lüdviq Van Bethoven: Komediya bitdi.
Oktavian: Oyun bitdi.
Neron: Dünya böyük bir sənətkarı itirir.
Vespasianus (Ayağa qalxaraq): İmperator ölümü ayaq üstə qarşılamalıdır.
Viktor Hüqo: Qara bir işıq görürəm.
Karl Marks: İşinizlə məğul olun.Yalançı adamlar son söz deyir, yalnız axmaqlar.
Motsart: Ölümün dadı dilimin ucundadı.Bu dünyada olmayan bir şey hiss edirəm.
Nikolay Vasilyeviç Qoqol: Bir nərdivan, tez bir nərdivan gətirin.
Bayron: Hər şey bitdi.Artıq çox gec.
Oskar Vild: Ya divar kağızı gedir, ya da mən.
Albert Eynşteyn: Mən işimi burda bitirirəm.
Çörçil: Hər şey canımı sıxır.
Çarli Çaplin (Bu vaxt Pedro deyirmiş: Tanrı ruhunu bağışlasın): Niyə də olmasın?Nə də
olsa öz malıdır.
Lüdviq Van Bethoven: Komediya bitdi.
02.11.2012
AZƏRBAYCANDA FEODAL DÖVLƏTLƏRİ
Babək üsyanı
yatirildiqdan sonra ,IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin
hakimiyyətindən imtina edir. Belə dövlətlər sayca çox idilər . Onlardan daha nüfuzluları Şirvanşahlar,Şeddadilər,Sacilər,Salarilər
və Rəvvadilər idi.