VI əsrdə Sasani hökmdarı Qubad şah şimal
tayfalarından qorunmaq üçün “Gilgilçay səddi” və ya “Gil divar” adlanan sədd
tikdirmişdi.Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən Babadağa qədər məsafəni
əhatə edən bu sədd 60 km uzunluğunda idi.Sədd boyu bir neçə qala
tikilmişdi.Onlardan biri də Çıraqqala
idi.
Çıraqqala Şabran rayonunun 20-25
kilometrliyində Çıanaqqaya adlanan sıldırım qayanın zirvəsində terləşir.Bu
qalanın adını izah etmək üçün “Dədə
Qorqud”filmini yada salmaq kifayətdir.Filmin sonunda Dədə Qorqud deyir:”Bir
tonqal qalayanda elimiz şənliyə toplaşır,iki tonqal qalayanda basqınlardan
qorunmağa yığışır,üç tonqal ğörəndə hamı xış-kotanla işləməyə gəlir.”
Beləliklə,Çıraqqala bu ərazidə ən hündür
nöqtədə yerləşdiyindən tonqallar da onun üstündə yandırılırdı ki,ətrafda
yaşayan hər kəs onu görsün.Qalanın adı da məhz bununla bağlı olmuşdur.
Çıraqqala o zamanlar 12 bürcdən ibarət
idi,lakin günümüzə onlardan cəmi üçü
qəlib çatmışdır.