Kürdəmir
şəhər 1 saylı orta məktəbin müəllimi İbrahimova Gülbəniz Qeyrət qızı.     
Ümumtəhsil  məktəblərində tarix fənninin tədrisinin əsas
məqsədi şagirdləri tarixdə baş verən hadisələrlə yaxından tanış etməklə
yanaşı,həmin hadisələri sərbəst təhlil edərək düşünməyi bacaran,vətəninin
keçmişini bilən və bu gününü dərk edən və gələcəyi üçün  yaşayan şəxsiyyətlər yetişdirməkdir. Təhsildə
baş verən islahatlar bu baxımdan çox məqsədəuyğundur.Fəal təlim metodları
şagirdləri düşündürərək öyrətməyə kömək edir.İKT-in tətbiqi ilə keçirilən dərslərin
bu işdə əhəmiyyəti  isə artıq danılmaz
bir faktdır.
Respublikamızın
bir çox müəllimi kimi mən də dərslərimdə fəal təlim metodlarından istifadə edirəm.
      İKT-in
tətbiqi  ilə keçdiyim dərslərdən biri ilə
oxucuları da tanış etmək istərdim.
                   Orta əsrlər tarixi  7-ci sinif.
     Mövzu: Oğuz
dövləti.
     Məqsəd: 1.Oğuz dövləti haqqında biliklərin mənimsənilməsi.
                       2.Oğuz anlayışı,oğuz tayfa ittifaqları,Oğuz
dövlətinin  meydana gəlməsi,islam dinininqəbulu
,oğuz axınları və s.
                      3.Oğuz türklərinin axınlarının Azərbaycan
xalqının formalaşmasında oynadığı rolu müəyyən etmək
                     4.Tədqiqat prosesində sərbəst informasiya
 əldə etmək bacarığının  formalaşdırmaq
                     5.Qruplarla iş təşkil etməklə şagirdlərdə
əməkdaşlıq etmək vərdişini yaratmaq.
     İş forması:
kiçik qruplarla iş
     İş üsulu:əqli 
hücum,BİBO,müəllim izahı,tədqiqat və interaktiv oyunlar
     Resurslar:Dərslik,internet saytları,ensiklopediyalar.
     Təchizat:proyektor,kompyuter,
     
                                                     Dərsin gedişi:
    1 Sinfin təşkili.
     Şagirdlərə
fotoalbom  təqdim olunur(Alp
Arslan,Fateh  II  Mehmet,Uzun Həsən,Qara Yusif,Şah İsmayıl Xətai,Nadir
Şah Əfşar,Məmmədəmin Rəsulzadə,Atatürk,Berdımuxammedov, Ərdoğan, Ramin Səfərov,
Mübarız İbrahimov,Ümummilli liderimiz Heydər Əliyev,Azərbaycan Pespublikasının
Prezidenti İlham Əliyev) və onlara sualla müraciət edirəm: 
      -Şəkillərdə
gördüyünüz şəxsiyyətlər kimlərdir?  
Onları hansı ümumi cəhət birləşdirir?
Şagirdlər  şəxsiyyətlərin adını sayır,onları birləşdirən
cəhətləri  sayarkən,onların  hər birinin oğuz-türk  dünyasının görkəmli şəxsiyyətləri 
olduğunu  vurğulayırlar.
     Sonra 
şagirdlər “Dədə Qorqud” filmindən 
fraqment izləyirlər.              
 
  
     Onlara
sualla müraciət edirəm:
     -Bu
fraqment  hansı  filmdəndir?Filmdə  kimlərin tarixindən,adət-ənənələrindən bəhs
olunur?
     Şagirdlər  
fraqmentin  “Dədə Qorqud” filmindən  olduğunu və bu film  oğuzların    tarixinə,adət-ənənələrinə  həsr olunduğunu  deyirlər.
      Şagirdlərdən
soruşuram:
-Uşaqlar, biz oğuzlar haqqında hansı dərslərin  tədrisi zamanı  məlumat alırıq?
     Şagirdlər-ədəbiyyat,coğrafiya,tarix dərslərində,televideniya
 və mətbuatdan oğuzlar haqqında  aldıqları 
məlumatları bildirirlər.
    Sonra 
şagirdlərə  4 qrupa bölürəm.   
    Hər qrupa 
tədqiqat mövzusunu təqdim edirəm.     
 
     1 qrup-Oğuzlarım
məşğulliyyəti.
     2 qrup-Oğuz
dövlətinin yaranması.
     3 qrup-İslam
dininin qəbulu.
     4 qrup-Oğuzların köçü.
     Tədqiqat
üçün şagirdlərə  vaxt ayırıram.
     Qruplar
hər biri öz mövzusunu araşdırır və sonda öz nəticələri ilə  yoldaşlarını 
tanış edirlər.Hər bir qrup öz mövzusunu geniş şərh edir.
     Sonra şagirdlər aldıqları informasiyanı təhlil
edir  və qruplar bir-birinə  suallarla müraciət edir.
     Alınan informasiyanın  şagirdlər tərəfindən  necə mənimsənildiyini yoxlamaq üçün şagirdlərə  krossvord təqdim olunur.Şagirdlər  krossvordu həll edərək dərsin mövzusu olan
“Oğuz”sözünü alırlar.
     Sonra hər qrupdan bir nümayəndəni xəritənin
yanına dəvət edirəm,onlara oğuz türklərinin 
bu gün yaşadığı ölkələrin (Azərbaycan,Türkiyə,Kipr,İran,İraq,Suriya,Türkmənistanın)kiçik
ölçülü bayraqlarını verirəm və bu bayraqları öz ölkələrinə müvafiq sancmağı
tapşırıram.
      Şagirdlər tapşırığın öhdəsindən məharətlə
gəlirlər.
     Dərslərimdə mövzunu yekunlaşdırarkən
şagirdlərin dərsi mənimsənilməsi  ilə
yanaşı,dərsdən  çıxardıqları  mənəvi 
dərsi də  aydınlaşdırıram.
     Bu məqsədlə Azərinin ifasında
“Turan”mahnısına qulaq asırıq.Sonra onlara sualla müraciət edirəm:
       -Müəlliflər və ifaçı bu mahnı ilə hansı
fikri ifadə edirlər?
     Şagirdlər müxtəlif fikirlər irəli sürürlər
və sonda eyni nəticəyə gəlirlər.Mahnı türk xalqlarını birliyə çagırır.Türk
xalqları bir-birinə dayaq olsa heç bir qüvvə onlara bata bilməz.
      Sonda şagirdlərə qiymətləndirmə blankları
təqdim edirəm,onlar öz yoldaşlarını mən isə hər 4 qrupu qiymətləndirirəm
                                          . 
 
  
E Ev tapşırığı:    `§19,1-4 tapşırıq,daha ətraflı məlumat
toplamaq və mövzuya uyğun əl işləri yaratmaq.  .
 
