18.06.2024

eTwinning layihəsi “Dəyərlərimizlə yaşayırıq”

Məktəbimizin tarix müəllimi İbrahimova Gülbənizin həmtəsisçisi olduğu “Dəyərlərimizlə yaşayırıq” eTwinning layihəsində işlər davam edir.

8 mart Qadınlar günü münasibəti ilə “Dəyərləri ilə iz buraxan qadınlar” çalışması maraqlı alındı.Şagirdlərin hazırladıqları StoryJumper çalışması ilə onlar tarixdə iz qoymuş qadınların fəaliyyəti ilə tanış oldular.

https://www.storyjumper.com/.../read/170317881/65f03ac0c8405

18 mart Çanaqqala zəfəri ilə bağlı rəsm sərgisi hazırlandı.Süni zəkanın köməyi ilə sözlərin rəsmlərlə ifadə olunması  maraqla qarşılandı.Sonra həmin şəkillərdən sərgi hazırlandı.

Novruz adət- ənənələri  ilə bağlı çalışmamız yumutra boyayıb döyüşmək oldu. Şagirdlər özləri boyadığı yumurtaları döyüşdülər. Bu çox əyləncəli bir çalışma oldu.

18-24 mart Yaşlılar həftəsi ilə bağlı şagirdlər nənə-babalarını ziyarət etdi və onlarla vaxt keçirdilər.

Ramazan bayramı ilə bağlı məktəblər bir-birinə bayram təbriki hazırladı. Məktəbimizin komandası ilə Ertuğrul Gazi İlkokulunun komandası bir-birimizi təbrik etdik.