6 sentyabr 1901-ci il tarixində Buffaloda panamerikan sərgisində ABŞ prezidenti Vilyam Makkinlinin (William McKinley) həyatına sui-qəsd edilmişdi. Tapança gülləsi ilə qarın nahiyəsindən yaralanan Makkinli bir neçə gündən sonra vəfat edir. ABŞ Konstitusiyasına əsasən gələn seçkilərə qədər dövlət başçısı vəzifəsini vitse-prezident həyata keçirməli idi.
Bu postu, yaxınlarda, dünyaya səs salmış ispan-amerikan müharibəsində fərqlənən polkovnik Teodor Ruzvelt (Theodore Roosevelt) tutmağa nail oldu. Ömrünün 20 ilini siyasətə, tarixə, publisistikaya, ova və hərbə (iki ay Kubadakı hərbi fəaliyyət və 10 ildən az olmayaraq hərbi təbliğat) həsr edən 43 yaşlı Ruzvelt artıq kifayət qədər siyasi təcrübə və nailiyyət əldə etmiş, hədsiz dərəcədə şöhrətpərəstlik və ondan da çox məğrurluq keyfiyyətlərinə malik idi. O, siyasətdə bilərəkdən öz seçdiyi peşə ilə – tərbiyə və baxışları ilə mənsub olduğu hakim burjuaziya sinfinin nümayəndəsi kimi çıxış etdi.O, konqress üçün əsaslı surətdə ilk müraciətnaməsini hazırladı. Yeni prezident xarici siyasətə çox diqqət ayırırdı. Öz sələfinin Filippinin işğalı, həmçinin Kuba və Puerto-Rikoda protektorat qurulması kimi xarici siyasət kursunu dəstəklədiyini qeyd edərək yeni prezident bəyan etdi ki, ABŞ, eləcə də bütün Amerika qitəsi ölkələrinin xarici siyasətdə başlıca əsaslandığı akt məhz Monro doktorinası olmalıdır. Bu Ruzveltin Monro doktorinası haqqında ilk deyimi idi; sonralar o yenidən bu məsələnin üzərinə bir daha qayıdaraq, onun üçün xüsusi şərh verəcəkdir. Bu müraciətdə isə Ruzvelt ardıcıl olaraq həm də zövqlə, güclü donanma sülhün zəmanətidir – arqumentinə əl ataraq, özünün ən çox sevdiyi ideyalardan biri olan ABŞ-ın hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi, güclü donanma quruculuğunun labüdlüyü haqqındakı fikirlərini ifadə edirdi.