Bu gün Azərbaycan təhsilində istifadə olunan yeni təlimin
müxtəlif metod və üsulları var. Bu baxımdan dərslərimin daha maraqlı, canlı, təsirli
olması üçün müxtəlif üsul və vasitələrdən istifadə edirəm. Bunların içərisində
rollu oyunlara da xüsusi yer ayırıram.
Təcrübəmə əsasən deyə
bilərəm ki, rollu oyunlar şagirdlər tərəfindən maraqla qarşılanır. Uzun
müddət keçilən mövzu onların yaddaşına əbədi həkk olunur. Rollu oyunlar zamanı
şagirdlərin xüsusi qabiliyyəti üzə çıxır. Şagirdlərdən kimisi baş qəhrəman,
kimisi aparıcı, kimisi mənfi qəhrəman obrazını